Əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi üzrə tədbirlər


İdarəetmə üzrə qərarların yerinə yetirilməsi. İdarəetmə üzrə qərarların mahiyyəti



Yüklə 34,74 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü34,74 Kb.
#40640
1   2   3   4   5
FÖVQƏLADƏ HALLARDA İDARƏETMƏNİN TƏŞKİLİ 1

İdarəetmə üzrə qərarların yerinə yetirilməsi. İdarəetmə üzrə qərarların mahiyyəti

Bu mərhələdə tapşırıqların icraçılara çatması, icraçıların bütün zəruri şeylərlə təmin edilməsi, işin təşkilinin səmərəli metodunun seçilməsi, lazımi kadrların seçilməsi və öyrədilməsi, qərarın konkret məqsədinin icraçılara izah edilməsi və bu məqsədə nail olunmasında hər bir icraçının konkret rolunun müəyyənləşməsi, həmçinin qərarın səmərəli şəkildə yerinə yetirilməsi üçün vacib olan stimullaşma metodlarının təyin edilməsi həyata keçirilir. Bu mərhələdə işin son nəticəsi icraçıların bütün zəruri vasitələrlə təmin edilməsi, onların səmərəli işi üçün lazımi müvafiq şəraitin yaradılması hesab olunur.

Bu mərhələdə qərarın reallaşması üzərində nəzarət, qərarın reallaşması zamanı yaranan kənarlaşmaların ləğv edilməsi, zəruri hallarda reallaşdırılan qərarlarda düzəlişlər edilməsi və nəhayət, reallaşdırılan qərarların nəticələrinin təhlili həyata keçirilir. Tamamlayıcı mərhələ olan bu mərhələdə işin son nəticəsi qərarın işlənib hazırlanması, qəbul edilməsi və reallaşması prosesi üçün də son nəticə hesab olunur və burada işin son nəticəsi mövcud ehtiyatlar çərçivəsində müəyyən edilmiş müddətdə qərarın konkret məqsədinə tam nail olunması hesab olunur.

Burada vacib məsələlərdən biri də odur ki, yuxarıda qeyd olunmuş mərhələdən ilk –i (yəni, problem, stüasiyanın aşkara çıxarılması və təhlili, konkret məqsədin formalaşması, lazımi alternativlərin tam stüasiyasının müəyyən edilməsi, həlli mümükün olan alternativlərin seçilməsi, yaxşı alternativlərin ilkin seçilməsi mərhələsi) birlikdə qərarın işlənib hazırlanması prosesini əmələ gətirir. Digər 3 mərhələ (yəni, qərar qəbul edən şəxslər tərəfindən alternativin qiymətləndirilməsi, seçilmiş alternativin eksperimental qaydada yoxlanılması, vahid qərarın seçilməsi mərhələsi) isə qərarın qəbul edilməsi prosesini formalaşdırır. Sonda olan 3 mərhələ (yəni, qəbul edilən qərarın müddəti mərhələsi, icraçıların müəyyən edilməsi, qərarın yerinə yetirilməsi üzrə vacib olan işlərin təmin olunması, qərarın yerinə yetirilməsi və ona nəzarət mərhələləri) isə birləşmək, qərarın reallaşması prosesini əmələ gətirirlər.

Qərarın işlənib hazırlanması, qəbul edilməsi və reallaşması prosesində qeyd etdiyimiz mərhələlər arsaında ən vacibi birinci mərhələ, yəni, problem stüasiyanın aşkara çıxarılması və təhlili mərhələsi hesab olunur. Çünki, bu mərhələdə qarşıda duran problem müəyyən olunur, bu problemə uyğun lazımi informasiya toplanılır, həmçinin, modellərin qurulması və qiymət meyarının seçilməsi işləri ardıcıllıqla yerinə yetirilirş Bütün bu işləri qərarın işlənib hazırlanması, qəbul edilməsi, reallaşdırılması prosesinin bütün mərhələlərdə praktiki olaraq həyata keçirmək lazımdır.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, qərarın işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması prosesi iterativ (çoxdəfəli) xarakter daşıyır. Buna görə də, işin gedişində yeni amillər meydana çıxarkən çeviklik göstərmək, alınmış nəticələri yenidən qiymətləndirmək, bəzi hallarda isə, qərarın əsasını təşkil edən ideyaları dəyişmək zərurəti meydana çıxır. Lakin, alınmış nəticələri belə yenidən qiymətləndirilməsini, əmək və vaxtın hədər sərf etməsi kimi qəbul etmək də düzgün olmaz. Əlbəttə, məqsədlərin və onlara nail vasitələrinin daima dəyişməsi yol verilməzdir. Çünki, bu, qərar qəbul edən şəxsin və icraçının dəqiq istiqamətləndirilməsinə mane olur. Lakin, qarşıya qoyulan məsələyə formal münasibət bəslənilməsi, o cümlədən hadisələrin real gedişinin əleyhinə olaraq, onu ciddi cəhdlə həll etməyə çalışmaq da böyük təhlükələr yarada bilər. Bütün bunlar isə, qərarı qəbul edən rəhbərdən yüksək peşəkarlığı, savada, biliyə, təcrübəyə, çevikliyə və operativliyə malik olmağı tələb edir.




  1. Yüklə 34,74 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin