İmam Əbu Hənifə
- rahmətullahi aleyhi -
ən-Numan İbn Sabit İbn əl-Mərzuban. Bəzi məlumatlara görə H.
80/700-ci illərdə Əfqanıstanın paytaxtı Kabulda, digər rəvayətə
görə isə Kufədə Abdulməlik İbn Mərvanın xəlifəliyi dövründə
dünyaya gəlmişdir. Ərəb olmasada, ərəblər arasında böyüyüb böya
başa çatmışdır. Fars ya da Türk olması haqda bir çox məlumatlar
vardır. Kufədə tanınmış bir ailədə böyüyüb başa çatmışdır. Kiçik
yaşlarından Quranı hifz etmiş. Atası ilə bir neçə dəfə Məkkə və
Mədinəni ziyarət etmişdir. Yaşadığı dövürdə kəlam elmi geniş
yayıldığı üçün bu elmi öyrənmiş lakin sonradan kəlamı tərk edərək
Şeyx Həmmədin yanında fiqh öyrənməyə başlamışdır. İmam Əbu
Hənifə - rahmətullahi aleyhi - atasıyla 16 yaşında Həccə getdikdə
orada Tabiinlərdən olan Ata İbn Əbu Rəbah, İkrimə, Nəfi, Qatadə
və s. ilə görüşərək onlardan hədis dinlədiyi də rəvayət olunur
21
Özü Tabiinlərdən sayılır və Ətbau Tabiinlərin böyüklərindəndir. 18
il İraqın böyük alimi olan Həmməd İbn Əbu Suleymanın
dərslərində iştirak etmişdir. Müəllimləri İbrahim ən-Nəhai, əş-Şabi
kimi böyük fiqh alimləridir. Özü deyərdi ki: «Ömərin, İbn Abbasın,
İbn Məsudun və Əlinin fiqhini onların əshabından aldım»
22
. Əbu
Hənifənin - rahmətullahi aleyhi - minlərcə tələbəsi olmuşdur ki,
bunlardan 40 yaxını müctəhid mərtəbəsinə çatmışdır ki, bunlardan:
Əbu Yusuf, Muhəmməd İbn Həsən əş-Şeybani, Davud ət-Tai, Əsəd
İbn Amr, Həsən İbn Ziyad, Qasım İbn Maan, Əli İbn Muhsir,
Hibban İbn Əli və s. Əməvi və Abbasilərin idarəçiliyi dövülərində
yaşamış, hər iki dövürdə də ona təklif edilən vəzifə təklifilərini
rədd etmişdir. Lakin ikinci Abbasi xəlifəsi Əbu Cəfər Mənsurun
təklifini qəbul etmədyi üçün həbsə atılmışdır. Bağdada 15 günlük
həbs müddətindən sonra Əbu Hənifə - rahmətullahi aleyhi - 150/770-
21
İbnul Əsir “Usdul Ğabə” 3/133.
22
İmam Zəhəbi “Mənakibul İmam Əbu Hənifə və Sahiheyn Əbu Yusuf və Muhəmməd İbn
Həsən”, Misir. Əbu Zəhra, Əbu Hənifə 44.
17
ci illər arası Yetmiş yaşında şəhidlər kimi ölmüşdür. Zəhərləndiyi
də rəvayət edilir. Bağdatda Hayruzan qəbristanlşığında dəfn
edildi
23
.
Ölmündən sonra dərsləri Əbu Yusuf - rahmətullahi aleyhi -
davam etdirdi. Fətvaları toplanılaraq kitablar halına salındı.
Məzhəbi sistematik hala gətirən Muhəmməd İbn əş-Şeybanidir.
“Əl-Asl”, Camius Sağir”, “Camiul Kəbir”, “əz-Ziyadət”, “Siyerul
Kəbiri” yazan da odur. Məzhəbin ana kitabları “Zahirur Rivayə”,
“Məsailul Usul”. Tələbələrinin topladığı “Fiqhul Əkbər”, “Fiqhul
Əbsat”, “Kitabul Alim vəl Mutəallim”, “Kitabur Risalə”, “əl-
Vasiyyə”, “əl-Qəsidətul Numaniyyə”, “Mərifətul Məzahib”,
“Musnədul İmam Əbu Hənifə” və s. Bir çox şeyxlərdən dərs almış
onlardan İbrahim İbn Muhəmməd əl-Muntəşir əl-Kufi, İbrahim İbn
Yəzid ən-Nəhai əl-Kufi, İsmail İbn Xammad İbn Əbu Süleyman əl-
Kufi, Əyyub əş-Şaxtiyani əl-Basri Salim İbn Abdullah İbn Ömər İbn
əl-Xəttab və s. Şeyx Əhməd əl-Məkki əl-Xarəzmi deyir ki,
tələbələrinin sayı 700 çatırdı. Hər biri də müsəlmanların şeyxləri
idi. H. 150/767-ci ildə dünyasını dəyişmişdir.
FİQHUL ƏBSAT
Bu Kitab “Fikhul Əkbər” kitabının başqa bir versiyasıdır. Çünki
bu kitabdan bir çox Sələf alimləri öz kitablarında sitatlar
gətirmişlər. Məs: İbn Teymiyyə “Əqidətul Həməviyyə”, İbn
Qudəmə “əl-Ulum”, İbn Qeyyim “İctima Cuyuşul İsləmiyyə”,
İmam Zəhəbi “əl-Uluv”. Hər biri də bu kitabdan sitat gətirdikdə
adını “Fiqhul Əkbər” deyərdilər. “Fiqhul Əbsat” adı sonradan
Hənəfilər tərəfindən verilmişdir. Bunu oğlu tərəfindən rəvayət
edilən “Fiqhul Əkbər” kitabından ayırmaq üçün idi. “Fiqhul
Əbsat” kitabını Əbu Hənifədən - rahmətullahi aleyhi – rəvayət edən
Əbu Mutidir. Əbu Muti kimdir? Muhəddislərdən Əbu Davud, İbn
23
ən-Nəməri “əl-İntiqa” 170.
18
Hibban, Əbu Hətim bu ravini zəif ravi adlandırmışlar. Əbu Davud
- rahmətullahi aleyhi - deyir ki: “Onun hədisləri Mətrukdur və
Cəhmi
24
olmuşdur”. Əbu Hətim - rahmətullahi aleyhi - deyir ki:
“Murciyə
25
olmuşdur və hədisləri də qəbul edilmir”. İbn Hibban -
rahmətullahi aleyhi - deyir ki: “Murciyənin başçılarından olmuşdur”.
Hər iki kitab Hənəfilərdə və Mətrudilərdə əsas mənbə kitablardan
sayılır. Onlar bu kitablara əsaslanır, söykənirlər. Lakin bu kitablar
onların əleyhlərinə olan bir kitabdır. Çünki Hənəfilərin və
Mətrudilərin etiqadi məsələlərdə bir çox görüşləri bu kitabla üst-
üstə düşmür. Onların Allahın İsimləri barəsində olan etiqadlarına
ziddir. Bu kitab Əbu Mutinin İmam Əbu Hənifənin - rahmətullahi
aleyhi - sözlərindən çıxardığı bir nəticədir. Əgər biz görsək ki, nəsə
bu kitabda - İmam Təhavinin - rahmətullahi aleyhi - qeyd etdiklərinə
24
Cəhmilər kimlərdir? – Özlərini İslama nisbət edən, Kəlam əhlinin bir qoludur. Onlar
Allahın gözəl İsimləri və İman barəsində küfr etiqaddadırlar. Bu etiqadın başçısı Cəhm İbn
Saffandır. Əbu Muxriz kimi tanınır. İlk dəfə H. 102-ci ildə bu etiqadını yaymağa başlayır.
Qədər barəsində insanın seçimini, iradəsini inkar edir, ilk olaraq Quranın yaradılmış olması
fikirlərini ortaya atır və Allahın İsim və Sifətlərini təmamilə inkar edirdi. Onlar deyirlər ki:
İman yalnız Allah barəsində bilməkdir, küfr isə - Allah barəsində bilməməkdir. Söz və
əməllər imana daxil deyildir. Ona görə də onlar deyirlər ki, əgər insan Allahı tanıdısa və
sonra dili ilə inkar etdisə kafir olmur. Onlar həmçinin etiqad edirlər ki, iman hər kəsdə
eynidir. Peyğəmbərlərdən və sıravi müsəlmanlara qədər. Ona görə də imanın artıb
azalmasını da qəbul etmirlər. Həmçinin: Qiyamət günü Sıratın olmasına, Tərəzinin
olmasına, Allahı görməyi, Qəbr əzabnın olmasını, Cəhənnəm və Cənnətin əbədi olmasını,
Allahın kəlamını, Allahın Ərşin üzərinə İstiva etməsini və s inkar edirlər. Küfr olan
etiqadları özlərində daşıyırlar.
25
Murciyə Kimlərdir? - Murciyə qolları çoxdur. İbn Teymiyyə “İman”, İbnul Cevzi
“Şeytanın Hiylələri” kitabında 12 qolunu zikr edirlər. Ğulət Murciə deyirlər ki: İman – tək
qəlbin bilmsidir. Onlara görə İblis, Firon bilirdi. Küfr isə Allahı bilməməkdir. Əməllər iman
məfhumunun içərisinə daxil deyildir. Bu zaman həm zahiri, həm də qəlbi əməllər qəsd
olunur. Onlar hər ikisini də imandan görmürlər. Sələflər isə tək qəlbi əməlləri imandan
görməyəni küfr etmiş saymışlar. Murcuyə Fuqaha (Yəni: İmam Əbu Hənifə - rahmətullahi
aleyhi - və yoldaşları) belə demir. Murciyə Fuqaha – qəlb ilə təsdiq, dil ilə iqarar. Zahiri
əməllər iman məfhumuna daxil deyil. Gulət Murciyələrdən fərqli olaraq əməlləri bütünlüklə
inkar da etmirlər. Zahiri əməllərin olmaması imana təsir etmir. Sənin qəlb ilə bilib təsdiq
etməyin və dil ilə iqrar etməyin onu göstərir ki, sənin imanın Peyğəmbərlərin, Mələklərin
imanı kimidir. İmanın bütöv bir şey olduğunu qəbul etdikləri üçün artıb azalmasını da
qəbul etmirlər. Kafirə yaxşı əməllərin xeyiri olmadığı kimi, möminə də günah əməllərin
təsiri yoxdur.
19
ziddir, çünki bəzi alimlər imamların etiqadi məsələlərdə sözlərini
bir yerə toplamışlar. Məs: Həllal, İmam Əhmədin - rahmətullahi
aleyhi - etiqadını toplayarkən bir kitaba, Beyhəqi “Cəmiun Nusus
Min Kəlamiş Şəfii” adlı əsərində İmam Şəfiinin - rahmətullahi aleyhi
- sözlərini toplamışdır
26
. Bundan sonra İmam Əbu Cəfər ət-Təhavi -
rahmətullahi aleyhi - bütün ümmətin təqdirini qazanan nəfis bir
risalə yazaraq Sələfin, İmam Əbu Hənifə və tələbələri Əbu Yusuf
və Muhəmməd əş-Şeybaninin əqidəsini “Əqidətul Təhaviyyə” və
ya “Bəyanus Sunnə” kitabında bəyan etdi. “Usulud Din”
məsələsində Əbu Hənifənin etiqadı digər imamlardan İman
məsələsi xaric heç bir fərqi yoxdur. Təhavi şərhinə görə isə iman
məsələsində ixtilaf Ləfzi ixtilafdır
27
.
-
deməli İmamın sözləri deyil
ona nisbət edilən sözlərdir.
Əqidəni Bilmək Ən Böyük Fiqhdir
Həmd aləmlərin Rəbbinə, Salat və salam Peyğəmbərimiz
Muhəmmədə – sallallahu aleyhi və səlləm – və onun ailə və əshabına
olsun.
İmam Əbu Bəkr Muhəmməd İbn Muhəmməd əl-Qasani, Əbu
Bəkr Alaud-Din Muhəmməd İbn Əhməd əs-Səmərqəndidən
rəvayət etdi: Bizə Əbul Muin Meymun İbn Muhəmməd Məqhuli
ən-Nəsəfi, ona əl-Fadl ləqəbli Əbu Abdullah əl-Huseyn İbn Əli əl-
Qaşqari, ona Əbu Malik Nasran İbn Nasr əl-Huttəli, ona Əli İbn
Həsən İbn Muhəmməd əl-Qazzal, ona Əbul Həsən Əli İbn Əhməd
əl-Farisi, ona Nusayr İbn Yəhyə əl-Fəqih xəbər verdi və dedi: Əbu
Muti Həkəm İbn Abdullah əl-Bəlxinin belə dediyini eşitdim: Əbu
Hənifəyə - rahmətullahi aleyhi - Fiqhul Əkbəri (Böyük Fiqh)
haqqında soruşdum o da:
26
“Ləvamiul Ənva” 1/66.
27
Daha geniş məlumat üçün bax: Muhəmməd əl-Xumeyyis “Əqidətu İmam Əbu Hənifə Fi
Usulud Din”.
20
Əbu Hənifə dedi: Qiblə Əhlindən olan bir kimsəni hər hansı bir
günahına görə təkfir etməmək, o kimsəni imandan uzaqlaşdır-
mamaq, mərufu (yaxşılığı) əmr edib, munkərdən (qadağalardan)
çəkindirmək, sənin üçün təqdir edilən şeyin sənə mütləq şəkildə
icabət edəcəyinə, sənin üçün təqdir olunmayanın da sənə icabət
etməyəcəyini bilməyin, Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
səhabələrindən heç birini inkar (nifrət) etməmək, birini sevib
digərini sevməməyin, Osman və Əlinin – radıyallahu anhum –
durumunu Allaha həvalə etməyindir.
Əbu Hənifə dedi: Dində (etiqadda) fiqh, əhkamda fiqhdən daha
üstündür. Kişinin (insanın) necə ibadət edəcəyini öyrənməyə
çalışması və ya bilməsi onun üçün bir çox elmləri toplamasından
daha xeyirlidir.
Əbu Muti dedi: Mənə dinin ən fəzilətli olanından xəbər ver.
Əbu Hənifə dedi: Fiqhin ən fəzilətlisi, kişinin (insanın) Uca
Allaha imanı, şəriəti, sünnətləri, hədləri, ümmətin ittifaq və
ixtilafını bilməsidir.
Əbu Muti: İmanın nə olduğunu mənə açıqla.
Əbu Hənifə: Mənə Əlqəmə İbn Mursəd, Yəhyə İbn Yamərdan
rəvayət etdi və dedi: İbn Ömərə – radıyallahu anhu – mənə din
(İslam) nədir xəbər ver dedim. O da imana sarıl və onu öyrən –
dedi. Mən iman nədir? Mənə öyrət – dedim. O: “...Əlimdən tutub
məni yaşlı bir insanın yanına apardı. Yanında oturddu və: Məndən
imanın nə olduğunu soruşur – deyərək bu kimsənin Peyğəmbərlə –
sallallahu aleyhi və səlləm – birlikdə Bədr döyüşündə iştirak
edənlərdən olduğunu söylədi. İbn Ömər – radıyallahu anhu –
sözünə davam edərək dedi: Mən Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – yanında idim, bu kimsədə bizimlə bərabər idi. Bu vaxt
gözəl saçları, başında əmmamə, çöl bədəvilərindən zənn etdiyimiz
bir nəfər qarşımıza çıxdı. İnsanların arasından keçərək
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – önündə oturdu. Ey
Allahın Elçisi! İman nədir? Deyə soruşdu. Peyğəmbər: “İman –
Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin
21
Allahın qulu və Rəsulu olduğuna şəhadət gətirmək, mələklərə,
kitablara, peyğəmbərlərinə, Axirət gününə, Xeyir və şərrin Uca
Allahdan olduğuna inanmaqdır” deyə buyurdu. O, kimsə: “Doğru
söylədin” dedi. Biz bu çöl bədəvilərini cahil olmalarına
baxmayaraq Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sözlərini
təsdiq etməsinə heyrət etdik. Sonra o kimsə: “Ey Allahın Rəsulu!
İslamın əlamətləri nədir?” dedi. Peyğəmbər: “Namaz qılmaq, zəkat
vermək, Ramazan orucunu tutmaq, gücü çatan kimsə üçün Həccə
getmək və cünubdan dolayı qüsl etmək” deyə buyurdu. O, kimsə:
“Doğru söylədin” dedi. Biz yenə də bədəvinin soruşduğunun
cavabını bilir kimi Peyğəmbəri – sallallahu aleyhi və səlləm – təsdiq
etməsinə heyrət etdik. O, kimsə: “Ey Allahın Rəsulu! Ehsan nədir?”
deyə soruşdu. Peyğəmbər: “Ehsan – Allahı görür kimi ona ibadət
etməyindir, Sən Onu görməsən də belə O səni görür” deyə
buyurdu. O, kimsə: “Doğru söylədin – dedi və ardıyca Qiyamətin
nə zaman qopacağı barədə soruşdu. Peyğəmbər: “Bu haqda
soruşan soruşulandan çox bilmir” deyə buyurdu. Sonra o, kimsə
ayağa qalxaraq insanlar içərisində itdi və biz onu bir daha
görmədik. Peyğəmbər: “Bu gələn Cəbrail - əleyhissəlam - idi. Sizə
dininizi öyrətmək üçün gəlmişdi” deyə buyurdu.
Allahin Xəlq Etdiklərindən Bir Şeyi İnkar Edən Və
Ya Dində Zəruri Bilinən Bir Şeyi İnkar Edən
Barəsində Hökm
Əbu Muti: Bütün bunlara qəti olaraq inanan və (dili) ilə iqrar
edən mömin olurmu? Deyə soruşdum.
Əbu Hənifə: Bəli, Bunu iqrar edən (inanan) bütün İslamı iqrar
etmiş və inanmışdır və o kimsə mömindir.
Əbu Muti: Əgər Allahın xəlq etdiklərindən bir şeyi inkar edib:
“Mən bilmirəm bunun xaliqi kimdir?” deyərsə nə olar? Deyə
soruşdum.
22
Əbu Hənifə: O, kimsə: “Allah hər bir şeyin xaliqidir...”. (əl-
Ənam 102) ayəsinə görə kafir olar. Sanki o, kimsə Allahdan başqa
yaradıcı vardır – deyir. Necə ki, bir kimsə: Allahın mənə namazı,
orucu və zəkatı fərz etdiyini bilmirəm” deyərsə yenə kafir olar.
Çünki Allah: “(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat
verin və rüku edənlərlə birlikdə rüku edin!”. (əl-Bəqərə 43, 83, 110).
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib
edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis
əməllərdən çəkinəsiniz!”. (əl-Bəqərə 183). “Elə isə axşam-səhər
(axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə
təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!) Göylərdə
və yerdə həmd (şükür və tərif) yalnız Ona məxsusdur. Gün batanda
da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə
təriflər deyin! (Zöhr və Əsr namazlarını qılın!)”. (ər-Rum 17-18)
deyə buyurmuşdu. Əgər o kimsə: “Mən bu ayəyə iman gətirirəm,
lakin Təvil və Təfsirini bilmirəm” deyərsə kafir olmaz. Çünki o
kimsə ayənin Allah tərəfindən nazil edildiyinə iman etmiş, lakin
təfsirində xəta etmişdir (Təfsirində xəta etmək insanı kafir etməz)”.
Sirk diyarında yaşayan cahil kafir olmaz.
Əbu Muti: Şirk diyarında yaşayan, İslamı ümumi olaraq qəbul
edən, lakin (Allahın əmr etdiyi) fərzlərindən və əməllərindən heç
birini bilməyən, Kitabı və İslamın ayinlərindən heç birini iqrar
etmədiyi halda, lakin bununla bərabər Allahı və imanı qəbul edən,
lakin imanın ayinlərini iqrar etməyərək ölən kimsə mömin
olurmu? Deyə soruşdum.
Əbu Hənifə: Bəli – dedi. Mən: Hətta heç bir şey bilməyib, əməl
etməyib, yalnız İmanı qəbul edib ölürsə? Deyə soruşdum. Əbu
Hənifə: O, mömindir – dedi.
İmam Əbu Hənifənin İmana Verdiyi Tərifi Və
Əməllərin Allahın İstəməsinə Bağlı Olması
Əbu Muti: “Mənə imanın nə olduğunu açıqla?” dedim.
23
Əbu Hənifə: “İman – Allahdan başqa ibadətə layiq haqq ilah
olmadığına, Onun tək olub şəriki olmadığına, mələklərinə,
kitablarına, Peyğəmbərlərinə, Cənnətə, Cəhənnəmə, Qiyamətə,
Qədərin Xeyir və Şərinə, heç kimsəyə öz əməlini yaratmaq
gücünün verilmədiyinə, Əməllərin bütünlüklə insanın istəyi
altında olmadığına, insanlar onlar üçün yaradılmış sonluğa və
onlar üçün nə təqdir olunmuşsa ona doğru hərəkət etmələrinə
şəhadət etməyindir“ dedi.
Əbu Muti: Əgər bunun hamısını qəbul edib, lakin hər bir şey
mənim öz istəyimlədir: “İstəyən iman etsin, istəyən kafir olsun”
ayəsinə görə: İstəsəm iman edərəm, istəsəm iman etmərəm”
deyərsə nə olar? Deyə soruşdum.
Əbu Hənifə: “O, kimsə iddiasında yalançıdır. Allahın: “Xeyr, bu
(Quran) bir öyüd-nəsihətdir! İstəyənlər ondan öyüd alar. Bununla
belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub
çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!”. (əl-
Mudəssir 54-56), “(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz
(bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz).
Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”. (əl-İnsan
30) ayətlərini görmürsənmi? O, ki qaldı: “Və de: “Haqq
Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın
(kafir olsun)". (əl-Kəhf 29) ayəsi Vaid (Təhdid, hədə) üçündür. O,
kimsə bu sözü ilə ayəni inkar etmədiyi üçün kafir olmaz. Ayənin
nazil olmasını rədd etməmiş, fəqət Təvilində (təfsirində) xəta
etmişdir.
Əbu Muti: Əgər bir kimsə başına gələn müsibətdən dolayı bu
sənə Allahdan olan bir imtahandır, yoxsa əməllərinə görə
olmuşdur” deyə soruşarsa. Bu Allahdan mənə olan bir imtahan
deyildir – deyərsə kafir olurmu?
Əbu Hənifə: Xeyr – dedi. Əbu Muti: “Nə üçün?” deyə soruşdu.
Əbu Hənifə: “Çünki Allah: “(Ey insan!) Sənə yetişən hər bir
yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir...”.
(ən-Nisa 79) buyurur. Yəni, pislik günahın səbəbilədir, mən də onu
24
günahın səbəbilə sənə təqdir etdim deməkdir. Necə ki, Allah
buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız
günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara
baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (əş-Şura 30).
Yəni, günahlarınızın səbəbilədir. Necə ki: “Əgər Allah istəsəydi,
sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini
zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki,
etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız”. (ən-Nəhl 93).
Lakin o, kimsə təvildə xəta etmişdir. “Bilin ki, Allah insanla onun
qəlbi arasındadır...”. (əl-Ənfal 24). Yəni, möminlə küfr arasına,
kafirlə iman arasına girər deməkdir (Yəni, onun istəyinə çatmasına
mane ola bilər).
İstitaa (Bacarıq, Qüdrət) Haqqında Söz
Əbu Hənifə: “İstitaa (bacarıq, güc) – insanın onun səbəbilə
günahları etməsidir. Həmçinin qulun xeyirli işləri etməsi üçündə
səbəbdir. Qul, Allahın onda xəlq etdiyi İstitaaya görə cavabdehlik
daşıyır. Hansıki ondan pis işlərə deyil, xeyirli işlərə sətf etməsini
əmr etmişdi.
Əbu Muti: “Əgər o: “Allah qullarını günah etməyə məcbur edir,
daha sonra onları günaha görə cəzalandırır - deyərsə necə cavab
verilir” deyə soruşdum.
Əbu Hənifə: O, kimsədən: Qul özü üçün fayda və zərər vermyə
qadir ola bilərmi? Deyə soruş. Əgər xeyr, çünki onlar itaət və
asiliklərdən başqa özləri üçün fayda və zərər (onun istəyi olmadan
baş verir) mövzusunda məcburdular” deyərsə, ona: Allah şəri
yaratdımı?” deyə soruş. O buna: “Bəli” deyərsə öz iddiasından vaz
keçmiş olar. Əgər: Xeyr” deyərsə, bu zaman de: “De: "Sığınıram
sübhün Rəbbinə! Yaratdıqlarının şərindən...”. (əl-Fələq 1-2) ayəsinə
görə kafir olur. Çünki bu ayə Allahın şəri yaratdığından xəbər
verir.
25
Əbu Muti: Əgər o: Siz, Allah küfrü və imanı dilədi (küfr və iman
Allahın diləməsi ilədir) demirsinizmi?” deyərsə və ona: Bəli, desək.
O, Yenə də: Allah: “Mütləq qüdrətindən qorxub çəkinməyə layiq
olan da, bağışlamağa qadir olan da Odur!”. (əl-Mudəssir 56)
buyurmurmu? Deyə soruşarsa və ona: Bəli, desək. O, da: Bu zaman
Allah küfrə layiqdirmi? (ona qarşı bu qədər küfrlər edilir)”
deyərsə, biz o kimsəyə qarşı nə cavab verə bilərik? Deyə soruşdum.
Əbu Hənifə: “O itaət etmələrini dilədiyi kimsələrin itaətinə
layiqdir, asilik etmələrini dilədiyi kimsələrin asiliklərinə isə layiq
deyildir”. Əgər o: Allah özünə qarşı yalan (şirk və küfr)
söylənilməsini diləmədi” deyərsə, ondan soruş: “Allaha qarşı iftira
(şirk, küfr) insan kəlamıdır, yoxsa yox? Əgər o: Bəli, deyərsə ona:
“Adəmə bütün şeylərin adlarını öyrədən kimdir?” deyə soruş.
Əgər o: “Allah” deyərsə ona: Küfr - kəlamdır, yoxsa yox?” deyə
soruş. Əgər o: “Bəli, deyərsə ona: Kafiri kim danışdırdı? (Ona
danışmaq imkanını, qüdrətini verən kimdir?)” Deyə soruş. Əgər o:
“Allah” deyə cavab versə öz fikrinə qarşı çıxmış olar. Çünki Şirk
kəlam növündəndir. Əgər Allah diləsəydi onlara şirk sözünü
danışdırmazdı. Əbu Muti: Əgər o: Bir kimsə istəsə edər, istəsə
etməz, istəsə yeyər, istəsə yeməz, istəsə içər, istəsə içməz” deyərsə,
ondan: Allah İsrail övladları üçün dənizi keçmələrini, Fironun
boğulmasını təqdir etmədimi? Deyə soruş. Əgər o: “Bəli, deyərsə
ondan: Ola bilərdimiki Firon dəstəsilə birlikdə Musanın -
əleyhissəlam - ardıyca getməsin, özü və dəstəsi suda boğularaq tələf
olmasınlar?” deyə soruş. Əgər: Bəli, deyərsə kafir olar, Xeyr –
deyərsə əvvəlki sözünə cavab vermiş olar. Bizə Əli İbn Əhməd,
Nusayr İbn Yəhyədən, o da Əbu Mutunin belə dediyini nəql etdi.
Əbu Hənifə deyir ki, bizə Həmməd, o da İbrahimdən, o da Əbu
AbdurRahmən Abdullah İbn Məsud - radiyallahu anhu – rəvayət
edir ki, doğru sözlü və doğruluğu təsdiq olunan Peyğəmbər –
sallallahu aleyhi və səlləm - bizə buyurdu: «Sizdən hər birinizin
yaradılışı anasının bətnində qırx gün nütfə
28
şəklində olaraq bir
28
Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.
26
yerə toplanılır. Sonra bu müddət qədər aləqa
29
. Sonra bir o, qədər
də mudğa
30
şəklində bir yerə cəm olunur. Sonra onun (yanına) bir
mələk göndərilir və (mələk) ona ruh üfürdükdən sonra dörd şeyi:
“Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»
yazmaqla əmr olunur. Ondan başqa heç bir haqq ilah olmayan
Allaha and olsun ki, sizlərdən biri Cənnət əhlinin əməli ilə əməl
edər və onunla Cənnət arasında bir arşınlıq məsafə qalarkən,
kitab(-da olan qədər) onun əlehinə irəli keçər o, da Cəhən-
nəmliklərin əməli ilə əməl edib Cəhənnəmə düşər. Həmçinin
sizdən biri Cəhənnəmliklərin əməli ilə əməl edər və onunla
Cəhənnəm arasında bir arşınlıq məsafə qalarkən kitab(-da olan
qədər) onun leyhinə irəli keçər o, da Cənnət əhlinin əməli ilə əməl
edib Cənnətə düşər»
31
.
Dostları ilə paylaş: |