Sufyan İbn Uyeynə
- rahmətullahi aleyhi -
Əbu Muhəmməd Sufyan İbn Uyeynə əl-Hiləlidir. Kufəlidir. Şəfii
- rahmətullahi aleyhi - deyir ki: “Əgər Məlik və Sufyan olmasaydı
Hicazın elmi yox olardı”. İbn Vəhb - rahmətullahi aleyhi - deyir ki:
“İbn Uyeynədən daha çox təfsiri yaxşı bilən bir kimsə tanımıram”.
İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “İbn Uyeynədən daha
çox Sünnəti bilən tanımıram”. H. 198-ci ildə Rəcəb ayının
əvvələrində vəfat etmişdir
113
.
Lələkai - rahmətullahi aleyhi - deyir ki: “Bizə Ubeydullah İbn
Muhəmməd İbn ət-Tuci xəbər verdi ki: Bizə Muhəmməd İbn İshaq
İbn Abbad ət-Təmmar dedi ki: Bizə AbdulAziz İbn Muvaiyə dedi
113
İbn Həcər “Təhzibut Təhzib” 4/105, Şəzəratuz Zəhəbi” 1/354-355.
82
ki: Bizə Muhəmməd İbn AbdulCəbbar əs-Suləmi dedi ki: Bizə Bəkr
İbn əl-Fərrac Əbu Ala dedi ki: Mən Sufyan İbn Uyeynənin -
rahmətullahi aleyhi - belə dediyini dinlədim: Sünnətə uyğun etiqad
on xüsusdur. Hər kimdə bu on xüsus olarsa o, sünnəti tamamlamış
olar. Onlardan bir şeyi tərk edən isə Sünnəti tərk etmiş olar: Qədəri
qəbul etmək, Əbu Bəkr və Ömərnu hamıdan önə keçirmək, Hovuz,
Şəfaət. Mizan və Sıratı qəbul etmək. İman – söz və əməldir, Quran
Allahın kəlamıdır, qəbr əzabı və qiyamət günü dirilmək haqdır,
heç bir müsəlman haqqında (Cənnətlik və ya Cəhənnəmlik olduğu
barəsində) qəti şəhadət etməyin”. Sufyan İbn Uyeynə, Bişr əl-
Mərisinin Quranın məxluq olduğuna dair olan kitabını gördükdə
dedi: “Bu Xristianların sözlərinə nə qədər də bənzəyir”
114
.
Muhəmməd İbn İdris Əş-Şəfii
- rahmətullahi-aleyhi -
Əbu Abdullah Muhəmməd İbn İdris İbn əl-Abbas İbn Osman
İbn Şəfii İbn əs-Saib İbn Ubeyd İbn Abd Yəzid İbn Hişam İbn
AbdulMuttalib İbn AbdulManaf əl-Qureyşi əl-Məkki. Nəsli
Peyğəmbər – sallallahu aleyhi və səlləm – nəsli ilə AbdulMənaf İbn
Kusayda birləşməkdədir. İmam Şəfiinin babalarından Səid əl-
Muttalibin anası Şifa bint Ərkam İbn Nadlə isə Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – babası AbdulMuttalibin qardaşı idi.
Bundan başqa Şəfiinin babalarından Şafi İbn Said səhabə olduğu
da söylənilir
115
. H. 150-ci ildə Qəzada (bəzi rəvayətlərə görə isə:
Qəzadan 6 km aralıda yerləşən Əskələndə) dünyaya gəlmiş. Böyük
İslam alimlərdən biridir. Məkkədə dövrünün ən məşhur alimləri
olan Sufyan İbn Uyeynə, Fudeyl İbn İyad və s. dərs almışdır. İmam
Məlikdən - rahmətullahi aleyhi - də dərslər almış və demişdir:
«Allahın kitabından sonra ən faydalı kitab Məlik İbn Ənəsin
kitabıdır». H. 204-cü ildə Misirdə dünyasını dəyişmişdir.
114
İbn Teymiyyə “Şərh Əsbəhaniyyə” s. 65.
115
İmam Zəhəbi «Siyer» 10/9.
83
Tövhid Barəsində Etiqadı
Beyhəqi, ər-Rabi İbn Suleymandan, o da İmam Şəfiidən -
rahmətullahi aleyhi - nəql edir ki: “Kim Allaha və ya Onun
isimlərindən birinə and içər və andını pozarsa kəffarə verməsi
lazımdır. Kim: Kəbənin haqqı üçün, atamın haqqı üçün, filankəsin
və filankəsin haqqı üçün deyə Allahdan qeyrisinə and içər və
andını pozarsa kəffarə verməsi lazım deyil. Həyatına and içmək də
bu qəbildəndir. Beləsinin də kəffarə verməsi lazım deyildir.
Allahdan qeyrisinə and içmək məkruhdur (haramdır). Peyğəmbər
tərəfindən qadağan edilmişdir. İbn Ömər – radıyallahu anhu -
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
"Diqqət edin! Allah atalarınıza and içməyi qadağan edir. Kim and
içərsə ya Allaha and içsin, ya da sussun"
116
.
117
İmam Şəfii - rahmətullahi aleyhi - bunula Allahın İsimlərinin
yaradılmış (məxluq) olmadığını vurğulamaq istəmişdir. Buna görə
də kim Allahın adı ilə and içərsə sonra da andını pozarsa kəffarə
ödəməlidir”
118
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Mənim izlədiyim
Sünnət ilə gördüyüm və elm öyrəndiyim yoldaşlarım Sufyan,
Məlik və s. Kimsələrin izlədikləri sünnət: Allahdan başqa ibadətə
layiq haqq ilah olmadığıana, Muhəmmədin Allahın Rəsulu
olduğuna şəhadəti iqrar etmək, Allahın göydə və Ərşi üzərində
olduğuna və dilədiyi şəkildə yaatdıqlarına yaxınlaşdığına, Uca
Allahın dünya səmasına dilədiyi şəkildə endiyinə inanmaqdır”
119
.
116
Fəthul-Bəri 11/ 530, Müslim 3/1266, 1646.
117
“Mənakibuş Şafii” 1/405, İbn Əbi Hatim “Adabuş Şafii” s. 193, Əbu Nuaym “Hilyə” 9/112-
113, Beyhəqi “Əsma” s. 255-256, Bəğavi “Şərhu Sunnə” 1/188, “Uluv” s. 121, “Muxtəsər
Uluv” s. 77.
118
İbn Əbu Xatim “Ədəb əş-Şəfii” s. 193, Abu Nuaym “əl-Hilyə” 9/112-113, Beyhəqi “Sunnən
Kubra” 10/28, “İsim” s. 225-226, Bəğavi “Şərh Sunnə” 1/188, Zəhəbi “Uluv” s. 121.
119
İbn Qeyyim “İctimaul Cuyuşil İslamiyyə” s. 165, İsbatu Sifətul Uluv s. 124, Məcmuul
Fətava 4/181-183, Zəhəbi “Uluv” s. 120, “Muxtəsər Uluv” s. 176.
84
Zəhəbi “Siyer” adlı əsərində İmam Şəfiinin - rahmətullahi aleyhi -
belə dediyini nəql edir: “Quranın söz açdığı və Sünnətdə varid
olmuş (Allahın) sifətlərini qəbul edər və eyni zamanda Allahın zatı
haqqında Təşbihin (bənzətmənin) mümkün olmadığı kimi
(məxluqa) bənzətməni biz də qəbul etmərik. Çünki: “Onun heç bir
bənzəri yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11)
120
.
İbn Əbdil Bərr, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam
Şəfii - rahmətullahi aleyhi - Uca Allahın: “Xeyr, həmin gün onlarla
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) buyurduğu
haqqında bunları deyərkən dinlədim: Bu buyurduqla Allah bizlərə
qarşı pərdələnməyəcəyini, Ona baxacaq və Onu görməkdə hər
hansı bir çətinliklə qarşılaşmayacaq bir topluluq olacağını
bildirmişdir”
121
.
Lələkai, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, mən
Muhəmməd İbn İdris əş-Şəfiinin - rahmətullahi aleyhi - yanında
idim. Ona (Misirin) Səid bölgəsindən: “Xeyr, həmin gün onlarla
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) ayəsilə bağlı bir
məktub gəldi. İmam: “Onlara qəzəb edildiyi üçün (Rəbblərilə)
aralarında pərdələnmiş olacaqlar. Bu Onun razı olacaq kimsələrin
Onu görəcəklərinə dəlildir”. Ər-Rabi dedi: “Ey Abu Abdullah! Sən
bu fikirdəsənmi?” dedim. İmam: “Bəli, mən bu etiqadımın Allaha
bağlılığımın ifadəsi olan dinimin bir hissəsi olaraq görürəm”
122
.
İbn Əbdil Bərr, əl-Carudidən
123
nəql edir ki, İmam Şəfiinin -
rahmətullahi aleyhi - yanında İbrahim İbn İsmail İbn Uleyyənə
124
120
Siyer 20/341.
121
əl-İntiqa s. 79.
122
Lələkai “Şərhu Usuli Etiqadi” 2/506.
123
Musa İbn Əbul Caruddur. Nəvəvi - rahmətullahi aleyhi - deyir ki: “Şəfiinin yoldaşlarından
və ondan elm alan və rəvayət edən kimsələrdəndir”. İbn Hibətullah - rahmətullahi aleyhi -
85
barəsində söz açdılar: “Mən hər bir məslədə ona müxalifəm. Hətta
Lə İləhə illəllah sözündə də belə. Mən onun dediyi kimi demirəm.
Mən Musa - əleyhissəlam - ilə pərdə arxasından danışan Allahdan
başqa ibadətə layiq heç bir ilah yoxdur deyirəm. O, isə pərdə
arxasından Musaya - əleyhissəlam - yaratdığı bir kəlamı eşitdirən
Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyir”
125
.
Lələkai, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam Şəfii -
rahmətullahi aleyhi - dedi: “Kim Qurana məxluqdur deyərsə kafir
olar”
126
.
Beyhəqi, Əbu Muhəmməd əz-Zubeyridən rəvayət edir ki, bir
nəfər İmam Şəfiiyə - rahmətullahi aleyhi - dedi: “Mənə Quran
barəsində xəbər ver. O, yaradandırmı?”. İmam: “Xeyr” dedi.
Adam: “O, yaradılmışmıdır” dedi. İmam: “Xeyr” dedi. Adam: “O,
yaradılmamışdır?” dedi. İmam: “Bəli” dedi. Adam: “Bəs onda
onun yaradılmamış olduğunun dəlili nədir?” deyə soruşdu. İmam
başını qaldıraraq dedi: “Sən Quranın Allahın kəlamı olduğunu
qəbul edirsənmi?”. Adam: “Bəli” dedi. İmam: “Bu hal səndən
öncədə dilə gətirilmişdir. Uca Allah buyurur: “Əgər (basqına
uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki,
Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi
təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır.
Çünki onlar (haqqı) bilməyən bir tayfadır!”. (ət-Tövbə 6), “Və
Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Şəfii: “Sən
Allahın əzəldən bəri var olduğunu və kəlamının da eyni şəkildə
var olduğunu qəbul edirsənmi? Yoxsa Allahın əzəldən bəri var
deyir ki: “Bu şəs Şəfii məzhəbinə uyğun Məkkədə fətva verirdi”. “Təhzibul Əsmə Vəl
Luğət” 2/120, İbn Hibətullah “Tabaqatuş Şəfii” s. 29.
124
Zəhəbi - rahmətullahi aleyhi - deyir ki: “Cəhmiyyəyə mənsub həlak olmuş birisidir.
Quranın məxluq olduğunu söyləyənlərdəndir”. H. 218-də vəfat etmişdir. “Mizanul İtidal”
1/20, “Lisanul Mizan” 1/34-35.
125
əl-İntiqa s. 79, “Lisanul Mizan” 1/35.
126
Lələkai “Şərhu Usuli Etiqadi” 2/252.
86
olduğuna, lakin kəlamı yoxdur deyirsən” deyə soruşdu. Adam:
“Xeyr, Allah vardı, kəlamı da vardı” dedi. Şəfii gülümsədi və dedi:
“Ey Kufəlilər! Sizlər həqiqətən təhlükəli bir söz söyləyirsiniz.
Çünki Allahın hər şeydən öncə var olduğuna, kəlamının da Onunla
var olduğunu qəbul etdiyinizə görə kəlam Allahın özüdür,
Allahdan ayrıdır, Allahdan başqadır və ya Ondan fərqlidir
sözlərini haradan çıxardırsınız?”. Adam susdu və getdi”
127
.
Əbu Talib əl-Uşarinin
128
rəvayəti ilə İmam Şəfiiyə - rahmətullahi
aleyhi - nisbət edilən etiqada aid cüzdə bunları söyləyir: Əziz və
Cəlil olan Allahın sifətləri və iman edilməsi lazım olan məsələlərə
dair ona sual verildikdə dedi: “Uca və böyük olan Allahın İsim və
Sifətləri vardır. Bunlar Allahın kitabında zikr edilmiş, Peyğəmbəri
– sallallahu aleyhi və səlləm – bunları ümmətinə xəbər vermişdir.
Qurani Kərimin bunları bildirdiyinə, Peyğəmbərdən – sallallahu
aleyhi və səlləm – ədalətli şəxslərin (səhabələrin) rəvayət etdiyi
sözlərinin səhih olduğuna dair əlində dəlil olan Allahın yaratdığı
hər hansı bir kimsənin buna müxalif olması mümkün deyildir.
Onun nəzdnində hüccət sabit olduqdan sonra buna müxalif olarsa
o kimsə Allahı inkar etmiş bir kafirdir. Lakin xəbərin ona çatması,
ona qarşı dəlilin sübutundan öncə isə bilmədiyinə görə üzürlü
sayılır. Çünki belə bir bilik (Allahın İsim və Sifətləri) ağıl ilə,
düşünmək ilə də idrak edilməz. Uca Allahın hər bir şeyi eşidən
olduğuna, iki əlinin olduğuna dair buyurduqları da bu
qəbildəndir: “Əksinə, Onun hər iki Əli açıqdır...”. (əl-Maidə 64).
Sağ əlinin olduğuna: “...Göylər isə Onun sağ əli ilə büküləcəkdir...”.
(əz-Zumər 67). Onun üzünün olduğuna: “Onun Üzündən başqa hər
127
“Mənakibuş Şafii” 407-408.
128
Muhəmməd İbn Əli əl-Uşari doğru sözlü və tanınan bir elm adamıdır. Şəfiidən “əl-İtiqad”
cüzünü tək başına rəvayət etmişdir. Lakin bu Şəfii adına uydurulmuşdur. O, da yaxşı
niyyətlə bunu nəql etmişdir. Bu açıqlamanı Zəhəbi “Mizan” 3/656 zikr etmişdir. Lakin bir
çox Sələf imamları əqidə ilə bağlı məsələlərdə bu cüzə etimad etmişlər. İbn Qudamə “Sifətul
Uluv” s. 124, İbn Əbi Yala “Tabaqat” 1/283, İbn Qeyyim “İctimaul Cuyuş” s. 165, Z əhəbi
“Siyer” 10/79.
87
şey məhv olacaqdır”. (əl-Qasas 88). “Ancaq Rəbbinin əzəmətli və
kəramətli Üzü əbədidir”. (ər-Rahmən 27). Peyğəmbərin – sallallahu
aleyhi və səlləm – buyurduğu kimi Onun ayağı da vardır: Əbu
Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə sən mənim
rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm».
Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan
istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma
Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə
qoyar, o da: Bəsdi, Bəsdi! Deyib Cəhənnəm dolar. (Cəhənnəmi
doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə
Allah onun boşluqlarını doldurmaq üçün bir neçə varlılıqlar
yaradır»
129
. Ayrıca Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
buyurduğu kimi Allah yolunda öldürülmüş kimsə barəsində
buyurmuşdu: O, Allahın hüzuruna Allah ona güldüyü halda
çıxar”
130
. Uca Allah Rəsulullahın – sallallahu aleyhi və səlləm –
verdiyi xəbərə görə hər gecə dünya səmasına enər. Uca Allahın
gözü Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurduğu kimi tək
(kor) deyildir. Çünki o, Dəccəldən söz açarkən buyurdu: “Ənəs İbn
Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «Elə bir Peyğəmbər yoxdur ki, ümmətini
yalançı, bir gözü kor Dəccəldən çəkindirməsin. Diqqət edin.
Dəccəlin bir gözü kordur
131
. Sizin Rəbbiniz isə tək göz deyildir»
132
.
Möminlər on dördüncü günü ayı gördükləri kimi Qiyamət günü
gözləriylə Rəblərini görəcəklər. Uca Allahın Peyğəmbərinin
buyurduğu kimi barmaqları vardır. Abdullah İbn Amr İbn əl-As -
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və
129
Buxari, Müslim.
130
Buxari 2826, Müslim 1504, 1890.
131
Hədislərdə Dəccəlin sağ gözünün kor olduğu haqqında məlumatlar vardır. Lakin sol
gözünün kor olması haqında da hədislər vardır. Sağ gözünün kor olduğu haqqında olan
hədislər sənəd baxımından daha sağlamdır.
132
Buxari 7131,7408, Müslim 2933, Tirmizi 2245, Əbu Davud 4316, əl-Albani "Səhih Cəmius
Sağir" 3402,5578,5789, "Şərh Əqidətul Təhaviyyə" s. 500.
88
səlləm – buyurdu: «Adəm oğullarının qəlbləri Rahmənin
barmaqlarından iki barmağı arasında tək bir qəlb kimidir. Onları
istədiyi kimi çevirir»
133
. Uca Allahın zatını, Rəsulunun – sallallahu
aleyhi və səlləm – onu vəsf etdiyi sifətləri ağlla, idrak ilə
qavranılması mükün deyildir. Bu xüsuslara dair xəbər çatmayan
kimsə bunları bilmədiyinə görə təkfir edilməz. Şəriət xəbərlərini
eşidən kimsə isə bunlara itaət etməsi və sanki Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – dilindən eşidiyi və gördüyü kimi bunlara
şahidlik etməsi vacibdir. Bizlər də bu sifətləri qəbul etməklə
bərabər Təşbih (bənzətməyi) də rədd edərik. Uca Allah da özü
barəsində Təşbihi qəbul etməyərək buyurur: “Onun heç bir bənzəri
yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11)
134
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Özü özünü vəsf etdiyi
kimi olan Allaha həmd olsun, yaratdıqlarının Onu vəsf etməsindən
Uca olan Allaha həmd olsun”
135
.
Qədər Barəsində Etiqadı
Beyhəqi, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam
Şəfiidən - rahmətullahi aleyhi - Qədər barəsində sual verildikdə dedi:
“Sənin dilədiyin olur, baxmayaraq ki, mən diləməmişdim. Sənin
diləmədiyin isə olmaz, baxmayaraq ki, mən onu istəmişdim. Sən
qullarını tanıyaraq yaratdın, gənci də, yaşlısı da elminə görə
hərəkət edər. Birinə lütf (himayə) etdin, digərini köməksiz
133
Müslim 2654, Əhməd 2/168,173, Tirmizi 2140, İbn Məcə 3834, əl-Albani «Səhih Hədislər
Silsiləsi» 1689, "Ziləlul Cənnə" 1/100,103,222, "Mişkət" 89,102, "Sahih Cəmius Sağir" 1685.
Lakin bu o, demək deyil ki, Adəm övladının qəlbləri Allahın barmaqları ilə təmas edib
(bitişib).
134
Muhəmməd əl-Xumeyyis deyir ki: “Mən bu etiqadi sözləri originaldan fotokpiya edilmiş
və Hollandiyada Leyden Universitetində saxlanılmış nüsxədən sitat gətirirəm”.
135
“Risalə” s. 7-8.
89
buraxdın, Mənə yardım etdin, digərinə etmədin. Kimisi xöşbəxtdir,
kimisi bədbəxt, kimiləri gözəl, kimiləri də çirkindir”
136
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Qulların diləməsi Uca
Allaha aiddir. Aləmlərin Rəbbi olan Allah diləmədikcə onlar
diləməzlər. İnsanlar öz əməllərini yaratmazlar. Onların əməlləri
Uca Allahın yaratdıqları arasındadır. Qulların felləri Onun
tərəfindən yaradılmışdır. Qədər xeyri və şərilə Allahdandır.
Şübhəsiz qəbr əzabı haqdır, qəbirdə olanların sorğu-sual olunması
haqdır, ölümdən sonra dirilmək haqdır, hesab olunmaq haqdır,
Cənnət və Cəhənnəm haqdır və buna aid olan sünnətdə zikr edilən
digər xüsuslar da haqdır”
137
.
Lələkai, Muzənidən rəvayət edir ki, İmam Şəfii - rahmətullahi
aleyhi - dedi: “Qədəri nə deməkdir bilirsinizmi?”. Bu o, kəsdir ki:
“Allah əməlləri yaratmamışdır ta ki, əməl baş verənə qədər” deyən
kimsədir
138
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Rəsulullahın –
sallallahu aleyhi və səlləm – haqlarında: “Bu ümmətin məcusiləridir”
dediyi kimsələr Allah, günahlar icra olunana qədər bilməz deyən
kimsələrdir”
139
. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qədəriyyə bu
ümmətin məcusiləridir. Xəstələnəcək olurlarsa onları ziyarətə
getməyin, ölürlərsə cənazələrində iştirak etməyin»
140
.
136
Mənakibuş Şəfii 1/412-413, Lələkai “şərhu Usuli Etiqadi” 4/777.
137
Mənakibuş Şəfii 1/415.
138
“Şərhu Usuli Etiqadi” 4/776.
139
Mənakibuş Şəfii 1/413.
140
Əbu Davud «Aunul Məbud» 12/452, 4691, Həkim 1/85, əl-Albani «Səhihul Cəmi» 5039,
«Şərhu Təhaviyyə» s 273 həsən hədis.
90
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfii -
rahmətullahi aleyhi - Qədəriyyə mənsub bir kimsənin arxasında
namaz qılmağı məkruh (haram)
141
görərdi”
142
.
İman Barəsində Etiqadı
İbn Əbdi Bərr, Rabidən rəvayət edir ki, İmam Şəfiinin -
rahmətullahi aleyhi - belə dediyini dinlədim: “İman – söz, əməl və
qəlb ilə etiqaddı. Allah: “Allah sizin imanınızı (bundan əvvəl
Beytulmüqəddəsə üz tutaraq qıldığınız namazlarnızı) əvəzsis
buraxmaz. (əl-Bəqərə 143) buyurduğuna diqqət etmirsinizmi?
Burada məqsəd Beytul Məqdisə doğru qıldığınız namazlarınız puç
olmayacaqdır. Beləliklə namaza iman adı verilmişdir. Namaz isə
söz, əməl və bir etiqaddır”
143
.
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfii -
rahmətullahi aleyhi - dedi: “İman – söz və əməldir, artar və
əskilər”
144
.
Beyhəqi rəvayət edir ki, Əbu Muhəmməd əz-Zubeyri dedi ki,
Bir nəfər İmama: “Allah dərgahında hansı əməl daha fəzilətlidir”
deyə sual verdi. İmam: “O, olmadan heç bir əməlin qəbul
olunmayacağı şey” deyə cavab verdi. Adam: “O, nədir?” dedi.
İmam: “Ondan başqa ibadətə layiq heç bir İlah olmayan Allaha
iman etmək, dərəcə etibarıyla əməllərin ən yüksəyi, mövqe
etibarıyla ən şərəflisi, dəyər etibarıyla ən ucasıdır”. Adam: “Mənə
141
Burada məkruhdan qəsd edilən haramdır. Çünki: "Əgər bir kimsə qəbirə doğru namaz
qılarsa namzını qılmış olur, lakin çox pis bir iş etmiş olur" sözü haram etdi mənasındadır.
Quran üslubunda da pislik Seyyiə deməkdir. Allah uşaqlarınızı öldürməyi, zinaya
yaxınlaşmağı, can almağı və s. şeyləri qadağan etdikdən sonra buyurur: "Bütün bunlar
Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir". (əl-İsra 23, 33, 36-38).
142
Mənakibuş Şəfii 1/413.
143
əl-İntiqa 82.
144
“Mənakibu əş-Şəfii” 1/387.
91
İman haqqında xəbər ver. O, söz və əməldirmi, yoxsa əməlsiz
sözdən ibarətdir?” dedi. İmam: “İman Allah üçün bir əməldir, söz
də bu əməlin bir parçasıdır”. Adam: “Mənə bunu açıqla ki, yaxşı
başa düşüm?” dedi. İmam: “İmanın bir neçə halları, dərəcələri,
şöbələri vardır. Bunların kimisi tam imandır, kamilliyə çatmışdır.
Naqis iman vardır, hansıki naqis olduğu görüləcək şəkildə
naqisdir. Bir də var üstün iman, xeyiri daima artan imandır”.
Adam: “Tam olmayan İman artıb azalırmı?” dedi. İmam: “Bəli”
dedi. Adam: “Bunun dəlili nədir” dedi. İmam: “Allah Adəm
oğullarının əzaları üzərinə imanı fərz etdi və bunu əzalar arasında
paylaşdırdı. Elə bir əza yoxdur ki, onun üzərində məsuliyyət
düşsün digərinə isə yox. Bu əzalardan biri də onun anlayıb,
qavradığı, bildiyi qəlbidir. O, bədənin (bütün əzaların) əmiridir.
Bütün orqanlar onun əmrindədir. Digər əzaları isə: Gördüyü iki
gözü, eşitdiyi qulaqları, tutduğu əlləri, yeridiyi ayaqları, əlaqə
qurduğu cinsiyyət orqanı, danışdığı dili, üzünün olduğu başıdır.
Bütün bu orqanların üzərlərinə düşən fərzlər ayrı-ayrıdır. Qəlbin
üzərinə düşən fərz, dilin daşıdığı fərzdən, qulağın fərzi gözlərin
fərzindən, əllərin fərzi ayaqların fərzindən, cinsiyyət orqanının
üzərinə düşən fərz üzə düşən fərzdən ayrıdır.
Allahın qəlbə fərz etdiyi iman: Allahdan başqa ibadətə layiq
haqq ilah olmadığına, oxşarı, bənzəri və şərikinin olmadığına,
Muhəmmədin onun qulu və Rəsulu olduğunu iqrar etmək, buna
inanmaq, rıza və təslimiyyət göstərməkdir. Həmçinin Allah
trəfindən göndərilən bütün Peyğəmbərləri və kitabları qəbul
etməkdir. Allahın qəlbə fərz etdiyi iman və qəlbin əməli budur.
“Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur
edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna
olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə
gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü
surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli
bir əzaba düçar olarlar!”. (ən-Nəhl 106). “O kəslər ki, Allaha iman
gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki,
92
qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram
tapar!”. (ər-Rəd 28). “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha
məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız
da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini
bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!”. (əl-
Bəqərə 284). “Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə:
"İman gətirdik!"– deyən kimsələrdən...”. (əl-Maidə 41). Qəlbin
imanı və əməli budur. İmanın başıda budur.
Allahın dilə fərz etdiyi qəlbin qəbul etdiyi etiqadı söyləmək və
ifadə etməkdir. “Deyin: "Biz Allaha iman gətirdik...”. (əl-Bəqərə
136). “...insanlara xoş söz söyləyin...”. (əl-Bəqərə 83). Allahın dilə
fərz etdiyi bunlardır və bunlar dilin əməlidir. İmandan ona fərz
olan qisimdir.
Uca Allah qulağa Allahın haramlarını dinləməkdən uzaq olmağı
qadağan etdiyi şeylərdən özünü qorumağı fərz etmişdir. “Allah
Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın
ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz
zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir
yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız.
Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə
bir yerdə toplayacaqdır!”. (ən-Nisa 140). Allah unutqanlığı burada
istisna (üzürlü) etmişdir: “(Ya Rəsulum!) Ayələrimizi istehza
edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz
çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa,
xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam
68). “...Qullarımı müjdələ! O kəslər ki, sözə qulaq asıb onun ən
yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi
şəxslərdir. Ağıl sahibləri də məhz onlardır”. (əz-Zumər 17-18).
“Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki,
namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o
kəslərdir ki, zəkat verirlər”. (əl-Muminun 1-4). “Onlar boş (yersiz)
bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz
bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə
93
cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə,
sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların
söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq)
istəmirik!” – deyirlər. (əl-Qəsəs 55). “O kəslər ki, yalan yerə
şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət
eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü
ləyaqətlə aparıb onlara əhəmiyyət verməz)”. (əl-Furqan 72). Uca
Allahın qulaq üçün halal olmayan şeylərdən uzaq durması üçün
fərz etdikləri bunlardır. Bunlar da qulağın əməlidir və bu da
imandandır.
Gözlərə Allahın haram etdiyi şeylərə baxmağı və Allahın
baxmağı qadağan etdiyi şeylərdən çəkinməyi fərz etmişdir. “(Ya
Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən
çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan)
qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan,
təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə
etdiklərindən xəbərdardır!”. (ən-Nur 30). Bu ayə ilə ondan sonrakı
ayədə Allah bir-birilərinin məhrəm yerlərinə baxmalarını qadağan
etmiş və hər kəsin öz məhrəm yerini başqasının baxmasına qarşı
qorumasını əmr etmişdir. “Mömin qadınlara de ki, gözlərini haram
buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb
yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-
özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət
yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə)
göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər
(boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən,
yaxud
öz
atalarından,
yaxud
ərlərinin
atalarından
(qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin
oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının
oğullarından,
yaxud bacılarının
oğullarından,
yaxud öz
(müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik)
cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək
yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ
94
anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri
bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və
ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə
edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”. (ən-Nur 31).
Allahın kitabında məhrəm yerinin qorunmasını ifadə edən hər bir
buyuruq zinadan qorunmaq mənasındadır. Bu ayə müstəsnadır.
Bu baxmaqdan qorunmaq haqqındadır. Allahın gözə fərz etdiyi
budur. Bu da gözün əməli və imandandır.
Daha sonra qəlbə, qulağa və gözə fərz etdiyini bir ayədə zikr
edərək Allah buyurur: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca
getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə).
Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl,
dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (əl-İsra 36).
Allah məhrəm yerinə, Allahın haram etdiyi şeyləri edərək onun
məhrəmiyətini pozmamağı fərz etmişdir. “o kəslərdir ki, öz cinsi
orqanlarını
həmişə
qoruyurlar...”.
(əl-Muminun
5).
“Siz
qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət
verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz
əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz”. (əl-
Fussilət 22). Burada dərilərinizdən məqsəd məhrəm yerləri və iffət
yerləridir. Allahın məhrəm yerinə fərz etdiyi budur və bu da
məhrəm yerlərinin əməlidir.
Allah əllərə Allahın haram etdiyi şeyləri tutmamağı və onlarla
Allahın əmr etdiyi sədəqə, qohumluq əlaqələri, Allah yolunda
cihad, namaz üçün təharətli olmaq kimi şeyləri etməyi əmr
etmişdir. “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və
dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara
qədər ayaqlarınızı yuyun...”. (əl-Maidə 6). “(Ey möminlər!)
Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını
vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar
deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə
bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da
fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-
95
parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ
pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah
istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala
bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün
(vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin
əməllərini əsla puç etməz”. (Muhəmməd 4). Çünki kafirlərlə
döyüşmək, vurmaq, qohumluq əlaqələrini qurmaq və sədəqə
vermək əllərin işləri arasındadır.
Allah ayaqlarla haram etdiyi şeylərə doğru getməməyi əmr
etmişdir. “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri
yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”. (əl-İsra
37).
Uzə də gecə və gündüz namaz vaxtlarında Allaha səcdə etməyi
fərz etmişdir. “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin,
səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki,
nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)”. (əl-Həcc 77). “Şübhəsiz
ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!”.
(əl-Cinn 18). Burada məscidlər ilə Adəm oğullarının namaz
əsnasında səcdə etdiyi alnı və digər əzaları qəsd edilir. Allahın bu
əzalara olan fərzləri bunladır.
Allah kitabında dəstnamaza və namazlara iman – adını
vermişdir. Bu da uca Allahın Peyğəmbərini Beytul Məqdisə doğru
namaz qıldıqdan sonra Kəbəyə doğru namaz qılmasını əmr etdiyi
zaman olmuşdur. O, zaman müsəlmanlar Beytul Məqdisə doğru
namaz qılmaları əmr edilmişdir. On altı ay Beytul Məqdisə doğru
namaz qılmışdılar. Qiblənin dəyişməsindən sonra müsəlmanlar
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələrək: “Ey
Allahın
Rəsulu!
Bəs
Beytul
Məqdisə
doğru
qıldığımız
namazlarımız necə olacaqdır” deyə soruşdular. Allah: “Allah sizin
imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız
namazlarnızı) əvəzsis buraxmaz. (əl-Bəqərə 143). Göründüyü kimi
namaza İman adı verilmişir. Kim də namazlarını və əzalarının
üzərinə düşən fərzləri mühafizə edərək yerinə yetirərək Allahın
96
hüzuruna gedərsə imanı kamil və Cənnət əhli olaraq qovuşmuş
olar. Kim də bunlardan bəzisini qəsdli olaraq tərk edərək Allaha
qovuşaqsa naqis bir imanla qovuşmuş olar”. Adam : “İmanın naqis
və tam olmasını öyrəndim. Bəs, artması necədir?” dedi. İmam: “Bir
surə nazil edildiyi zaman onlardan istehza ilə: "Bir surə nazil
edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın
imanını artırdı?” – deyənlər də var. Möminlərə gəlincə, (hər bir
surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına)
sevinərlər. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə
isə, (hər bir surə) onların murdarlığı (küfrə, nifaqı) üstünə bir
murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!”. (ət-Tövbə 124-
125). “(Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik.
Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların
hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq”. (əl-Kəhf
13). Əgər imanın artıb azalması olmasaydı bir kimsənin üstünlüyü
olmaz, insanlar bir-birilərinə (imanda) bərabər olardı. Fəzilət
məsələsi də aradan qalxardı. Lakin imanın artması ilə möminlər
Cənnətə, yalnız imanla bir-birilərinə qarşı fəzilət sahibi olurlar.
İmanlarında olan üstünlüyə görə Cənnətdə dərəcə qazanırlar
(dərəcələri bir-birindən üstün olur). İmanlarında olan naqislik
səbəbilə də Cəhənnəmə girəcəklər. Uca Allah atların bir-birilə
yarışdıqları kimi qulları arasında iman və əməldə bir yarış
etmişdir. Bu yarışda heç kəsin haqqı tapdalanmaz. Bu yarışmaya
görə dərəcə və mükafat alırlar. Hər bir kimsə imanına görə bir
dərəcədə olacaqdır. Allah o dərəcədə onun haqqından bir şey
əskiltməz. Başqası tərəfindən keçilən bir kimsə əsla onu keçənin
önünə gətirilməyəcəyi kimi. Buna görə də ümmətin Sələfini
onlardan sonra gələnlərdən daha fəsilətli və xeyirli etmişdir. Əgər
iman məsələsində ilk Sələflərin (önə keçənlərin) imanda onlardan
geri olanlara hər hansı bir üstünlüyü (fəziləti) olmasaydı bu
ümmtin sonradan gələnləri ilə Sələfin imamları arasında heç bir
dərəcə fərqi qalmazdı”
145
.
145
əl-İntiqa s. 81, “Mənakibuş Şəfii” 1/387-393.
|