Emalın 2-ci tipi: məzmunun saxlanılması və formanın dəyişməsi ilə bağlı emal.
Informasiyanın bu tip emalına misal olaraq mətnin bir dildən digər dilə tərcümə olunmasını göstərmək olar. Aydındır ki, bu zaman forma dəyişilir, lakin məzmun saxlanılır. İnformasiyanın emalının bu şəkli kodlaşdırma adlanır. Kodlaşdırma informasiyanın bir simvollar formasından onun saxlanılması, otürülməsi, emalı üçün daha münasib olan digər formaya çevrilməsidir. Kodlaşdırmadan informasiyalarla işləyən texniki vasitələrdə istifadə olunur.
Informasiyanın emalının başqa şəkli – verilənlərin strukturlaşdırılmasıdır. Strukturlaşdırma saxlanılan informasiyaların müəyyən nizamla qorunması ilə əlaqəlidir.
Verilənlərin əlifbaya uyğun nizamlanması, hər hansı əlamətə görə klassifikasiyası, cədvəl və ya qraflarla təsviri – bütün bunlar strukturlaşdırmaya aid misallardır.
Informasiyanın emalının daha vacib formalarından biri onun axtarışıdır. Informasiyanın axtarılması məsələsi belə ifadə edilir: yaddaşda hər hansı informasiya – informasiya massivi saxlanılır və lazım olan informasiyanı müəyyən şərtlər daxilində tapmaq tələb olunur. Informasiyanın təşkili üsullarından asılı olaraq axtarış alqoritmi müəyyən olunur. Informasiya strukturlaşdırılmış olduqda, axtarış çox sürətlə yerinə yetirilir.
Dostları ilə paylaş: |