Əsas iş rejimləri. Hazırlıq rejimi. Bu zaman müəllim verilənlərin daxil edilməsi, redaktə etmə, əmrlər, cədvəlin inikası, hesablamaların idarə edilməsi rejimləri, sətir və sütunlar üzrə hesablamalar və s. haqqında məlumat verir.
Cədvəl redaktə əmrləri ilə cədvəlin bir hissəsini silmək, ona əlavələr etmək, yerini dəyişmək, surətini almaq olar.
Formatlaşdırma əmrlərindən cədvəlin görnüşünü və tərtibatını dəyişmək üçün istifadə olunur. Format elementlərinə aşağıdakıları aid etmək olar:
oyuqların sərhədlərinin eyniləşdirilməsi;
sətrin hündürlüyü və sütunun eninin dəyişdirilməsi;
şriftin ölçüsü, tipi və sətiraltı xəttin müəyyən edilməsi;
ədədlərin təsvir formalarının təyin edilməsi;
cədvəlin çəklişini, görnüşünü dəyişdirməyi;
fonun rəngi və s.
Elektron cədvəldə “susmaya görə” standart parametrlərdən də istifadə olunur. Cədvəllə iş prosesindən asılı olaraq əmrləri dəyişdirmək olar.
Elektron cədvəlin oyuğunun məzmunu düstur və ya mətn şəklində ola bilər.
Verilənlərin tipi. Verilənlər daxil edilməzdən əvvəl onların tipi haqqında məlumat məlum olur, başqa sözlə, mətni prosessor hansı oyuqda hansı tip verilən saxlanıldığını “bilməlidir”. Bundan sonra onları düzgün interpretasiya etmək olar.
Verilənlərin strukturu. Verilənlərin minimal struktur elementi elektron cədvəlin oyuğudur. Əsas əməliyyatlar – verilənlərin daxil edilməsi, silinməsi, redaktəsi və s. oyuqlarda yerinə yetirilir.
Ədədi sabitlər. Bu sabitlər tam və həqiqi sabitlərə ayrılırlar. Onların qeyd olunmuş nöqtə və eksponensial formada yazılışından istifadə olunur.
Dəyişənlər. Cədvəlin hər bir oyuğunu mətni prosessorun yaddaş oyuğu kimi interpretasiya etmək olar. Hər bir oyuğun sətir və sütunlarla təyin olunan adı var. Burada proqramlaşdırma dillərində olduğu kimi analogiya əsasında dəyişən anlayışını təyin etmək olar. Dəyişən yaddaşın adlandırılmış qiymət yazılacaq oyuğudur. Hər bir dəyişən simvolik adla, identifikatorla işarə edilir. Cədvəlin oyuqlarına dəyişənlər kimi baxmaq olar.
Ifadələr(düsturlar). Elektron cədvəldə hesabi və məntiqi ifadələrdən istifadə olunur. hesabi ifadələr riyazi düsturlar şəklində yazılır və onların qiymətləri hesablanılır.
Məntiqi ifadələr isə münasibət işarələri və məntiq əməllərinin köməyi ilə qurulur. Məntiqi ifadənin nəticəsi ya “doğru”, ya da “yalan” qiymətini alır.
Ünvanlaşdırma. Şagirdlərin diqqətini ilk növbədə elektron cədvəlin strukturuna və EHM-in əməli yaddaşına yönəltmək lazımdır. Hər iki halda saxlanılan və axtarılan informasiyanın ünvanı prinsiplərindən istifadə olunur. Burada fərq: əməli yaddaş qurğusunda ünvanlaşma vahidi bayt, cədvəldə isə oyuqlar görüldüyü diqqətə çatdırılmalıdır.
Cəbrayılov Maarif
Dostları ilə paylaş: |