Əgər hər hansı şərt ödənirsə
Onda hər hansı əməliyyat yerinə yetirilir.
Ekspert sistem verilənləri təhlil edir, araşdırır, lazımi qərar qəbul edir və onu yerinə yetirir. Məsələn, televizorun müəyyən çüddətdən sonra sönməsi üçün verilən proqram həmin an yetişdikdə onun söndürülməsini təmin edir.
Semantik şəbəkə - sistemin anlayışları arasında əlaqələrin oriyentasiyalı qraflarla təsviridir.
Freym - müəyyən obyektlər, anlayışlar tipinin abstrakt obrazı olub, obyektin bütün atributlarını özündə birləşdirir.
Biliyin məntiqi modeli isə fakt və qaydalardan ibarət, yalan və ya doğru olan, biliklər bazasının əsasını təşkil edən verilənlər bazasıdır. Biliyin məntiqi modeli Proloq dilinin əsasını təşkil edir. Proloq dili məntiqi proqramlaşdırma dilidir.
Dostları ilə paylaş: |