Qrafiki redaktorun əmrlər sistemi. Qrafiki redaktorların əmrlər sisteminə:
alətlərin seçilməsi əmrləri;
alətlərin sazlanması (xəttin, şriftin, hərfin eni) əmrləri;
rənglərin seçilməsi əmrləri;
şəklin miqyasının müəyyənləşdirilməsi əmrləri;
iş zamanı buferlə mübadilə (şəklin hissəsini kəsmək, sürətini almaq, digər yerə köçürmək) əmrləri;
ayrılmış hissə üzərində əməliyyatlar aparmaq;
xarici qurğulardan təsvirlərin daxil edilməsi və çıxışı əmrləri
daxildir.
Əmrlərdən ibarət menyu piktoqram və ya mətni formada təsvir oluna bilər.
ŞƏBƏKƏ İNFORMASİYA TEXNOLOGİYASI
Informasiya texnologiyalarının dinamik inkişaf edən bölmələrindən biri kompüter telekommunikasiya bölməsidir. Bu bölməyə aid olan mövzular əsasən nəzəri material olduğundan onun effektiv öyrənilməsinə nail olmaq üçün şagirdlərin praktik fəaliyyətini təşkil etmək vacibdir. Kursun bu bölməsinin öyrənilməsinin əsas pedoqoji məqsədləri aşağıdakılardır:
lokal və qlobal şəbəkələrin quruluşu və istifadə təyinatı haqqında təsəvvürlər vermək;
şagirdləri İnternetin imkanları və şəbəkənin əsas informasiya xidmətləri ilə tanış etmək;
Dostları ilə paylaş: |