Internetin informasiya xidmətləri. Istifadəçilərin qlobal şəbəkədən istifadə etdikləri informasiya xidmətləri dünya İnternet şəbəkəsinin inkişafı ilə bağlıdır. Bu xidmətlər arasında əsas yeri WWW xidməti tutur.
WWW – World Wide Web - ümümdünya toru adlanır. Bu İnternetdə hipmətn informasiya sistemidir. Son zamanlar WWW və onun proqram təminatı İnternetin universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir. Onlar istifadəçinin praktik olaraq FTP, e-mail, WAIS, Gopher və.sresuslarından istifadə etməsini təmin edir.
Web-brouzer-müştəri proqramı Web-səhifəyə baxmağı və çıxarmağı təmin edir;
Web-sayt-Web-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir.
Web – brouzer üçün ən çox yayılmış populyar İnternet Explorer və Netscape Navigatordan istifadə olunur. Brouzerin əsas vəzifəsi Web- serverə müraciət edərək istənilən səhifəni tapmaq və onu ekrana çıxarmaqdır.
Informasiyanı internetdə saxlamaq və axtarmaq üçün URL –universal ünvanlarından istifadə edilir. URL-ünvanı iki hissədən ibarətdir: 1-ci (sol) hissə istifadə olunan protokolu göstərir. 2-ci (sağ) hissə şəbəkənin hansı yerində resusların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır.
Informasiyanı açar sözlərdən istifadə edərək axtarmaq istifadəçidən müəyyən vərdişlər tələb edir.