ötürülən verilənlərin paketlərə ayrılması;
paketlərin ünvanlaşdırılması və onların təyin olunmuş ünvana ötürülməsi;
paketlərin daxil olunmuş ilkin verilənlər formasında yığılması.
Bunlara əməl etdikdə qəbul edilən və ötürülən paketlərin lazimi ünvana çatmasına nəzarət edilir.
TCP/İP protokolu əsasında şəbəkədə əsas xidməti təşkil edən İnternetin digər tədbiqi protokolları realizə edilir.
İnternetin əsasını İP- ünvanları adlanan sistem təşkil edir. Internetə qoşulmuş hər bir qovşaq kompüteri şəbəkədə ünvan alır. İP- ünvanı bir-birindən nöqtə ilə ayrılmış dörd tam onluq ədəddən əmələ gəlir.
Rəqəmli ünvan sistemi “daxili” işidir. Bu, istifadəçi üçün əlverişli deyil. Buna görə də istifadəçilər ünvanların hərflərlə yazılış formasından- domen ünvanından istifadə edirlər. Domen ünvan bir-birindən nöqtələrlə ayrılmış simvol addır.
Dostları ilə paylaş: |