Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə368/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   364   365   366   367   368   369   370   371   ...   431
 2. Sertifikatın verilməsi 
2.1. Subyektlər ekoloji təmiz məhsul istehsalını qrup şəklində apara bilərlər. Belə halda subyekt 
istehsal qrupunun adından müvafiq orqana müraciət etməlidir. 
2.2. Subyekt hər bir məhsul üçün ayrı-ayrılıqda və ya hər növ məhsul istehsalını ayrıca qeyd 
etməklə, sertifikat almaq üçün müvafiq orqana müraciət edə bilər. 
2.3. Aşağıdakı hallarda "ekoloji təmiz kənd təsərrüfatı subyekti" sertifikatı verilmir: 
-  iri sənaye mərkəzləri daxilində yerləşən təsərrüfat subyektlərinə
-  zərərli tullantıları olan sənaye obyektləri və  mərkəzi nəqliyyat yolları yaxınlığında 
yerləşmiş təsərrüfat subyektlərinə; 
-  bitkilərin və heyvanların təbii  şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, 
sağlam mal-qaraya, əlverişli əkinçilik şəraitinə malik olmayan təsərrüfat subyektlərinə; 
-  ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının istehsalında genetik modifikasiya 
olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edildikdə. 
2.4. Subyektə verilən sertifikatın forması bu Qaydaya əlavədə göstərildiyi kimi müəyyən edilir. 
2.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti sertifikatı 1 (bir) il müddətinə verilir. 
2.6. Ekoloji standartlara, normativlərə  və  tələblərə  əməl etmədiyi halda, ekoloji müşahidə 
orqanının məlumatları  və sertifikatlaşdırma orqanının təklifi  əsasında ekoloji təmiz kənd 
təsərrüfatı subyektinin sertifikatı ləğv edilir.  


 
298

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin