zərurətini meydana çıxarmışdır. Dərslikdə Ekoloji Kənd Təsərrüfatının elmi əsaslarının düzgün dərki və mənimsənilməsi məqsədilə, ilk növbədə, təbiətdən istifadənin ümumi əsaslarının, təbiətdən istifadənin ekoloji və iqtisadi əsaslarının ən vacib prinsipləri şərh olunduqdan sonra ekoloji kənd təsərrüfatının mahiyyəti, bu sahənin tarixi inkişafı, prinsipləri və elmi əsasları məntiqi ardıcıllıqla təqdim edilir. Dərslik ali təhsil məktəblərində “Ekoloji kənd təsərrüfatı”, “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Zoomühəndislik”, “Baytarlıq təbabəti”, “Ətraf mühitin mühafizəsi”, “Biologiya” və digər ixtisaslarda təhsil alan tələbələrlə yanaşı, elmi işçilər, müəllimlər və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə