Meşələrdə ağaсlar və digər bitkilər qida maddələrini torpaqdan mənimsəyir və
onlarla öz biokütlələrini (yarpaqlar, budaqlar və s.) qurur. Yarpaqlar töküldükdə və
ya bitkilər məhv olduqda qida maddələri torpağa qayıdır. Biokütlənin bir hissəsi
müxtəlif heyvanlar, həşəratlar tərəfindən yeyilir və onların ifrazatı vastəsilə qida
maddələri formasında torpağa qayıdır. Torpaqdakı orqanizmlərin əksər hissəsi üzvi
maddələri parçalayır və həmin məhsullar bitkilər üçün qida mənbəyinə çevrilir. Meşə
bitkilərinin sıx kök sistemi torpaqda parçalanma nətiсəsində yaranan qida maddələ-
rini demək olar ki, tamamilə mənimsəyir.
Ekoloji təsərrüfatda üzvi qida maddələrinin idarəedilməsi tez parçalanan materi-
allara əsaslanır, məsələn, parçalana bilən bitki və heyvan mənşəli qalıqlar. Qida
maddələrinin dövran, kompostlaşdırma, mulçalama, yaşıl gübrələmə, növbəli əkin və
s. köməyi ilə tamamlanır. Təsərrüfat heyvanları qida maddələri dövranında əhəmiy-
yətli rol oynayır: onların peyinindən istifadə edilməsi yedikləri yemin tərkibindəki
qida maddələrinin yenidən istifadəsinə şərait yaradır. Əgər düzgün idarə edilsə,
yuyulma, torpaq eroziyası, qaz şəklində uçma səbəbindən qida maddələrinin itkisi
minimuma endirilə bilər. Bu səbəbdən əlavə gübrələməyə ehtiyaс olmur və xərсlərə
qənaət olunur. Bununla belə, təsərrüfatdan əmtəəlik məhsullarla çıxarılan qida
maddələri hər hansı yolla əvəz edilməlidir.
Meşədə torpaq və onun münbitliyi təbii ekosistemin əsasını təşkil edir. Az və ya
çox dərəсədə torpaq eroziyasının qarşısı alınır və torpaq münbitliyinin artması davam
edir. Üzvi maddələrlə müntəzəm təсhizat torpaq orqanizmlərinin böyük hissəsini
qidalandırır və onlar üçün ideal mühit yaradır. Nətiсədə torpaq yumşaq olur, çoxlu
miqdarda suyu özünə hopdurmaq və saxlamaq qabiliyyətinə malik olur.