Cücələrin bəslənməsi və saxlanması Cücə bəsləniləcək dam cücə alınana qədər hazırlanmalıdır. Dam, istifadə olunan
alət və ləvazimatlar dezinfeksiya olunmalı, təmir işi aparılmalı və daxili sönmüş
əhəng ilə ağardılmalıdır. Bəsləniləcək cücələrin sayına uyğun olaraq sahə su və yem
qabları ilə təmin edilir.
Cücələr üçün cücə damında temperatur, 1 aylığa qədər 29-31 dərəcə olmalıdır,
sonra tədricən azaldılaraq 1 aylıq yaşda 24 dərəcəyə düşməlidir. Yaşlı toyuqlar üçün
optimal temperatur 18-22 dərəcə hesab olunur.
Cücə damında işıqlanma müddəti ən azı 14 saat olmalı, nisbi rütubət isə 70%-
dən yuxarı qalxmamalıdır.