169
• Kompostun hazırlanma müddəti 4-6 aydır. Bu dövr ərzində kompost tığının 1-2
dəfə «çevrilməsi»ni aparmaq zəruridir. Bunun üçün kompostun üst qatı ayrıca
yığılır və alt lay istisna olmaqla qalan laylar tığın yanına bel ilə köçürülür və
yenidən öz yerinə qaytarılır. Bu prosedurun mahiyyəti kompost laylarının yaxşı
qarışdırılmasından ibarətdir.
• «Çevrilmə» proseduru zamanı kompostun
sümük və ya daş unu ilə, eləcə də yağış
soxulcanları ilə zənginləşdirilməsi məqsədəuyğundur.
Dostları ilə paylaş: