6.1.7. Kompost Kompost ən yaxşı üzvi gübrədir. Kompostlaşmanın ən yaxşı nümunəsini təbiət
özü yaradır - meşədə bu proses təbii halda baş verir, tökülmüş yarpaqlar, ağacların
qurumuş hissələri və digər üzvi qalıqlar torpaq orqanizmlərinin təsiri altında meşənin
münbit torpağına çevrilir.
Ekotəsərrüfatçılıq təbiətin mövcud qanunlarına əsaslanır və deməli, ekofermer təbiətdən öyrənərək bitkilər üçün maksimum təbii şərait yaratmalıdır. Bu baxımdan kompostun hazırlanmasına və torpağa verilməsinə böyük əhəmiy-
yət verilir. Kompost torpağın strukturunu yaxşılaşdırır, bitkiləri qida maddələri ilə
təmin edir.
Prinsipcə kompostlaşmaya praktiki olaraq, adətən yandırılan və ya zibil kimi
atılan bütün üzvi tullantılar yararlıdır. Kompostlaşma üçün ən yaxşı material kimi
bitki qalıqlarını, mətbəx tullantılarını, peyin və daş ununu qeyd etmək olar.