Heyvanların yemləndirilməsi tələbləri Orqanizmdə gedən maddələr və enerji mübadiləsi, orqan və toxumaların vəzi-
fələri, sümüyün, ətin, dərinin və yunun əmələ gəlməsi bilavasitə heyvanların yem-
ləndirilməsi ilə əlaqədardır. Bütün göstərilən vəzifələrin yerinə yetirilməsi üçün
heyvanın ehtiyacını ödəyə bilən səviyyədə qida maddələri ilə təmin etmək lazım-
dır. Buna heyvanları norma ilə yemləməklə nail olmaq olar. Norma heyvanların
qida maddələrinə olan ehtiyacını müəyyənləşdirir. Norma üzrə yemləndirmədə
heyvanların həyat fəaliyyətinin saxlanması, məhsuldarlıq keyfiyyəti və törədib
balavermə qabiliyyəti nəzərə alınmaqla qida maddələrinə olan tələbatı ödənilir.
Yem payı. Yem normasına uyğun olaraq heyvanların qida maddələrinə olan
tələbatını ödəmək üçün gün ərzində verilən yemlərin miqdarına yem payı deyilir.
Yem payına daxil edilmiş yemlər heyvanların növünə və yaş xüsusiyyətlərinə
uyğun seçilməli, tərkibcə müxtəlif olmalıdır. Yem payı 3 hissədən ibarətdir:
saxlayıcı; məhsuldar; reproduktiv.
• Saxlayıcı yem payı - heyvanın həyat fəaliyyətinin saxlanması üçün ona
verilən yemlərin miqdarına deyilir.
• Məhsuldar yem - cavan heyvanlara boy və inkişafına, inəklərdə südün əmələ
gəlməsinə, kökəldilən heyvanlarda çəki artımına sərf edilən maddələrə
deyilir.
• Reproduktiv yem - dişilərdə balanın, erkəklərdə isə toxumun əmələ gəlməsi
üçün verilən yem payına deyilir.