Azərbaycanın yerli qara toyuğu Yerli toyuq genofondları içərisində xüsusi çəkisinə görə birinci yer tutur. Bütün
regionlarda yayılıb. Yerli iqlim şəraitinə dözümlü olub, yumurtalıq istiqamətlidir,
bəzən ətlik-yumurtalıq tiplərə rast gəlinir. Yumurtalıq istiqamətli toyuqlar 5-6 aylıq-
da, ətlik-yumurtalıqlar 6-7 aylığında yumurta verir. Yumurta məhsulu yumurtalıq
toyuqlarda 150-180 ədəd, ətlik-yumurtalıqda isə 110-140 ədəd olur. Yumurtanın
çəkisi 42-55 qr yumurtanın inkubasiyaya yararlığı 78,6-83,2% təşkil edir. Ətlik
keyfiyyətli və tezyetişkənliyi qənaətbəxşdir. Salamat saxlama 89,7-93,0% olur. Qara
toyuqları digər cinslərlə çarpazlaşdırdıqda yaxşı nəticə verir. Ət və yumurta məhsul-
darlığı yüksəlir.