Qoyunların yemləndirilməsi. Qoyunların yem payının əsasını yaşıl ot və təbii
mineral əlavələr təşkil edir. Ekoloji qoyunçuluqda yem bazasının əsasını yaşıl yay və
qış otlaqları təşkil edir. Bir baş yaşlı qoyun sutkada 6-7 kq, qoç 7-8 kq, şişək və
toğlular isə 4-5 kq yaşıl yem yeyir.
Qoyunlar üçün illik yem məsarifi, sentnerlə Cədvəl 60 Bir baş qoyuna il ərzində tələb olunur
Qoyunların qrupu
Quru ot
Silos
Yaşıl yem
Qüvvəli yem
Törədici
qoç
4-5 2,5-3,0 13-14 0,6-0,8
Ana qoyun
3,0-4,5 2,5-3,0 13-16 0,3-0,4
1-2 yaşlı cavanlar
2,0-3,5
1,0-1,3
11-13
0,2
1 yaşa qədər cavanlar
1,5-2,6
1,0-1,3
6-8
0.3
Yay dövründə qoyun sürüləri otlaq sahələrində daş duz ilə təmin olunmalıdır.
Qoyunların illik xörək duzuna olan tələbatı hər başa 3-4 kq-dır.