Biogen dövrü. Zaman baxımından ibtidai icma həyat tərzi mövcud olduğu
paleolit dövrünü əhatə edir. Yeni yaranan insan paleolit dövründə təbiətin tərki-
bindən seçilmir, adaptasiya mərhələsini yaşayırdı.
Bioloji növ kimi formalaşmaqda olan insan (Homo sapiens) paleolitdə hələ
təbiətin tərkibində sərbəst yaşamaq üçün adaptasiya keçirdi. Həmin müddət insa-
nın fəaliyyəti bioloji mənşəli məhsullarla bağlı olduğu üçün (bitki toplama və ov
etmə) biogen dövrü adlandırılır. Biogen dövrünü təbii sərvət istehlak edən
iqtisadiyyat forması təşkil edirdi.
Biogen mərhələ zaman baxımından daha uzun dövr olubdur (2 milyon ildən
artıq). İnsanın biosferə təsiri artıq həmin dövrdə başlamışdır. Bu, əsasən, bitki
örtüyünün dəyişdirilməsində və ayrı-ayrı iri otyeyən heyvanların məhv
edilməsində özünü büruzə verir.
Təbiətin texniki mənimsənilməsi, primitiv də olsa, artıq bu dövrdə başla-
mışdır. Ov zamanı yabanı bitkiləri toplayarkən insan ilkin olaraq təbii cisimlərdən
istifadə edirdi. Ov alətlərinin (ox, nizə və s.) kəşfi təbiətə təsiri gücləndirdi.