26
Müasir iqtisadiyyatda, o cümlədən Azərbaycanda kənd təsərrüfatı ilkin
isteh-
sal sferası olub yayılma arealına (əhatə dairəsinə) görə yalnız meşə təsərrüfatı ilə
müqayisə edilə bilər.
Sənaye dövrü. Bu dövrün başlanmasına buxar maşınının icadı nəticəsində
baş verən texniki inqilab səbəb olmuşdur. 17-ci əsrdən başlayaraq 20-ci əsrin
ortalarına kimi olan müddəti əhatə edir. Təbiət-cəmiyyət münasibətlərinin
tarixində
texnogen təsirin kulminasiyası hesab olunur.
Sənayenin inkişafı biogen dövrdən sonra ikinci resurs istehlak edən
iqtisadiyyat formasının yaranmasına səbəb olmuşdur.
Sənaye dövrünün səciyyəvi xüsusiyyətləri:
• yüngül,
dağ-mədən, ağır sənaye sahələrinin inkişafı;
• yeni emal və istehlak sahələrinin yaranması;
• xammal və enerjiyə olan tələbatın sürətlə artması;
• mineral və enerji ehtiyatlarının sürətlənmiş kütləvi istismarı;
• yeni, çox vaxt zərərli və zəhərli maddələrin sintezi;
• yeni enerji mənbələrinin ixtirası (atom energetikası) və ehtiyat
mənbələrinin kəşfi;
• inkişaf etmiş nəqliyyat və rabitə şəbəkəsinin yaradılması;
• kənd təsərrüfatı istehsalının sənayeləşdirilməsi;
• urbanizasiya;
• demoqrafik partlayış;
• ekoloji problemlərin qabarıq şəkildə özünü büruzə verməsi və s.
Sənayeləşdirmənin təsiri nəticəsində ətraf
mühitin parametrləri nəzərə
çarpacaq dərəcədə dəyişikliklərə məruz qalaraq bir çox hallarda nəinki insanın,
hətta bütün canlı aləmin yaşaması üçün real təhlükə yaratmışdır.
Biosferdə mövcud olan qlobal ekoloji böhran sivilizasiyanı dilemma (seçim)
qarşısında qoyur: bədbin və nikbin. Bədbin mövqeyə görə XXI əsrin ortalarında
ətraf mühitin həddindən artıq çirklənməsi, atmosferin tərkibində oksigenin
miqdarının kəskin azalması, təbii ehtiyatların tükənməsi və s.
qlobal problemlər
dünyanın sonunu yaxınlaşdıracaq və sivilizasiya məhv olacaq.
Nikbin mövqeyə görə dərrakəli insan ekoloji problemlərin kəskin xarakter
aldığını dərk edərək yaranmış problemlərin həlli yollarını axtarır. Nikbin mövqeyə
görə:
• Yerin altında və dünya okeanında istifadə və kəşf olunmamış kifayət
qədər
ehtiyatların olması;
• yeni ehtiyatlardan istifadənin genişlənməsi (kosmik, nüvə enerjisi və s.);
• ənənəvi təsərrüfat formalarından yeni təsərrüfatçılığa keçilməsi, məsələn
kənd təsərrüfatının sənayeləşdirilməsindən bioloji təsərrüfatçılığa keçid;
• elmi-texniki tərəqqinin biosferdə tarazlığın saxlanmasına
və ətraf mühitin
yaxşılaşdırılmasına xidmət etməsi;
• «birgə yaşamaq» və «davamlı inkişaf» konsepsiyasını əldə rəhbər tutaraq
insan nəslini davam etdirmək - dərrakəli növ olan insanın
ikinci yolu
yoxdur.