Peyinin idarəedilməsi 49. Peyinin idarəedilməsi praktikası heyvanların yerləşdirildiyi, salındığı və ya otarıl-
dığı sahələri ilkin vəziyyətində qoruyub saxlamaq üçün istifadə olunur. Bu, aşağıdakı
qaydalara müvafiq olaraq həyata keçirilməlidir:
a) torpağın və suyun deqradasiyasını minimuma endirir;
b) suyun nitratlarla və patogen bakteriyalarla çirklənməsinə ciddi səbəb olmur;
c) qida dövriyyəsini optimallaşdırır;
d) yandırma və digər təcrübələri ekoloji təcrübələrlə qarışdırmır.
50. Peyin üçün bütün saxlanma və davranma alət və avadanlıqları, həmçinin kompost-
laşdırma avadanlıqları elə konstruksiya edilməlidir ki, torpağın və suyun üst qatının
çirkləndirilməsinin qarşısını alsın.
51. Peyinin sahəyə verilməsinin səviyyəsi torpağın və suyun üst qatının çirkləndirilmə-
sinə səbəb ola biləcək səviyyəyə qədər artmamalıdır. GABA gübrə tətbiqində maksi-
mum səviyyə və heyvanların saxlanma sıxlığı barəsində normalar təyin etmişdir. Peyini
332
tətbiqetmə vaxtı və tətbiqetmənin metodları elə seçilməlidir ki, o, su hüvzələrinə,
çaylara və göllərə yuyulub getmək riskini artırmasın.