333
məhdudiyyəti müəyyən edilməlidir. Yemləmə son bal məhsulu vermə ilə növbəti nektar
və ya bal şirəsi gətirmə dövrü arasında aparıla bilər.
Keçid dövrü
66. Əgər bu standarta minimum 1 il ərzində riayət edilirsə, o zaman arı məhsulları
ekoloji istehsal edilmiş kimi satıla bilər. Keçid dövrü müddətində mum
ekoloji istehsal
edilmiş mumla əvəz edilməlidir. Əgər bir il müddətində bütün mum ekoloji mumla əvəz
edilə bilmirsə, sertifikatlaşdırma qurumu keçid dövrünü uzada bilər. İstisna hallarda, nə
vaxt ki, ekoloji istehsal edilmiş arı mumu əldə etmək
mümkün deyil, bu standarta
cavab verməyən mənbələrdən olan mumlardan da GABA-nın sertifikatlaşdırma
qurumunun icazəsi ilə istifadə edilə bilər. Ancaq bir şərtlə ki,
həmin ərazidə qadağan
edilmiş materiallardan istifadə edilməsin.
67. Əgər pətəklərdə əvvəllər qadağan olunmuş maddələr tətbiq edilməyibsə, pətəklərdə
mumun dəyişilməsinə ehtiyac yoxdur.
Dostları ilə paylaş: