Emal və istehsal 85. Emal metodları mexaniki, fiziki və ya bioloji olmalıdır (məs. marinadlaşdırma və ya
hisəvermə) və Əlavə 2 Cədvəl 3 və 4-də göstərilən qeyri-kənd təsərrüfatı inqredi-
yentlərinin və əlavələrinin istifadəsini minimuma endirir.
Qablaşdırma 86. Qablaşdırma materiallarının seçilməsində yaxşı olardı ki, bioloji cəhətdən tez
parçalanan, təkrar istifadə edilən və ya edilə bilən mənbələrə üstünlük verilsin.
Saxlanma və daşınma 87. Məhsulun etibarlılığı saxlanma, daşınma və davranma müddətində aşağıdakı şərtlər
daxilində qorunub saxlanmalıdır:
a) Ekoloji məhsulların qeyri-ekoloji məhsullarla qarışmasının qarşısı hər zaman
alınmalıdır;
b) Ekoloji məhsulların ekoloji təsərrüfatçılıqda və emalda istifadəsinə icazə verilməyən
materiallar və maddələrlə təması qadağandır.
88. Təsərrüfatın ancaq bir hissəsi sertifikatlaşdırıldığı halda, bu Standarta cavab
verməyən digər məhsullar ayrıca olaraq saxlanmalı və qablaşdırılmalıdır və hər iki növ
məhsullar aydın şəkildə fərqləndirilə bilinməlidir.
89. Ekoloji məhsullar üçün olan anbarlar (məhsullar açıq şəkildə saxlanan)
konvensional məhsullar olan anbarlardan ayrı olmalıdır və müvafiq olaraq aydın
etiketlənməlidir.
90. Ekoloji məhsullar üçün olan saxlanma əraziləri və nəqliyyat konteynerləri ekoloji
istehsalda icazə verilən metodlar və materiallardan istifadə etməklə təmizlənməlidir.
Tədbirlər əvvəllər ekoloji məhsullar üçün nəzərdə tutulmayan saxlama ərazilərində və
konteynerlərdə Əlavə 2-də qeyd olunmayan pestisidlər və ya vasitələrin istifadəsi ilə
mümkün çirklənmənin qarşısını almaq məqsədi ilə həyata keçirilir.