DAUN XƏSTƏLİYİ – oliqofroniyanın formalarından biri. Özünü
fiziki inkişafın ləngidilməsində, daxili sekresiya vəzilərinin fəaliyyətinin
pozulmasında və eybəcərliyin yaranmasında göstərir.
DAVAMLI ÇİRKLƏNDİRİCİ (parçalanmayan) – kimyəvi
davamlı olub maddələrin təbii dövranına daxil olmur, odur ki, mühitdə
çox yavaş dağılır (parçalanır). Bu cür çirkləndiricilər (civə və duzların
bəzi fenol birləşmələri, üzvi xlor pestisidləri) çox vaxt orqanizmin qida
zəncirində yığılıb qalır, maddələr mübadiləsi və tənəffüsün normal
gedişini pozur, ekosistemin məhsuldarlığını aşağı salır, ətraf mühitin
keyfiyyətini pisləşdirir.
DAVAMLILIQ İNDEKSİ – fitosenozda növ və ya populyasiyanın
davamlılıq göstəricisi. Fitosenoz kütləsinin və ya miqdarının (sayının)
çoxillik hesablanmış variasiya əmsalı (
ν) əsasında təyin oluna bilər Js =
100 – V.
DAVAMSIZ ÇİRKLƏNDİRİCİLƏR – mexaniki və bioloji
üsullarla nisbətən asan parçalanan çirkləndiricilər (məs. məişət çirkab
suları).
DAVAMSIZ TULLANTILARIN İŞLƏNMƏSİ – tullantıların
kənar edilməsinə yönəldilən tədbirlər. Aşağıdakı D. t.i. ayrılır: ilkin
(birinci) – bərk maddələrin mexaniki süzgəcdən keçirilməsi və
çökdürülməsi; tam olmayan (ikinci) üzvi maddələrin kimyəvi kənar
edilməsi.
DİBİONT – iki mühitdə (məs., su və havada) və ya iki sakin
hesabına (iki müxtəlif mühitdə yaşayan parazit) yaşayan orqanizm.
DEBİT – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma
quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin
D.-i l/san, yaxud m
3
/san, m
3
/saat, m
3
/gün-lə hesablanır. D. uzun müddət
ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir.
Su quyularının məhsuldarlığı xüsusi D.-lə (səviyyə 1 m-ə düşənəcən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
99
olan D) müəyyənləşdirilir. Suyun D.-i ölçü qabları, müxtəlif
konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin
edilir. Hidrogeoloji tədqiqatlarda quyunun D.-i mühüm göstəricilərdən
biri hesab olunur.
DEFAUNASİYA, DEFAUNİZASİYA – müəyyən qrup heyvanların
təbii, (vulkan püskürməsi, zəlzələ, şaxta, leysan yağışları, epidemiya və
s.) və antropogen (ətraf mühitin çirklənməsi, müharibə, ov və s.)
səbəblərdən məhv edilməsi.
DEFLYASİYA (lat. Deflatio - üfürmə) – küləyin dağıdıcı təsiri ilə
süxurların və torpağın aşılanıb dağılması və aşınma məhsulunun
sovrulub başqa yerə aparılması. D. nəticəsində səhralarda qəribə relyef
formaları (göbələk, yastıq, taxça, sütun, qala və s. şəklində) əmələ gəlir.
D. adətən, struktursuz torpaqlarda, qumlarda və bitkisiz sahələrdə baş
verir. D. əkinçiliyə zərər vurur; kənd təsərrüfatı bitkilərini məhv edir.
Mübarizə tədbirləri: düzgün növbəli əkinlərin tətbiqi, tarlaqoruyucu
meşə zolaqlarının salınması, qumun bərkidilməsi və s.
DEFOLİASİYA (de... və lat. folium - yarpaq) yarpaqsızlaşdırma,
maşınla məhsul yığımını asanlaşdırmaq– üçün bitki yarpaqlarının
yığımdan qabaq tökdürülməsi. D. defoliantlar vasitəsi ilə aparılır. Bu
zaman bitkidə yarpaqların təbii qocalmasına oxşar proseslər gedir. 1-3
qozası açılmış pambıq koluna defoliantlar çiləndikdə yarpaqlar tökülür
və açılmamış qozalar sürətlə açmağa başlayır. Dekorativ bitkilərin və
meyvə bitkilərinin D.-sı da yaxşı nəticə verir.
DEGENERASİYA (dez...+ lat. Degenerar - çevrilmək) – 1)
Morfologiyada; hüceyrələrin, yaxud orqanın dağılması (çömçəquyruq
qurbağaya çevrilərkən onun quyruğunun itməsi); 2) mikrobiologiyada:
əlverişsiz şəraitdə yetişdirilən birhüceyrəli bitkilərin həyat fəaliyyətinin
aşağı düşməsi.
DEKLORASİYA (declaratio – elan, məlumat) – əsas prinsiplərin,
həmçinin sənədlərin təntənəli şəkildə bəyan edilməsi.
DEKORATİV BİTKİLƏR – müxtəlif fəsilələrin nümayəndələri
daxil olan mədəni və yabanı bitkilərin böyük qrupu. Yaşayış
məntəqələrinin yaşıllaşdırılmasında, park və bağların salınmasında,
mənzil və ictimai binaların bəzədilməsində istifadə olunur. Çiçəyinin,
yarpağının, meyvəsinin müxtəlif rəngi və gözəl forması ilə fərqlənirlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
100
DEKUMBASİYA (lat. decumbo - ölürəm) – fitosenozun
dəyişilməsi zamanı üst yarusunun yox olması. Termin V.B.Soçava
(1930) tərəfindən irəli sürülmüşdür.
DEQİDRATASİYA – orqanizmin susuzlaşması prosesi; orqanizmin
həyat fəaliyyətini zəiflədir, sonra isə hətta onu məhv edir.
DEQRADASİYA, diqressiya (biologiyada) (lat. Degratatio -
enmə) – bitki və heyvanların həyat şəraitinin dəyişməsi ilə əlaqədar
əvvəlki quruluş və funksiyaların get-gedə sadələşməsi və itməsi.
D. geniş mənada insan fəaliyyətinin mənfi təsiri nəticəsində bitki
örtüyünün, otlaqların vəziyyətinin pisləşməsi, meşələrin kolluqlara
çevrilməsi, torpağın strukturunun pozulması, humus və dəyişən
kationların azalması nəticəsində münbitliyinin pisləşməsi prosesidir.
Çay daşqını, şorlaşma və s. təbii hadisələrlə əlaqədar baş verən D.
ekzodinamik D. insan fəaliyyətinin təsirilə (yanğın, sistemsiz otarma,
rekreasiya və s.) baş verən D. isə antrodinamik D. adlanır.
DEQRESSİYA – növün və ya biosenozun tərkibinin kəskin azalıb
zəifləməsi, çox vaxt antropogen səbəbdən olur.
DELTA – çayların aşağı axınlarında (mənsəb hissəsində) çay qolları
şəbəkəsi ilə parçalanmış çay çöküntülərindən ibarət ovalıq. D. çay
axımı, dəniz dalğaları, qabarma-çəkilmə və gətirmə-qovulma axınlarının
mürəkkəb qarşılıqlı təsiri nəticsində yaranır. Çay məcrasındakı qısa dil
və sualtı dayazlıqlar (saylar) daşqın zamanı getdikcə böyüyür və
məcranı qollara parçalayan adalara çevrilir. Deltaların böyümə sürəti
ildə bir neçə metrdən bir neçə yüz metrədək olur. Kür çayı Xəzər
dənizinə töküldüyü yerdə sahəsi 100 km
2
olan delta əmələ gətirmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
101
Volqa çayının Xəzərə töküldüyü
yerdə əmələ ğətirdiyi delta
DELÜVİ, (lat. Deluo - yuyuram) DELÜVİAL ÇÖKÜNTÜLƏR –
yağış və qar suları vasitəsi ilə, həmçinin ağırlıq qüvvəsi və s.-nin təsiri
ilə aşınma məhsullarının dağ yamaclarının aşağı hissələrində və
ətəklərində yığılması.
DEMOKRATİYA (demokratia – xalq hakimiyyəti) – ali
hakimiyyətin xalqa məxsus olduğu siyasi quruluş.
DEMEKOLOGİYA (yun. Demos – xalq və ekologiya) –
populyasiya ekologiyası-ümumi ekologiyanın bölməsi; populyasiyanın
struktur və funksional xarakteristikasını, populyasiyanın sayının
dinamikasını, populyasiyanın formalaşma şəritini öyrənir.
DEMOQRAFİK ƏMSAL – mümkün resursların məcmusunun bir
adamın istifadə etdiyinə görə əhalinin sıxlığına nisbəti. Anlayışı
P.Kaudom (1969) irəli sürmüşdür.
DEMOQRAFİK PARTLAYIŞ – sosial-iqtisadi və ekoloji həyat
şəraitinin dəyişilməsilə növün fərdlərinin, o cümlədən əhalinin kəskin
artması.
DEMOQRAFİYA – 1) sosial-iqtisadi D.əhalini, onun coğrafiyasını,
strukturunu, tərkibini, ictimai-tarixi asılılığı ilə əlaqədar miqdar və
məkan-zaman dinamikasını öyrənən elmi sahə. (ictimai).
2) Populyasiyanın tərkibi haqqında statistik məlumatların cəmi: say,
sıxlıq, yaş və cinsi tərkib (ekol).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
102
DEMUTASİYA (de... və lat. Mulatio – dəyişmə) – biosenozun
pozulmasından sonra onun ilkin strukturunun bərpa olunması prosesi.
Məsələn, dincə qoyulmuş sahələrdə, meşə qırma sahələrində təbii bitki
örtüyünün bərpa olunması. Otlaqlarda otarmanın qadağan edilməsi və
otarma rejiminin qaydaya salınması nəticəsində bərpa olunma
suksessiyaları, otlağın demutasiyası müşahidə olunur.
DENDRARİ, DENDROLOGİYA BAĞI, PARKI (yun. Dendron
– ağac) – açıq torpaqlarda becərilən ağac və kol kolleksiyası salınmış
sahə. D. botanika bağlarında, yaxud ayrıca ola bilər. D-nin elmi, tədris,
mədəni-maarif və təcrübə-istehsalat əhəmiyyəti var. D.-də dünyanın
müxtəlif ölkələrinin ağac florasının zənginliyi və müxtəlifliyi nümayiş
etdirilir, onların introduksiyası, iqlimləşdirilməsi və seleksiyası
sahəsində elmi işlər aparılır. D-də eyni zamanda az tapılan və təsərrüfat
üçün qiymətli ağac və kolların ting və toxum materialları artırılır.
Azərbaycan Respublikasında Bakıda, Mərdəkanda, Bərdədə və Gəncədə
dendrologiya bağı vardır.
DENDROBİONT – bitki örtüyünün ağac yarusunda həyat sürən
heyvanat aləmi (bir çox həşəratlar, quşlar, tropik meşələrdə isə -
məməlilər, bəzən hətta bəzi suda-quruda yaşayanlar və sürünənlər).
DENDROBİOS – oduncaqda yaşayan orqanizm qrupları
(bakteriyalar, göbələklər, həşəratlar və s.).
DENDROFİLLƏR – ağacların çətirləri və gövdələrində yuva salan
heyvanlar.
DENDROXRONOLOGİYA – tarixi və təbiət hadisələrinin vaxtını
(tarixini) ağac oduncağının illik həlqələrinin analizi metodları ilə
öyrənən elm sahəsi.
DENDROİQLİMŞÜNASLIQ – iqlimşünaslıq elminin bir bölməsi,
çoxillik ağac bitkilərinin illik həlqələrinin eninə görə yerli iqlim
şəraitinin tarixi dövr ərzində dəyişməsini və proqnozlaşdırılmasını
öyrənir.
DENDROLOGİYA (yun. Dendron – ağac və «loqos» – öyrənmək)
– botanikanın bir bölməsi. Ağac və kol bitkilərinin morfologiyasını.
sistematikasını, ekologiyasını və coğrafi yayılmasını öyrənir. Ağac
bitkilərinin seleksiyası da D. dəlilləri əsasında aparılır. Respublikamızın
alimlərinə görə azərbaycanda 450-dən çox yabanı ağac və kol növləri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
103
bitir. Onların 70-i endem növlər olub respublikamızdan başqa dünyanın
heç bir yerində təbii halda bitmir. Azərbaycan MEA Botanika
institutunda, Mərdəkan və Gəncə dendroparklarında, Azərbaycan Elmi-
tədqiqat Meşəçilik İnstitutunda (Bərdə və Abşeron) yeni ağac və kol
növlərinin yetişdirilməsi və iqlimə uyğunlaşdırılması sahəsində
tədqiqatlar aparılır.
DENİTRİFİKASİYA – torpaqdakı nitratların molekulyar azot
əmələ gəlincəyə qədər reduksiya (anaerob şəraitdə) prosesi; təbiətdə
denitrifikasiya bakteriyalarının köməyi ilə gedən bu geniş yayılmış
proses kənd təsərrüfatına zərər verir. D. torpaqda azot birləşmələrinin
azalmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur, lakin
torpaqəmələgəlmə amili hesab olunur. D. torpaqda yalnız müəyyən
şəraitdə, o cümlədən bakteriyaların fəaliyyətini təmin edəcək qədər
azotsuz üzvi maddələr (tamam çürüməmiş peyin və s.) olduqda sürətli
gedə bilir, torpağı yumşaltdıqda isə D. dayanır.
DENUDASİYA (lat. Denudatio - çılpaqlaşma) – Yer səthində
süxurların su, külək buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq
sahələrə aparılması proseslərinin məcmusu. D.-ya aşınma, eroziya,
abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Yer səthi
relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində
D.-nın rolu böyükdür. D. süxurları parçalayıb dağıdaraq relyefi alçaldır,
hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə)
çevirir. D. proseslərinin intensivliyi D-nın baş verdiyi rayonun tektonik
hərəkətlərinin və iqliminin xüsusiyyətlərindən, süxurların petroqrafik
tərkibindən, torpaq-bitki örtüyünün xüsusiyyətlərindən və s.-dən asılıdır.
DEPOPULYASİYA – müəyyən ərazidə və ya ekoloji sahədə «həyat
şəraitinin» pisləşməsi sayəsində bir növün fərdlərinin (insan və ya
heyvan) olduqca azalması və ya məhv olması.
DEPRESSİYA (sayın) (lat. Depressio - enmə) – Bir və ya bir qrup
növün fərdlərinin sayının insan fəaliyyətilə əlaqədar olmadan
populyasiya, biosenoloji və ya abiotik səbəblər nəticəsində azalması.
DEPRİVASİYA – bioloji qruplaşmanın sadələşməsi nəticəsində
ekoloji davamlığın itirilməsi.
DESİKANTLAR (lat. Desicco - quruduram) – bitkilərin kök
sisteminə təsir göstərib onun qurumasına səbəb olan maddələr və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
104
preparatlar. Bitkiləri tez yetişdirir və maşınla işləməsini (yığılmasını)
yüngülləşdirir.
DESİKASİYA – bitkilərin yağışdan qabaq qurudulması; bitkinin
yetişməsini sürətləndirir və məhsulun maşınla yığılmasını asanlaşdırır.
D. desikantlar adlanan kimyəvi, maddələrlə aparılır.
DESORBSİYA – kimyəvi maddələrin adsorb vəziyyətindən mayeyə
və ya qaz fazasına keçməsi; adsorbsiyanın əks prosesi.
DESTRUYENTLƏR, DESTRUKTORLAR – torpağa düşən üzvi
birləşmələri parçalayan (onları tam minerallaşdıran) saprofaq
kateqoriyalı torpaq orqanizmləri (kiçik onurğasız heyvanlar və
mikroorqanizmlər).
DESUKSİYA (lat. desugo - soruram) – torpaq suyunun
(rütubətliyinin) bitki tərəfindən istifadəsi.
DETERGENTLƏR (lat. detergeo - yuyuram) – fəal sintetik
maddələr, məişətdə yuyucu kimi işlədilir, mikroorqanizmlər vasitəsilə
çətin parçalandıqları üçün ətraf mühiti çirkləndirir.
DETERİORASİYA (mühitin) (lat. detero – pisləşirəm,
pozuluram) – insanı əhatə edən təbii mühitin pisləşməsi; adətən onun
antropogen çirklənməsi nəzərdə tutulur.
DETERİORASİYA KADASTRI – ətraf mühitin pozulması haqda
məlumatların yekunu daxil edilir: suyun, atmosferin, torpağın
çirklənməsi, bitki örtüyünün məhv edilməsi və s. D.k. hər hansı region
üçün kartoqrafik materiallar əsasında tərtib edilir; orada çirklənmənin və
digər pozuntuların bütün mənbələri, onların mühitin pozulması və
pisləşməsinə, həmçinin təbii komplekslərə və insana təsir etmə dərəcəsi
göstərilir.
DETERMİNANT (lat. determinans – təyin edici) – qruplaşmada
həyat şəraitini təyin edən edifikator, orqanizm. Adətən avtotrof-bitki D.
rolunu oynayır. Termini V.İ.Sukaçev (1930) irəli sürmüşdür.
DETOKSİKASİYA (de... və yun. toxikon - zəhər) – müxtəlif toksik
(zəhərli) maddələrin orqanizmlər tərəfindən parçalanması və ya
zərərsizləşdirilməsi.
DETRİT (lat. detritus - ovxalanmış) – su mühitində üzvi lil və
orqanizmlərin qalığı; torpaq üçün isə – bitki maddələrinin qalığı –
çürüntü. D.-in qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
105
cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri
– bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf,
kömür, neft). D. – ekosistemdə qida ehtiyatı olub onun normal fəaliyyəti
üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi
gübrə kimi istifadə olunur.
DETRİTOFAQ – su mühitində detritlə, üzvi lil və orqanizmlərin
qalıqlarilə, torpaqda isə çürüntü (humus) ilə qidalanan orqanizmlər.
DEŞİFRLƏMƏ – bax Aerofotoşəkillərin deşifrlənməsi.
DEZAKTİVASİYA (dez...+ lat. Activus - fəal) – müxtəlif əşyaların,
qurğuların və s.-nin səthindən radioaktiv maddələrin kənarlaşdırılması.
Ən çox işçi masaları, binaların divarları, insan bədəninin səthi,
xüsusən əlləri çirklənir.
DEZİNFEKSİYA (dez...+ lat. Inficere - yoluxdurmaq) – xəstəlik
törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya
mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr. D.-nın əsas
məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları,
məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. D.-nın bioloji,
fiziki və mexaniki üsulları var. Bioloji üsulla axar sular və gölməçələr
D. edilir. Fiziki üsulla yüksək temperatur (quru və rütubətli isti hava),
normal və yüksək təzyiqli su buxarı, qaynar su geniş tətbiq olunur.
Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları şotka ilə, mebel
və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm
əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün
olmadıqda kimyəvi üsuldan istifadə edilir.
DEZİNSEKSİYA (dez...+ lat. Insectum - həşərat) – infeksiya
xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış
mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən
mübarizə üsulu və vasitəsidir. Üç qrupa ayrılır: təbii k.t. və baytarlıq D.-
sı üsulları, buğumayaqlıların artıb çoxalmasına mane olmağa
(profilaktik D.) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir.
Profilaktika məqsədilə aparılan tibbi D-ya bədəni tez-tez yumaq,
yumşaq mebelləri şotka və ya tozsoranla təmizləmək, zibil qablarını
təmiz saxlamaq və s. aiddir. Məhvedici D. kimyəvi, fiziki və bioloji
üsullarla aparılır. Kimyəvi üsulla D. üçün insektisid olaraq fosfor üzvi
birləşmələr (o cümlədən xlorofos) prietrum, boraks və s.-dən istifadə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
106
edilir. İnsektisidlər məhlul, toz və aerozol halında işlədilir. Fiziki üsulla
D., əsasən, yüksək temperatur vasitəsilə aparılır. Buğumayaqlılara (o
cümlədən bit, birə, taxtabiti) 50
°S və ondan yuxarı temperatur, isti hava,
isti buxar, isti su öldürücü təsir göstərir. Bioloji üsulla D. zamanı
buğumayaqlılar müəyyən mikrob, virus və həşəratla məhv edilir.
DEZODORANTLAR – dərinin səthində bakteriyaları məhv edən
preparatlar. Bu bakteriyalar hoparaq tərli bədəndə pis iy verir. D.ekoloji
təmizdir, çünki onlar tərkibində ozon qatını dağıdan freonlar olan
aerozol qablarda buraxılır. Bununla yanaşı D.insan dərisində faydalı
mikroorqanizmləri məhv edir. D. allergiyanın mənbəyi ola bilər.
DƏLİ YAĞIŞ – istiqaməti tez-tez dəyişən qısa müddətli yağış.
(Zəmilər üçün qorxuludur).
DƏMİRAĞAC FƏSİLƏSİ (Hamamelidaceae). D.f.-nə aid olan
ağac və kollar əsasən cənub yarımkürəsində yayılmışdır. Buraya aid
olan növlərin areallarının ayrılaraq müstəqil areal yaratması, onların
qədimliyini göstərir. Bura əsasən dəmirağac və əntər ağacı
(likvidambar) növləri daxildir. Dəmirağac cinsinə Azərbaycanın Talış
meşələrində və Cənubi Azərbaycanda yayılan bir növ daxildir.
Dəmirağac – Parrotia persica – Lənkəran ovalığında və Talış
dağlarında – dəniz səviyyəsindən 1100 m yüksəkliyədək yayılıb.
Ənbər ağacı cinsi (Liguidambar) 4 növ birləşdirir. Bu növlər əsasən
Şimali və Mərkəzi Amerikada, Şərqi Asiyada yayılmışdır.
Qətranlı ənbər ağacı (L.styraciflua) – Vətəni amerikadır.
Azərbaycanda Lənkəran-Astara və
Şəki-Zaqatala zonalarında
yaşıllaşdırmada istifadə üçün əlverişlidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
107
Hirkan qoruğunda dəmirağac meşəsi
DƏMYƏ ƏKİNÇİLİYİ, QURU ƏKİNÇİLİK – təbii rütubətliyin
çatışmazlığı şəraitində kənd təsərrüfatı bitkilərinin suvarma aparmadan
yetişdirilməsi. Dəyişkən havası olan və torpağın atmosfer
rütubətlənməsinin defisiti şəraiti üçün xarakterikdir. D.ə.-yə quraqlığa
davamlı bitkilər və sortların yetişdirilməsi, rütubətin toplanması və
ondan səmərəli istifadə olunması daxildir.
Rütubətin toplanması və saxlanması aqrotexniki üsullarına təmiz
herik şumu, tarlaqoruyucu meşə zolaqları, enlicərkəli səpin, laydırsız
kotanla şumlayıb torpaq qatını çevirmək və s. aiddir.
Respublikamızın dağətəyi ərazilərində (Dəvəçi, Şamaxı, Zəngilan)
bozqır və yarımsəhra şəraitində quru yamaclarda D.ə.-də quraqlığa
davamlı qərzəkli ağaclardan – püstə və badamdan istifadə edilmişdir,
burada kserofit şam növü olan eldar şamından da istifadə edilmişdir.
Müsbət nəticə əldə edilmişdir: hazırda bu meşə-bağlar bar verir.
DƏN VƏ DƏN MƏHSULLARI ZƏRƏRVERİCİLƏRİ – dən və
dən məhsullarını daşınma və saxlama dövründə məhv edən heyvanlar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
108
Onlar quru meyvə və tərəvəzi, dərman, dəri, tütün xammalını da
zədələyir. Bunlara bəzi gənələr, həşəratlar, quşlar, məməlilər
(siçankimilər) aiddir. 100-dən çox, o cümlədən Azərb-da 40-a yaxın
növü məlumdur.
Dostları ilə paylaş: |