CANLI ÇƏPƏR – avtomobillər işləyən şose və küçələr boyu səs-
küyün qarşısını almaq, həmçinin bəzi zəhərli qazları, tozları və s. udmaq
və ya neytrallaşdırmaq məqsədilə ağac və kolların sıx əkilməsi. C.p.
həmçinin bağ və bağçaların sərhədi boyu mal-qaradan qorumaq üçün
salınır. Cökə, ağcaqayın, palıd, qoz, lələk, maklyura ağacları və birgöz,
dəfnə, samşit, rozmarin, böyürtkan kolları C.p. üçün çox effektli sayılır.
CANLI QAZINTI – keçmiş geoloji dövrlərdən çox az miqdar
nüsxələri indiyə qədər qalan, tapılana qədər məhv olmuş sayılan növ.
CANLI MADDƏLƏR– biosferdə canlı orqanizmlərin cəmi.
Kütləyə, elementar kimyəvi tərkibə, biokimyəvi enerjiyə malikdir. Canlı
maddələrdə 40-a yaxın kimyəvi element aşkar edilmişdir. Onlardan
oksigen, hidrogen, karbon, azot, fosfor və kükürd daha böyük əhəmiyyət
daşıyaraq zülalların, yağların və karbohidratların tərkibinə daxil olur.
Planetimizdə canlı maddələrin ümumi kütləsi 85-1000 milyard ton quru
halda üzvi maddədən ibarətdir. C.m. biosferdə bir sıra fundamental
funksiya daşıyır (qaz, oksidləşmə, reduksiya və s.). C.m. terminini elmə
V.İ.Vernadski (1940) daxil etmişdir.
CANLI TƏBİƏT – Dünyada və ya konkret bir ərazidə olan bitki,
heyvan, insan, göbələk, şibyə, bakteriya və virusların cəmi.
CANLI TƏBİƏTİN QORUNUB SAXLANMASI – canlı
orqanizmləri (ekosistemləri) deqradasiyadan və məhv olmaqdan
qorumağın təmin olunması üçün xüsusi tədbirlərin yerinə yetirilməsi.
C.t.q.s. bəşəriyyətin əsas qlobal problemlərindən biri hesab olunur.
CƏMİYYƏTİN MÜHİTƏ TƏZYİQİ – təbii resursların
istismarının intensivlik dərəcəsi; sənaye, k.t. istehsalının genişlənməsi,
əhalinin artması və onun maddi tələbatının yüksəlməsi, təbiətin əleyhinə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
78
texnologiyadan istifadə edilməsi ilə əlaqədar mühitə təzyiq də artır.
CƏNGƏLLİK – digər bitki növünün daxil olmasına əngəl yaradan
sıx kol və ağac qruplaşmaları. Belə yerdə çox vaxt ağac yarusu olmur.
Respublikamızda böyürtkan, vel (ayıdöşəyi növü), qaratikan, göyəm,
topulqa və s. cəngəllik yaradır.
CİNS – 1) Qohum növləri birləşdirən təsnifat kateqoriyası. 2) Ev
heyvanlarının ayrı-ayrı növlərinə məxsus populyasiyalar, saylar.
CİVƏ – ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub
atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan
üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir.
COĞRAFİ BARYER (SƏDD, SƏRHƏD) – Yerüstü (materik, ada)
heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi
maneə (dəniz, okean, dağ). C.b. olması endemiklərin formalaşmasında
əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan izolə olunduğu
üçün 70%-i endem növlərdən təşkil olunmuşdur.
COĞRAFİ DƏYİŞKƏNLİK – Populyasiya (növ) daxilində hər
hansı əlamətin variasiyaları.
COĞRAFİ EKOLOGİYA – Bax: geoekologiya.
COĞRAFİ ELEMENT – bir areal tipində növlərin məcmusu.
Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında C.e.-
dən geniş istifadə olunur.
COĞRAFİ İRQ – bir növün populyasiyasının ümumi arelın bir
hissəsində
məskunlaşaraq bir-birindən taksonomik cəhətdən
fərqlənməsi. Populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması
nəticəsində əmələ gəlir. C.i. ekoloji irqə yaxındır. C.i. dəyişkənliyi bir
çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
COĞRAFİ İZOLYASİYA (AYRILMA) – bir növün və yaxud
biri-birinə yaxın qohum olan növlərin populyasiyalarının coğrafi
ayrılması
(əlaqələrinin kəsilməsi). C.i. şəraitində allopatrik
növyaranması baş verir.
COĞRAFİ QÜTBLƏR – Yer oxunun Yer səthi ilə kəsişdiyi
nöqtələr. Şimal və Cənub C.q.-i mövcuddur. Bütün coğrafi meridianlar
C.q.-də birləşir. Şimal coğrafi qütbü Şimal buzlu okeanı sahəsində
yerləşir və onu ilk dəfə 1909-cu ildə R.Piri fəth etmişdir. Cənub coğrafi
qütbü Antarktida materikindədir və ona birinci olaraq 1911-ci ildə
R.A.Amundsen çatmışdır.
COĞRAFİ LANDŞAFT – Təbii-ərazi kompleksi; birtipli geoloji
quruluş, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları,
həmçinin morfoloji strukturu ilə seçilən və genetik cəhətdən yekcins
olan ərazi. C.l.-ın 2-ci mənası landşaftın maddi komponentləri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
79
arasındakı qarşılıqlı təsir və əlaqənin xüsusiyyətləri və onun yaranma
səbəbləri, morfoloji vahidlərinin məkanca uyğunluğu, onların
dinamikliyi və zamanca inkişafı ilə müəyyən olunur. Süxur, su, buz, qar,
torpaq, hava kütlələri, bitki və heyvanlar C.l.-ın komponentləridir.
Komponentlərin landşaftdaxili əlaqəsi maddələr və enerji mübadiləsi ilə
həyata keçirilir. Azərbaycan Respublikasında yarımsəhra, dağ-çöl, dağ-
meşə, dağ-çəmən landşaftları daha geniş yer tutur. C.l.-ların tədqiqi və
onların xəritələşdirilməsinin təbiəti mühafizə və ondan səmərəli istifadə
məsələlərinin öyrənilməsi və həllində mühüm elmi və təcrübəvi
əhəmiyyəti var.
COĞRAFİ MÜHİT – cəmiyyətin mövcudluğu üçün daimi və zəruri
şərait sayılan insanı əhatə edən yerin təbiəti. Cəmiyyətin inkişafında və
cəmiyyətlə təbiətin qarşılıqlı əlaqənin öyrənilməsində C.m.-in rolunun
müəyyənləşdirilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. C.m.
insanın əmək fəaliyyəti sahəsidir. Lakin insanın düşünülməmiş
fəaliyyəti təbii sərvətlərin tükənməsinə, ətraf mühitin çirklənməsinə
səbəb olur, bu isə təbiətdə özünü tənzimləmə mexanizminə böyük təsir
göstərir. Odur ki, bəşəriyyətin qarşısında təbii resurslardan səmərəli
istifadə etmək və ətraf mühiti qoruyub saxlamaq problemi günü-gündən
kəskin şəkildə durur.
COĞRAFİ ÖRTÜK (TƏBƏQƏ), landşaft örtüyü, epigeosfer –
litosfer, hidrosfer, atmosfer və biosferin bir-birilə qarşılıqlı təmasda olan
Yer təbəqəsi. Mürəkkəb tərkibi və quruluşu ilə xarakterizə olunur.
Bütünlüklə biosfer və hidrosferi, litosferin hipergenez sahəsini,
atmosferin isə stratopauza təbəqəsinə qədərki hissəsini əhatə edir. Maks.
qalınlığı təqr. 40 km-dir. C.ö. fiziki coğrafiyanın tədqiqat obyektidir.
“C.ö” terminini ilk dəfə 1932-ci ildə A.A.Qriqoryev işlətmişdir.
COĞRAFİ POPULYASİYA – coğrafi cəhətdən eyni yaşama
şəraitində yayılaraq, digər coğrafi şəraitdə məskunlaşan C.p.-dan fərqli
morfoloji tip yaradan bir növün fərdlər qrupu.
COĞRAFİ PROQNOZ – təbii coğrafi sistemin gələcəyi, onların
ilkin xassələri və müxtəlif dəyişilmə vəziyyətləri, o cümlədən insanın
müəyyən məqsədli və ya qərəzsiz fəaliyyətinin nəticələri haqqında
məlumatların elmi cəhətdən tədqiqi və təhlili.
COĞRAFİ YARIMZONA – coğrafi zonanın tərkibinə daxil olan
yer səthinin zonal fiziki-coğrafi bölgüsünün pillələrindən biri. Bu və ya
digər landşaft tipinin üstünlük edən landşaftına görə ayrılır.
COĞRAFİ ZONA, TƏBİİ ZONA – regional landşaft vahidi olub
xüsusi iqlim tipinə, spesifik bitki örtüyü, heyvanat aləminə malik olan
geniş ərazi. C.z. yer səthinin üfiqi-zonallıq üzrə fiziki-coğrafi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
80
rayonlaşdırmasının yüksək pilləsindən biri olub coğrafi qurşaq daxilində
yerləşir. İlk dəfə C.z. V.V.Dokuçayev (1898) tərəfindən təbii-tarixi
zonalar kimi ayrılmışdır. C.z. təliminin inkişafında L.S.Berqin (1931)
müstəsna yeri vardır. O, şimal yarımkürəsinin düzən hissəsində tundra,
mülayim iqlimin meşələri, meşə-çöl, çöl, Aralıq dənizi, yarımsəhra,
səhra, subtropik meşələr, tropik səhra, tropik çöl, tropik meşə-çöl
(savanna), rütubətli tropik meşələr zonaları ayırmışdır.
– Buzlaq zonası (coğrafi) – arktika və antarktika səhraları ərazisi,
həmişə və ya ilin çox aylarında buzlaq altında olub ali bitkilərə təsadüf
edilmir.
– Tundra zonası (coğrafi) – subarktik qurşağın ərazisi olub sərt
iqlimi, daim donuşluğun olması, meşəsizliyi, mamır və şibyələrin güclü
inkişafı, yüksək rütubətliyi, heyvanat aləminin kasatlığı ilə səciyyələnir.
– Meşə-tundra zonası – subarktik qurşaqda tundra zonasından tayqa
zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna
elementlərinin birliyi müşahidə olunur.
– Tayqa zonası – meşə zonasının şimal hissəsi – mülayim qurşağın
iynəyarpaqlı meşələri, özünəməxsus torpaq örtüyü və heyvanat aləmi
var.
– Qarışıq meşələr zonası – mülayim qarşaqda qarışıq iynəyarpaqlı
və enliyarpaqlı meşələrin ərazisi.
– Meşə zonası – mülayim, subtropik, tropik, subekvator və ekvator
qurşaqlarında müxtəlif meşə tipləri zonası. Mülayim qurşaqda tayqa,
qarışıq və enliyarpaqlı meşələr zonası ayrıca zona kimi ayrılır.
– Meşə-çöl zonası – mülayim və subtropik qurşağın meşə və çöl
əraziləri bir-birini əvəz edən zona.
– Çöl (bozqır) zonası – mülayim və subtropik qurşaqlarda meşəsiz
kserofit xarakterli sıx ot örtüyünə malik olan ərazilər.
– Aralıq dənizi zonası – subtropik qurşaqda yerləşib ilboyu
rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir.
Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir.
– Subtropik zona – Yerin subtropik qurşaqlarına daxil olan bir sıra
zonalar (şimal və cənub yarımkürələrdə): həmişəyaşıl subtropik meşələr
və kolluqlar, subtropik qarışıq musson meşələri, subtropik meşə-çöl, çöl,
(bozqır) yarımsəhra və səhralar.
– Yarımsəhra zonası – mülayim, subtropik və tropik qurşaqlarda çöl
zonasından səhra zonasına keçid ərazilərdə yerləşib (quru-kontinental
iqlim şəraitində) münbit olmayan, çox vaxt şorakət torpaqlarda seyrək
kserofit bitki örtüyünə malikdir.
– Səhra zonası – mülayim, subtropik və tropik qurşaqların çox quru
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
81
kontinental iqlimi şəraitində, əksər halda şorlaşmış torpaqlarda seyrək
bitki örtüyü.
– Savanna zonası – tropik və subtropik qurşaqlarda tək-tək ağac və
kolluqlar ot bitkiləri fonunda.
– Tropik zona – Yerin şimal və cənub yarımkürəsinin tropik
qurşaqlarında rütubətli sıx tropik meşələri, tropik seyrək meşələri, quru
çöl və savannalar, tropik yarımsəhra və səhraları.
COĞRAFİYA – Təbii və istehsal ərazi komplekslərini və onların
komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və
ictimai coğrafiya elmlərinin vahid sistem şəkilindəki birliyi. C. elmləri
sisteminə təbiət və ya fiziki coğrafiya (ümumi fiziki coğrafiya,
geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq C.-
sı, siyasi C.), həmçinin tədqiqat üsullarına görə texniki elmlərə aid
edilən kartoqrafiya da daxildir. C.-ya ölkəşünaslıq və digər elmlərin
materialları ilə yanaşı, coğrafiya və kartoqrafik məlumatlardan istifadə
edən tibbi C. və hərbi C. da aiddir.
COĞRAFİYA XƏRİTƏLƏRİ – Yer səthinin kağız üzərində
kiçildilmiş, ümumiləşdirilmiş, riyazi müəyyənləşdirilmiş təsviri; müx-
təlif təbii və ictimai hadisələrin yerləşməsini, vəziyyətini və əlaqəsini
göstərir. Məzmununa görə C.x. ümumcoğrafi və tematik (xüsusi)
xəritələrə bölünür. Ümumcoğrafi xəritələr relyef, hidroqrafiya, bitki ör-
tüyü, yaşayış məntəqələri, yollar şəbəkəsi və s. göstərilməklə Yerin
səthini əks etdirir. İri miqyaslı ümumcoğrafi xəritələrə topoqrafik
xəritələr deyilir. Vəzifəsinə görə xəritələr universal və xüsusi xəritələrə,
ərazi əlamətlərinə görə isə dünya, materiklər, okeanlar, ölkələr, dənizlər
və s. xəritələrə bölünür. C.x-dən miqyas və növündən asılı olaraq xalq
təsərrüfatında, elmi və tədris işlərində, ölkənin müdafiəsi məqsədilə və
s.-də geniş istifadə edilir.
CÖKƏ FƏSİLƏSİ (Tiliaseae) – Bu fəsilə 45 cinsi, 700 növü
özündə birləşdirir. Ən əsas geniş yayılanı və təsərrüfat əhəmiyyətlisi
cökə cinsidir.
Cökə cinsi (Tilia) – 45 növü məlumdur, Qafqazda 5, Azərbaycanda
4 növü bitir. Dağ meşələrinin tərkibinə daxil olur, bəzən sırf ağaclıq
yaradır.
Xırdayarpaq cökə (T.cordata), iriyarpaq cökə (T.platyphyllos),
qafqaz cökəsi (T.caucasica), Prilipka cökəsi (T.prilipkoana).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
82
Qafqaz cökəsi
CÜCÜLƏR – Bax: həşərat.
CÜLLÜTKİMİLƏR (Charadriiformes) – quş dəstəsi. Xırda və
ortaboylu quşlardır. 2 fəsiləsi, 300-dən çox növü var. Azərbaycanda 63
növü var. C. suda və quruda yaşayan onurğasızlarla qidalanırlar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
83
Ç
ÇAY – Dərə ilə təbii yataqla daimi və ya ilin çox hissəsində axan,
hövzəsində səth axımı və yeraltı axımla qidalanan su axını. Çayın
başlandığı yerə çayın mənbəyi, dənizə, gölə töküldüyü və ya digər Ç.-la
birləşdiyi yerə mənsəbi deyilir. Ç.-lar iki böyük qrupa – dağ və düzənlik
Ç.-larına bölünür. Dağ Ç.-ı böyük meylliyi, iti axını, dar dərəsi, düzənlik
Ç.-ı isə yatağın, adətən meandrlı olması ilə fərqlənir.Ç.-ların qida
mənbəyi, əsasən, yağış, qar və buzlaq, qismən yeraltı sulardır.Ç.-ların
xalq təsərrüfatında böyük əhəmiyyəti vardır.Ç.-lardan gəmiçilik,
suvarma, su anbarı yaratmaq, elektrik qüvvəsi almaq üçün istifadə edilir.
ÇAY AXIMI – çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb
keçən suyun miqdarı. Ç.a. müəyən vaxt (gün,ay, il) ərzində suyun
məsrəfi ilə (m
3
və ya km
3
) müəyyən edilir.
ÇAY EROZİYASI – çay sularının fəaliyyəti nəticəsində sahillərin
və yataqlarının yuyulub dağılması. Düzənlik çaylarında sahillərin
yuyulması (yan eroziya), dağ çaylarında isə dərininə eroziya üstünlük
təşkil edir. Ç.e.-na, xüsusilə sahilərin yuyulub dağılmasına bir sıra
antropogen amillər – sahillərdə meşə və kolluqların qırılması, sistesiz
otarma, eroziyaya qarşı tədbirlər aparılmadan sahil ərazinin şumlanması,
müxtəlif tikinti işlərinin aparılması, yarğan eroziyasının –inkişafı və s.
böyük təsir göstərir.
ÇAY FƏSİLƏSİ (Thea) – Bu fəsiləyə kameliya və çay kimi
həmişəyaşıl cinslər daxil edilmişdir. Kameliya (Camelia) cinsinə 60-a
yaxın növ daxildir. 2-si Azərbaycanda introduksiya edilmişdir.
Çay cinsi (Thea). Bu cinsə 4 növ daxildir. Onlar əsasən Çinin dağ
meşələrində təbii halda yayılmışdır. Azərbaycanda Çin çayı (T.sinensis)
əsasən Lənkəran-Astara zonasında, az sahədə isə Balakən-Zaqatalada
kulturada becərilir.
ÇAY HÖVZƏSİ – müəyyən bir çaya yerin səthindən və yer altından
su toplanan ərazi. Ç.h. bir-birindən suayrıcılar ilə ayrılır.
ÇAY MƏNBƏYİ – çayın başlandığı yer. Göl, bulaq, bataqlıq Ç.m.
ola bilər. Böyük çaylar üçün mənbə şərti olaraq müxtəlif adlı iki çayın
birləşdiyi yer hesab edilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
84
ÇAY MƏNSƏBİ – çayın dənizə, gölə, su anbarına və daha böyük
çaya töküldüyü, yaxud axının çatdığı yer. Sadə (çay yatağı qollara
ayrılmır), delta, estuari və asılı vəziyyətdə (əsas çaya nisbətən dərinlik
eroziyasının bir qədər zəif inkşaf etdiyi dağ çayları üçün səciyyəvidir)
olan Ç.m.-lərinə rast gəlinir.
ÇAY REJİMİ, ÇAYIN SU REJİMİ – Gün, mövsüm, illər ərzində
çayda suyun səviyyəsinin, sürətinin, sərfinin, temperaturunun və s.
elementlərinin iqlim şəraitindən, yatağın relyefindən və formasından
asılı olaraq dəyişməsi, daha doğrusu bu dəyişmənin gedişi.
ÇAY ŞƏBƏKƏSİ – öz dərələri ilə ərazini parçalamış iri və xırda
çay sistemlərinin məcmusu. Ç.ş.-nin əsas göstəricisi onun sıxlığıdır, bü-
tün çayların uzunluğu kəmiyyətini hövzənin sahəsi kəmiyyətinə
bölməklə müəyyən edilir.
ÇAY YATAĞI – gursulu dövrlər arasındakı müddət ərzində çay
dərəsinin su axan ən alçaq hissəsi.
ÇAYBASARA DÖZÜMLÜLÜK – Çayın dövrü olaraq daşması
nəticəsində bitkilərin çaybasara dözümlülüyü. Ramenski (1938)
bitkilərin çaybasara dözumlülüyünü göstərən ballı şkala tərtib etmişdir.
Şkalada bitki növləri çaybasara dözümlülüyü üzrə bölünür.
ÇAYBASAR-SUBASAR EKOSİSTEMLƏRİ – Hipoekosistem
qrupuna aiddir, belə ki, dövrü olaraq daşqın rejimi allüvial gətirmələri
ilə bu ekosistemin sonrakı inkişafını dayandırır. Bu gətirmələr
çaybasarların müxtəlif hissələrində eyni olmur, ona görə də Ç.e.
müxtəlif kombinasiyalı ekosistem yaradır. Çay – subasara davamlı
taxılotu növləri dominantlıq edir. Torpağı allüvial çimli-çəmən torpağı
olub adətən laylı qatlardan təşkil olunur. Çaysubasar çəmənləri biçənək
kimi istifadə olunur.
ÇAYDAÇAPANLAR (Motacillidae) – sərçəkimilər dəstəsindən quş
fəsiləsi. 57 növdən ibarət 5 cinsi var. Yer kürəsinin hər yerində
yayılmışdır. Çoxu köçəridir. Azərbaycanda 2 cinsə mənsub 10 növü var.
Cücülər və digər xırda onurğasızlarla qidalanır. Faydalı quşlardır.
ÇAYIN ÇİRKLƏNMƏ İNDEKSİ – çayın ekoloji xarakteristikası:
saprobluq indeksinin ölçüsündən asılıdır. İstənilən uzunluqda olan
indeksi ilə müqayisə edilə bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
85
ÇAYIN SULULUĞU – hər hansı çaydan il ərzində axan suyun
miqdarı. İllik axımın orta çoxillik həcmi Ç.s.-nun göstəricisi (indeksi)
hesab olunur.
ÇƏMƏN – Əsasən çoxillik, mezofil otlardan ibarət bitki biosenozu.
Ç-lər fitosenozuna, mənşəyinə, botaniki tərkibinə, coğrafi yayılmasına,
məhsuldarlığına və s. görə bir-birindən fərqlənirlər. Ç. otlaq və biçənək
kimi istifadə olunan təbii yem mənbəyidir.
Azərbaycan Respublikasında Ç.-lərin ümumi sahəsi 2,5 mln. ha-a
yaxındır. Burada 1000-dək bitki növü var. Respublikanın dağlıq və
dağətəyi zonalarında tədarük olunan qaba yem ehtiyatının çox hissəsi
Ç.-lərdən yığılır. Ç.-lər, əsasən, 2 cür olur: təbii Ç.-lər, süni Ç.-lər. Təbii
Ç.-lər çoxillik mezofil ot bitkilərinin inkişaf edib böyüməsi üçün
əlverişli iqlim-torpaq şəraiti olan yerlərdə inkişaf edir. Azərbaycan
Respublikasında Böyük və Kiçik Qafqaz dağlarında geniş ərazilərdə alp
və subalp çəmənləri yayılmışdır. Süni Ç-.lərə əkinçiliklə əlaqədar olan
Ç.-lər aiddir. Heyvandarlığın inkişaf etdirilməsini nəzərə alaraq əkmə
Ç.-lər genişləndirilir və süni otlaqlar yaradılır.
ÇƏMƏNİN QORUNMASI – hədsiz otarma nəticəsində çəmənin
məhsuldarlığının azalmasının, bataqlaşmanın, eroziya prosesinin
qarşısını almağa yönəldilən kompleks tədbirlər.
ÇƏMƏNLƏŞDİRMƏ (Zalujeniye) – yamaclarda, qobularda, çay
terraslarında məhsuldarlığı artırmaq məqsədilə aparılan tədbirlər sistemi
(ot səpini apararaq çim qatı yaratmaq yolu ilə). Ç. həmçinin torpaq
eroziyasının qarşısını alır.
ÇƏMƏNÇİLİK – 1) Kənd təsərrüfatı sahəsi; Ç. təbii, süni yem
mənbəyi olan biçənəklərdən, otlaqlardan quru ot və yaşıl yem tədarük
etməklə yanaşı, həmin sahələrdən ot unu və s. yem istehsalı üçün
xammal mənbəyi kimi istifadə etməklə məşğul olur. 2) Elm sahəsi; Ç.-in
nəzəri əsaslarını və aktual problemlərini işləyib hazırlayır.
ÇƏN – 1) Yer səthi yaxınlığında havanın asılı vəziyyətdə olan xırda
su damcıları və ya buz kristalları arasında işıq səpələnməsinin təsiri ilə
zəif tutqunlaşması. Görünüş, əsasən, 1 km-dən artıq olur, bəzən yüz və
on metrlərədək azalır. 2) Sərbəst atmosferdə havanın zəif tutqunlaşması,
ilkin fazada olan buludlu təbəqə.
ÇƏTİRÇİÇƏKLİLƏR FƏSİLƏSİ (Apiaceae, Umbeliferae) –
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
86
ikiləpəli bitki fəsiləsi. Ot, az hallarda (tropik və subtropiklərdə) kol və
çox da hündür olmayan ağac bitkiləridir. Azərbaycanda 80 cinsi (180-
dən çox növü) var. Bir çoxu qida bitkisi (yerkökü, cəfəri, zirə, kərəviz,
şüyüd və s.), efiryağlı (dağkeşnişi, razyana, cirə və s.), dərman və
texniki bitkilərdir. Bəzi növləri çox zəhərlidir. Bir qismi alaqdır.
ÇILPAQTOXUMLULAR (Gymnospermae)
– qıjıkimilərlə
örtülütoxumlu (çiçəkli) bitkilər arasında keçid təşkil edən toxumlu
bitkilərin ən qədim qrupu (şöbəsi). Ç. ağac və kollardır. Ç.-a toxumlu
qıjılar, saqovniklər, ginkkolar, kordaitlər, iynəyarpaqlılar və
qırxbuğumkimilər daxildir. Ç.-ın dünyada təqr. 600, o cümlədən
Azərbaycanda 20-dən çox növü var.
Dostları ilə paylaş: |