MODİFİKASİYALAR (biologiyada) – xarici mühitin
dəyişilməsinin təsirindən orqanizm əlamətlərinin (fenotipinin) qeyri-irsi
dəyişiklikləri. M.-ı törədən xarici mühit amilləri (temperatur, işıq, qida
rejimi və s.) orqanizmin daxili mühitinə (məs. hormonlar səviyyəsində)
təsir etməklə ontogenezin gedişini dəyişir. M. mühit amilinin
dəyişilməsinə qarşı bir qayda olaraq orqanizmin adaptiv reaksiyası kimi
meydana çıxır. Məs. göl oxyarpağının yarpaq forması onun yerləşdiyi
yerdən asılıdır: sudan yuxarıda yarpaqlar oxvarı, suyun səthində
ürəkvari, suyun altında isə lentşəkilli olur. Bəzən qeyri-adaptiv M.
eybəcərlik şəklində meydana çıxır. Mutasiyadan fərqli olaraq M. nəslə
keçmir, yalnız onu törədən amilin təsirinə məruz qalan orqanizmlərdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
318
təzahür edir.
MODİFİKATORLAR (lat. modifico - dəyişdirirəm) – orqanizmdə
struktur – funksional dəyişikliklərə səbəb olan ətraf mühit faktorları
(bəzi kimyəvi pestisidlər, ağır metallar və s.).
MOZAİKLİK (ital. Mosaico, Lat. misivum – muzalara ithaf
edilmiş) – botaniki ədəbiyyatlarda mozaiklik müxtəlif cür adlandırılır.
Məsələn: mikrofitosenoz (Lavrenko, 1959), mikroassosiasiya
(Qrosheym, 1929), mikroqruplaşma (Yaroşenko, 1961). Bitkiliyi əmələ
gətirən xırda sahələr bitki örtüyünün quruluş xüsusiyyətlərinə görə
fərqlənir və mikrosenozlar əmələ gətirir. Fitosenozların eyni quruluşda
olması onların daha xırda quruluşda ayrılması mozaiklik adlanır.
Mozaikliyin olması müxtəlif səbəblərlə bağlıdır. İnsan fəaliyyətinin
nəticəsində də mozaiklik yarana bilir.
MOLEKULYAR BİOLOGİYA (lat. moles – kütləvi Cula –
kiçiltmə şəkilçisi) – bioloji obyekt və sistemləri molekulyar səviyyədə
öyrənməklə həyat fəaliyyəti hadisələrinin təbiətini aydınlaşdıran elm.
İrsiyyət, çoxalma, böyümə, inkişaf, oyanma, qıcıqlanma, enerjinin
çevrilməsi, yaddaş və s. əlamətlərin bioloji vacib molekulların quruluş
və xassələri ilə necə və nə dərəcədə əlaqədar olmasını müəyyən etmək
M.b.-nın başlıca vəzifəsidir. M.b. genetika, biokimya, fiziologiya
elmlərinin ilkin məlumatları əsasında inkişaf tapmış və biofizika,
bioüzvi kimya, biokimya ilə əlaqədə olan elm sahəsidir.
MOLİSMOLOGİYA (yun. molysma – çirkab və loqiya) –tətbiqi
ekologiyanın bölməsi; ətraf mühitin çirklənməsi problemləri ilə məşğul
olur. Termin M.Fonten (1972) tərəfindən irəli sürülüb “miazmologiya”
termininə yaxındır.
MONİTORİNQ (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət
edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi
üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və
eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən
hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. M. antropogen
təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin
dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. M.-in
vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının
azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
319
vaxtında aşkar etməkdir.
Ekosistemin miqyasına görə lokal M., regional M. və qlobal M.
ayrılır. İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı
bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır:
Regional M.-də əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki
qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi,
quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal M.-də geniş
ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları
(həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir.
M. sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.
Ətraf mühitin çirklənməsinin öyrənilməsində də M. intensiv inkişaf edir.
Bioloji monitorinq – təbii mühitin müşahidə elementi kimi onun
biotası götürülür.
Genetik monitorinq – bu monitorinqdə müxtəlif populyasiyaların
genetik əlamətləri müşahidə olunur.
Geofiziki monitorinq – bu monitorinqdə təbii mühit elementlərinin
bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır.
Beynəlxalq monitorinq – əraziləri eyni mənbədən eyni tipli
çirkləndiricilərin təsirinə məruz qalan dövlətlərin apardığı monitorinq.
Milli monitorinq – yalnız bir dövlətin çərçivəsində və marağında
həyata keçirilən monitorinq.
Ekoloji monitorinq – təbii mühitin müşahidə elementi kimi
ekosistem götürülür.
MONODOMİNANT EKOSİSTEM (yun. monos - bir) – bir
produsent növündən ibarət ekosistem.
MONOFAQLAR – yalnız bir eyni bitki və ya heyvanın biokütləsi,
yaxud ölü kütləsi ilə qidalanan heyvanlar (orqanizmlər). Monofaqların
trofik əlaqələri olduqca davamlı olub əsasən dözümlü ekosistemlərdə, o
cümlədən səhra iqlimində yayılmışdır. Məs. ipəkqurdu yalnız tut
yarpağı ilə qidalanır.
MONOFİLİYA – müəyyən qrup orqanizmin ümumi əcdaddan
əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi.
MONOKARP BİTKİLƏR – bir dəfə çiçək açıb, meyvə verdikdən
sonra məhv olan bitkilər. Bütün birillik və ikiillik bitkilər, çoxillik
bitkilərdən aqava, bambuk və palmanın bəzi növləri M.b.-ə aiddir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
320
MONOKLİMAKS KONSEPSİYASI – bu konsepsiyaya görə
istənilən təbii zonada yalnız bir klimaks mümkündür, onun
istiqamətində yavaş getsə də bütün qruplaşmalar inkişaf edir.
MONOKULTURA – təsərrüfatda becərilən yeganə kənd təsərrüfatı
bitkisi; bir tarlada eyni bitkinin və ya eyni növün növbəli əkin sistemi
nəzərə alınmadan uzun müddət (illər boyu) becərilməsi. Bir qayda
olaraq M. mənfi ekoloji və iqtisadi nəticələrə səbəb olur.
MONOQAMİYA (heyvanlarda) (yun. gamos - evlilik) – erkək və
dişi cinslər arasında əlaqə. Vəhşi qazlarda M. bir mövsüm,bəzi
ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s. adətən bir
mövsüm, meymunlarda isə bir neçə il davam edir.
MORENLƏR (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü
süxur qırıntılarıdır. M. iki qrupa bölünür: hərəkətdə olan M. və çökmüş
M. Dağ buzlaqlarında hərəkətdə olan M. üst, daxili və dib M.-nə
bölünür. Üst M. dərənin yamaclarında buzlağın üstünə tökülən süxur
qırıntılarıdır. Adətən üst M. buzlaq dilinin yanlarında toplanır və yan M.
adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan M.-i birləşib
aşağıda, buzlaq dilinin ortasında orta M. əmələ gətirir. Buzlağın üstünə
tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və
daxili M. əmələ gətirir.
Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış
qırıntılardan dib M. əmələ gəlir. Çökülmüş M. buzlaqlar çəkildikdən
sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş
moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında,
buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr
xüsusi yer tutur və onlar uc M. adlanır. Moren materiallarının qeyri-
bərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaq-
hündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi
və ya moren landşaftı deyilir.
MORFOGENEZ – ONTOGENEZ və ya filogenez nəticəsində
orqanizmlərdə morfoloji quruluşun inkişafı prosesi.
MORFOİQLİM ZONASI – relyefəmələgətirən proseslərin
xüsusiyyətinə görə ayrılan təbii zona.
MORFOLOGİYA (bitki və heyvan) – bitki və heyvan
orqanizmlərinin forma və quruluşu haqqında elm.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
321
MORFOLOJİ EKOLOGİYA – ekologiyanın bölməsi olub
orqanizmin məskunlaşma yerinin şəraitindən asılı olaraq orqan və onun
strukturunun quruluşu qanunauyğunluqlarını öyrənir.
MORFOZLAR (yun. Morphe - forma) – nəsli dəyişkənlik
(modifikasiya) olmayıb, xarici mühitin həmin növ üçün ekstremal və ya
adi olmayan faktorlar ilə (şüalanma, kimyəvi maddələrin təsiri və s.) baş
verən dəyişkənlik. Növ üçün xarakterik olmayan eybəcərlik sayılır.
MORFOKLİMAKS – relyef və onun inkişafından asılı olan
klimaks.
MÖVSÜM – ilin bir neçə ay davam edən hissəsi. Astronomik,
sinoptik, iqlim, yaxud fenoloji əlamətlərə görə ayrılır. Sinoptik M.-lərin
başlama vaxtı çox müxtəlifdir. Bəzən ili isti və soyuq M.-lərə bölürlər.
İqlimşünaslıqda M.-lərin sayı və vaxtı astronomik M.-lərlə uyğun
gəlmir. Mülayim qurşaqda iqlim M.-ləri (qış, yaz, yay, payız), əsasən
termik əlamətlərə, tropik iqlimdə isə rütubətlənməyə (quru və rütubətli
M.-lər) görə ayrılır.
MÖVSÜMİ DONUŞLUQ – ilin soyuq dövründə torpağın və
süxurun donması.
MÖVSÜMİ RİTMLƏR – Fitosenozu əmələ gətirən növlərin
fenoloji fazaların əvəz olunduqca mövsümi dəyişgənliklərə uğrayır.
Bax: Aspekt.
MULÇA – kənd təsərrüfatında mulçalamaq məqsədilə istifadə
olunan üzvi və qeyri-üzvi mənşəli materiallar.
MULÇALAMAQ – torpaqdan buxarlanmanı zəiflətmək, onun
temperaturunu nizamlamaq, torpaq strukturunu dağılmaqdan qorumaq
və alaq otlarının cücərtilərilə mübarizə aparmaq məqsədilə torpaq
səthinin müxtəlif materiallarla (mulça ilə) örtülməsi. M. məqsədilə
mulça kağızı, tol, karton, xırda peyin, saman, daş qırıqları və s.-dən
istifadə edilir.
MUMİYA, MUMİYƏ – qaya və dağ çatlarından sızan bioloji
mənşəli, qatranaoxşar, balzam iyli təbii maddə. Himalay dağlarında,
Ərəbistan, İran,Birma, Orta Asiya, Qafqaz, Sibir və başqa ölkələrdə
təsadüf edilir. Tərkibində çoxlu üzvi və qeyri-üzvi maddə, hippur və
benzoy turşuları, aminturşular, qatran, mum, kitrə və bitki qalıqları olur.
2000-ildən artıqdır ki, xalq təbabətində istifadə edilir. Azərbaycan xalq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
322
təbabətində də M.-nın müalicəvi xassələri hələ qədimlərdən məlum idi.
M. sümük toxumalarının regenerasiyasını gücləndirir, vərəm, astma,
bəzi yaralar və s.-nin müalicəsində işlədilir. Meyitlərin və müqəddəs
heyvanların cəsədlərinin mumiyalanması Qədim Misirdə geniş
yayılmışdır. Pazırık kurqanlarında (Altay) e.ə 5-4 əsrlərdən qalan
mumiyalanmış meyitlər aşkar edilmişdir.
MUSSON (frans. Mousson – mövsümi külək) – ildə iki dəfə bir-
birinə qarşı öz istiqamətini dəyişən hava axını. M.-un dəyişməsi ilə
əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli,
yağışlı hava ilə (və ya əksinə) əvəz olunur.
MUTAGEN FAKTORU –bilavastə və ya vasitəli genetik mutasiya
əmələ gətirən faktor.
MUTAGENEZ – irsi dəyişkənliklərin yaranması prosesi; fiziki,
kimyəvi (süni) və təbii (sponton) amillərlə meydana gəlir. İonlaşdırıcı
şüaların mutagen təsirinin öyrənilməsi göstərmişdir ki, bütün tədqiq
olunan müxtəlif orqanizmlərdə onlar çoxlu miqdarda gen mutasiyalar və
xromosom dəyişilmələri əmələ gətirir ki, bu da yəni indiksion
mutasiyaların tezliyi əsas etibarilə radiasiyanın dozasından asılıdır.
İonlaşdırıcı şüalar gen mutasiyaların tezliyinə nisbətən xromosom
dəyişilmələri spontan arasında olduğundan xeyli çoxdur. Fiziki
mutagenlərə ionlaşdırıcı şüalardan başqa ultrabənövşəyi şüalar da aiddir.
Bu şüalar atomları ionlaşdırmır, onların yalnız elektron təbəqələrini
oyadır və hüceyrədə kimyəvi reaksiyalar yaradır ki, bunun da
nəticəsində mutasiya törəyir. Kimyəvi mutagenlər üçün də gen
mutasiyaları və xromosom dəyişilmələri törətmək xarakterikdir. Süni
yolla mutasiya törətməyin üsullarının işlənməsi mutagenləri tətbiq
etməklə seleksiyanı xeyli sürətləndirmək imkanları açmışdır ki, bu da
seleksiyaçıya seçmə üçün başlanğıc material verir; bir çox yüksək
məhsuldar kənd təsərrüfatı bitki sortları, qiymətli mikroorqanizm
ştampları yaradılmışdır. Bu məqsədlə seleksiyada kimyəvi mutagenlər
və supermutagenlər böyük müvəfəqiyyətlə tətbiq edilir. Bitkilərin
seleksiyasında süni yolla salınmış poliploid mutasiyalardan istifadə
olunur.
MUTAGENLƏR – irsi dəyişkənliklər (mutasiyalar) yaradan fiziki
və kimyəvi amillər ətraf mühitin antropogen çirklənməsi nəticəsində
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
323
çoxlu miqdarda M. toplanır. M.-rə bir çox pestisidlər, azot gübrələri
(nitritlər), ağır metallar, bəzi dərmanlar, radioaktiv maddələr, viruslar,
bakteriyalar və s. aiddir.
MUTALİZM – müxtəlif növdən olan iki orqanizmin uzun müddət
qarşılıqlı faydalı birgə yaşaması.
MUTANTLAR – dəyişkənlik nəticəsində meydana gələn və hər
hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş
orqanizm formaları. M. təbii seçmədə ilk material sayılır.
Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin
həllində mutantlardan geniş istifadə edilir.
MUTASİYALAR (lat. mutatio - dəyişmə) – genetik aparatda
genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların
sayının və quruluşunun dəyişilməsini birləşdirməklə qəflətən başverən
davamlı (sabit) dəyişkənliklər. Generativ hüceyrələrdə baş verən M.
(generativ M.) irsən nəslə keçir, çoxalmada iştirak etməyən bədən
hüceyrələrində əmələ gələn M. (somatik M.) genetik alabəzəkliyə
(mozaikliyə) səbəb olur. M. orqanizmin morfoloji, fizioloji və
biokimyəvi əlamətlərinə toxunur. M.-ı adətən fenotipə görə deyil,
genetik aparatın dəyişilmə xarakterinə görə təsnifləşdirirlər. Bu
baxımdan M.-ı aşağıdakı tiplərə ayırırlar: 1) Xromosom sayının
dəyişilməsi, yaxud genom M-ı; 2) ayrı-ayrı xromosom sayının
dəyişilməsi, yaxud aneuploidiya; 3) Xromosom yerdəyişmələri (yaxud
seqment M.-ı); 4) Gen yaxud nöqtəvi M.-ı. Hər bir növ üçün müəyyən
xromosom yığımı xarakterikdir.
MÜBADİLƏ REAKSİYASI – torpaqda və suda gedən ionların
mübadiləsi reaksiyası. Maddələr məhlulu ilə orqanizmlər (xüsusilə
onların kökləri), həmçinin torpaq məhlulu ilə torpağın bərk hissəcikləri
(mikroaqreqatları) arasında ilk vəziyyətinə qayıtmaq prosesidir.
Torpaqəmələgəlmə prosesində
və orqanizmlərin maddələr
mübadiləsində böyük əhəmiyyəti vardır.
MÜHAFİZƏ OLUNAN LANDŞAFT – bəzi və ya bütün təsərrüfat
işləri qaydaya salınan, yaxud qadağan olunan landşaft.
MÜHAFİZƏ OLUNAN TƏBİİ OBYEKTLƏRİN KADASTRI –
mühafizə əhəmiyyəti olan bütün ərazilərin və obyektlərin
sistemləşdirilmiş məlumatlarının məcmusu. Bura əsas kadastr
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
324
göstəriciləri, həmçinin onların ayrıldığı tarix, obyektin mühafizə olunma
dərəcəsi və s. göstərilir.
MÜHAFİZƏ REAKSİYASI – orqanizmin hərəkətedici, optik, səs,
mexaniki, kimyəvi mexanizmi ilə özünü düşməndən və ətraf mühitin
mənfi təsirindən müdafiə etməsi.
MÜHAFİZƏ ZONALARI – qoruq əraziləri ətrafında yaradılır.
M.z. insanın təsərrüfat və texniki fəaliyyətinin qoruğa daxil olmasının
qarşısını alır. Respublikamızın qoruqlarının əksəriyyətində belə M.z.
yoxdur.
MÜHİT – bax: ətraf mühit.
MÜHİT HORMONLARI – metabolitlər, xarici hormonlar,
ekzokrinlər-orqanizmlərin fəaliyyəti prosesində, həmçinin heyvan, bitki
və mikroorqanizmlərin parçalanması (çürüməsi) nəticəsində ətraf
mühitə ayrılan üzvi maddələr. Bu maddələr ətraf mühit vasitəsilə canlı
sistemə korelyativ təsir göstərir.
MÜHİT REJİMİ (biosenozun) – qruplaşmanın yeri və şəraitinin
fiziki-kimyəvi faktorları. L.Q.Ramenskiyə (1938) görə fizioloji təsir
edən M.R. (atmosferdə-işıq, istilik, qaz və havanın nəmliyi; torpaqda –
su, istilik, torpaq – hava rejimi və torpaq məhlulunun rejimi) və entopik
şərait (relyef, torpağın mexaniki tərkibi, yağmurlar, havanın hərəkəti və
s.).
MÜHİTİN AKTİV REAKSİYASI, HİDROGEN GÖSTƏRİCİSİ
– mühitdə (torpaq, su) hidrogen ionlarının qatılığı; pH, pH 7 olduqda
mühit neytral, 7-dən aşağı turş, 7-dən yuxarı qələvi hesab olunur. M.a.r.
– ən əsas abiotik faktor sayılır.
MÜHİTİN ANTROPOGEN AMİLLƏRİ – bilavasitə və vasitəli
ola bilər. Təbiətdə insanın bilavasitə təsirinə misal olaraq geniş
ərazilərdə meşələrin yox edilməsi, ovluq heyvanların hədsiz məhv
edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına,
bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb olur. Vasitəli
antropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və
kimyəvi tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir.
Mühitin sənaye və məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji ta-
razlığın pozulmasına, minillərlə təkamül olunaraq yaranmış
biosenozların (orqanizm qruplaşmalarının) deqredasiyasına səbəb olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
325
İnsanların torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin
yerində mədəni bitkilər və ev heyvanları üçün praktiki cəhətdən yeni
mühit, orqanizmlərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı.
Torpaqların intensiv şumlanması və hədsiz mal-qara otarılması,
suqoruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları
ağır vəziyyətə saldı, su və külək eroziyasını gücləndirdi, çayların
suyunu azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir
göstərmədiyi sahəyə çətin rast gəlmək olar. İnsanın təbiətə göstərdiyi
böyük təsir və onun mənfi nəticələri bəşəriyyətin qarşısında biosferin
sərvətlərinin qorunub saxlanması və ondan səmərəli istifadə olunması
üzrə elmi cəhətdən əsaslanmış tədbirlərin həyata keçirməsi vacibliyini
irəli sürdü.
MÜHİTİN ÇİRKLƏNDİRİLMƏSİ – mümkün normadan yuxarı
dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi.
Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli
radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun,
kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı
ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi
maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar,
sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən
maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin
yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət
olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır.
Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.
MÜHİTİN ÇİRKLƏNMƏSİNDƏN VURULAN ZİYAN –həyat
mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan
(bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini
ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin
əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək
fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır.
MÜHİTİN DEQRADASİYASI – təbii və antropogen mühitin
vəziyyətinin pisləşməsi və ya dağılması. M.d. onun canlı (biotik)
komponentlərinin deqradasiyasına səbəb olur.
MÜHİTİN ELEMENTİ – mühitin mühityaradan və ya ekoloji
komponenti.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
326
MÜHİTİN KEYFİYYƏT İNDEKSİ – insan və digər orqanizmlərin
həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. M.k.i.
canlı orqanizmlərin vəziyyətinə görə (məs. əhalinin xəstələnmə
dərəcəsinə görə) və ya orqanizmə təsir göstərən əlverişsiz faktorların
cəmini tapmaqla (çirkləndiricilərin zərərlilik dərəcəsini nəzərə alaraq
müxtəlif çirklənmə növləri və YVÇ) (yol verilən çirklənmə).
MÜHİTİN MUTAGEN AMİLLƏRİ – mutasiya əmələ gətirən
amillər. Radiasiya amilləri (ionlaşdırıcı şüalanma) ən çox mutagen təsir
göstərib nəsildə eybəcərlik, sonsuzluq, nəsli xəstəliklərin yaranmasına
səbəb olur. Kimyəvi amillər də böyük təsirə malikdir.
MÜHİTİN ÖZÜNÜTƏMİZLƏMƏSİ – ətraf mühiti çirkləndirən
maddələrin arası kəsilmədən istifadəsi və zərərsizləşdirilməsi prosesi.
Bu ən çox ətraf mühiti çirkləndirən maddələrin düzənliklərə və su
hövzələrinə aparılması, həmçinin ekosistemlərin trofik kanalları və
orqanizmlərin minerallaşması ilə baş verir. Əsrimizin ortalarından sonra
mühitin özünütəmizləməsi onun çirklənmədən təmizlənməsini təmin edə
bilmir. Ona görə ətraf mühitin dəqiq monitorinqi və qlobal mühafizəsi
sisteminin vacibliyi meydana çıxır.
Dostları ilə paylaş: |