Ekoloji monitoriNQ



Yüklə 77 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü77 Kb.
#45466
növüMühazirə
1   2   3
1. Ekoloji monitorinq mühazirə

2. Ekoloji monitorinqin əsas prinsip və başlıca məqsədi.

Ekoloji monitorinq. Monitorinq (latınca- "monitor" - xatırladan nəzarət edən) dedikdə ətraf mühitin müşahidə, qiymət və proqnozu sistemi nəzərdə tutulur. Monitorinqin əsas prinsipi fasiləsiz izləmədir. Ekoloji problemlərin həlli yolları, ekoloji təhlükəsizlik və sabit inkişaf strategiyası hələ də qeyri-müəyyən ola-qalır. Qlobal ekoloji vəziyyətin qiyməti indiyə qədər optimist - qiymətlərdən ("ehtimal olunan ekoloji böhranın qarşısını almaq lazımdır) mülayim pessimist ("planet böhranın astanasındadır") ən pessimist (regional səviyyələrdə söhbət artıq "sərt ekoloji "böhrandan" gedir) qiymətlərə qədər dəyişir.

Monitorinq dövlətin həyata keçirdiyi ekoloji nəzarətin ən vacib hissəsidir. Monitorinqin əsas məqsədi - biosferin vəziyyətinin müşahidəsi, onun vəziyyətinin proqnozu və qiymətləndirilməsi, ətraf mühitə aqtropogen təsirin dərəcəsinin müəyyən edilməsi, təsir amillərinin və mənbələrinin aşkar edilməsidir. Lakin monitorinqin təkcə faktların izlənilməsi və qiymətləndirilməsi deyil, həm də təcrübi modelləşdirmə, ətraf təbii mühitin vəziyyətinin idarə edilməsi sahəsində proqnoz və tövsiyələrdir. Son nəticədə monitorinqin məqsədi insanın təbiətlə münasibətlərinin optimistləşdirilməsi təsərrüfat fəaliyyətinin ekoioji yönümüdür.

3 .Ətraf mühitin yerüstü monitorinq sistemi

Ərazi əhatəsinə görə müasir monitorinqin üç pilləsini və ya blokunu fərqləndirirlər - lokal (bioekoloji, sanitar-gigiyenik) , bölgəvi (geoekoloji və ya təbii- təsərrüfat) və qlobal (biosferli, fonlu). Monitorinqin digər növləri də seçilib ayrıla bilər: geobioloji, əhalinin sağlamlığı monitorinqi və s.



  • kannserogen, mutagen və digər əlverişsiz xüsusiyyətlərə lokal vəziyyətdə aparılan bioekoloji (sanitar-gigiyenik) monitorinqin proqramına malik olan çirkləndirici maddələrin tərkibinin. Müxtəlif sahələrdə dəyişməsinin müşahidə olunması daxildir. Təbii ekosistemlər və insan üçün daha təhlükəli olan aşağıdakı çirklən dirici maddələr daimi müşahidələrə məruz qalır:

  • səth sularında radionuklidlər, ağır metallar, pestisidlər, benz(a) piren, minerallaşmalar, azot, neft məhsulları, fenollar, fosfor və s.

  • -atmosferdə karbon, azot oksidleri, kükürd 4-oksid, aerozollar, bohidrogenlər və s

  • biotda ağır metallar, radionuklidlər, pestisidlər və s.

Radiasiya, səs, vibrasiya, elektromaqnimt sahələri və s. kimi zərərli fiziki təsirləri çox ciddi tədqiq edirlər. Ekoloji müşahidə məntəqələrinin əhalinin cəmləşdiyi yerlərdə və intensiv fəaliyyət rayonunda elə hesablama ilə yerləşdirirlər ki, onlar insanın ətraf mühitin təbii və süni komponentləri ilə əsas əlaqə xətlərinə nəzarət edə bilsin. Bu, sənaye-enerji mərkəzlərinin, atom elektrik stansiyalarının neft mədənlərinin və s.-nin ərazisi ola bilər. Bioekoloji (sanitar-gigiyenik) monitorinqin tərkibində biosferin mutagenlərlə çirklənməsi nəticələrinin dinamikasının və insan populyasiyalarında anadangəlmə qüsurların artmasının müşahidələrinə xüsusi fikir verilir. Onların ekoloji təhlükəsini yenidən qiymətləndirmək çətindir, çünki D.R. Nikitinin və Y.V. Novikovun (1980) qeyd etdikləri kimi, "mutagenlər canlı materiyanın təkamülünün yaratdığı ən qiymətli şeyi-insanın genetik proqramını, eləcə də biosferdə olan bütün heyvan, bitki, bakteriya və virus növlərinin populyasiyalarının genofondunu zədələyir".

Ekoloji monitorinqin iki tərkib hissəsini ayırırlar: blotik və abiotik.

Ekolodi monitorinq sistemində bioloji monitorinq canlı orqanizimlərin köməyi ilə ətraf təbii mühitin vəziyyətinə nəzarətdir və əsas metodu biotada antropogen amillərin yaratdığı hər hansı bir dəyişkənliyin qeydə alınmasından ibarət olan bioinduksiyadır. Bioloji monitorinqdə təkcə bioloji metodlardan yox, həm də hər hansı :ı bir metoddan, məsələn, canlı orqanizmlərdə çirkləndirici maddələrin tərkibinin təhlilindən istifadə oluna bilər. Lokal səviyyədə ətraf təbii mühitin çirklənməsi vəziyyətinin monitorinq sisteminin vəzifəsi "tullantılar sahəsi - toplantılar sahəsi" modellərinin göstəricilərinin müəyyən olunması, eləcə də müvafiq orqanların məlumatlandırılması məqsədilə faktiki tullantılara nəzarətdir. Lokal səviyyədə təsir obyekti insandır. Antropogen mənşəli çirkləndirici maddələr ətraf mühitə düşərkən səpələnir, biosferdə maddələr dövriyyəsinə düşür və nəticə olaraq dəyişkənliklərə - ekzogen suksessiyalara səbəb olur. Ətraf təbii mühitin keyfiyyət meyarlar: . səviyyədə daha dəqiq müəyyən olunur. Burada nizamlanmanın məqsədi - antropogen mənşəli müəyyən prioritetli çirkləndirici maddələr toplantısnı özünə görə standart olan hüdudundan kənara ; çıxarmayan strategiyanın təmin edilməsidir. O, yol verilən son hədd toplantıların qiymətləridir.

Bölgə miqyasında keçirilən hər hansı bir təsərrüfat tədbir. Bölgəgəvi fonda özünü göstərir - abiotik və biotik komponentlərin tarazlıq; vəziyyətini dəyişdirir. Belə ki, məsələn, bitki örtüyünün, ilk : bədə meşələrin vəziyyəti bölgənin (və qlobal miqyasda Yerin) iqlim şəraitinə əsaslı surətdə təsir göstərir. Bölgəvi (geosistem) səviyyədə iri təbii-ərazi komplekslərinin (çayların növləri, meşə ekosistemi aqroekosistemlər və s.) ekosistemlərinin vəziyyətini müşahidə edirlər. Trofik əlaqələri və onların pozulmasını, konkret fəaliyyət növlərində təbii ekosistemlərin ehtiyyatlarından istifadə imkanlarını öyrənir, bu bölgələrdə ətraf təbii mühitə antropogen təsirlərin xarakterini və miqdar göstəricilərini təhlil edirlər., Məsələn, hər hansı bir bölgə daxilində nəsli kəsilən heyvan növlərinin populyasiya vəziyyətinə nəzarət edirlər.




Yüklə 77 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin