4. Ekoloji monitorinqin əsas vəzifələri və problemləri.
Ekoloji monitorinqin problemləri qlobal səviyyədə xüsusilə mürəkkəbdir. Hər şeydən əvvəl, lokal və bölgəvi səviyyələrdə monitorinq bir qayda olaraq dövlətin daxili vəzifələridir, halbuki qlobal monitorinq - bütün dünya birliyinin vəzifəsidir və bəşəriyyətin mənafeyinə cavab verir. Müşahidələri təmin etmək, bütövlükdə biosferdə mümkün olan dəyişkənliklərin proqnoz və nəzarəti qlobal monitorinqin vəzifəsidir. Onu fon və ya biosferli də adlandınrlar. Qlobal monitorinqin obyektləri atmosfer, hidrosfer, bütövlükdə bütün bəşəriyyətin həyat mühiti kimi bitki və heyvan aləmidir. Ətraf təbii mühitin qlobal monitorinqinin işlənib hazırlanması və əlaqələndirilməsi YUNEP-in (BMT-nin orqanı) və Ümumdünya metereoloji təşkilatının çərçivəsində həyata keçirilir, Bu proqramın əsas m sədləri aşağıdakılardır:
-insan sağlamlığına təhlükə haqqında genişləndirilmiş xəbərdarlıq sisteminin təşkili;
-atmosferin qlobal çirklənməsinin iqlimə təsirinin qiymətləndirilməsi
-bioloji sistemlərdə, xüsusilə qida zəncirlərində çirklənmələrin bölünməsinin və miqdarının qiymətləndirilməsi;
-kənd təsərrüfatı fəaliyyəti nəticəsində yaranan böhranlı problemlərin qiymətləndirilməsi;
-ətraf mühitin təsirinə yerüstü ekosistemlərin reaksiyasının qiymətləndirilməsi;
-okeanın çirklənməsinin və ya çirklənmənin dəniz ekosistemlərinə təsirinin qiymətləndirilməsi;
-beynəlxalq miqyasda təbii fəlakətlər haqqında xəbərdarlıq sistemlərinin yaradılması.
Qlobal monitorinq proqramı üzrə işlər yerinə yetirilən zaman təbii
Mühitin vəziyyətinin kosmosdan müşahidə olunmasına xüsusi fikir verilir. Kosmik monitorinq həm bölgəvi, həm də qlobal səviyyədə ekosistemiərin funksiyası haqqında nadir məlumat almağa :imkan verir. Monitorinqin digər növləri ilə müqayisədə kosmik monitorinq bir sıra praktiki üstünlüklərə malikdir. Q.İ.Marçukin 1990) məlumatlarına görə kosmik monitorinqin köməyi ilə Yerin böyük ərazilərindən təbii mühit haqqında canlı surətdə informasiya almaq mümkündür ki, bu da daşqın, qasırğa və digər təbii fəlakətlər zamanı çox vacibdir. İnkişaf etmiş ölkələrdə kosmik monitorinqin bütün pillələri üzrə-lokal, bölgəvi və qlobal çoxşəbəkəli ümumdövlət -müşahidə xidməti fəaliyyət göstərir. Monitorinqin hər üç səviyyəsində aparılan müşahidələrin nəticələrini ümumiləşdirərək ölkənin müxtəlif bölgələrində antropogen və təbii proseslərin obyektiv mənzərəsini əldə edirlər. Bu məqsədlə çoxsaylı stansiyalarda, stasionar məntəqələrdə, kimyəvi laboratoriyalarda, təyyarələrdə, kosmik aparatlarda atmosferin, suyun, torpağın, dib çöküntülərinin, yerətrafı səmanın çirklənməsini müşahidə edir, torpaqların, torpağın mineral -xammal ehtiyatlarının, heyvan və bitki aləminin və s. vəziyyətinin "izlənməsini" təşkil edirlər.
Müşahidə xidmətinin səmərəliliyini əsaslı surətdə yüksəltmək məqsədilə inkişaf etmiş ölkələrdə ekoloji monitorinqin vahid dövlət sistemi (EMVDS) tətbiq olunur. Onun əsas vəzifələri ekoloji şəraiti xarakterizə edən məlumatların xüsusi banklarının tətbiqi, onların beynəlxalq ekoloji-məlumat sistemləri ilə harmoniyası, eləcə də obyektlərin vəziyyətinin və onlara antropogen təsirlərin qiyməti və proqnozu, ətraf təbii mühitin vəziyyətinin dəyişməsinə insan sağlamlığının və ekosistemlərin cavab reaksiyasıdır. Monitorinq sistemində ətraf mühit dəyişkənliyinin proqramlaşdırılması və müvafiq qərarlar qəbul edilməsi üzrə məsələləri elektron hesablama maşınlarında riyazi modelləşdirmənin köməyi ilə həll edirlər.
EMVDS - hal-hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən monitorinq sistemlərinin əsasında yaradılır və dövlət monitorinqinin aparılması Ekologiya və Təbii Sərvətlər nazirliyinin vəzifəsidir ki, о da icra hakimiyyətinin təbii ehtiyatların öyrənilməsi, istifadə olunması və mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanıdır.
Monitorinqin avtomatlaşdırılmış informasiya sisteminə (AİS) daxil olan daimi dinamiki fəaliyyət göstərən modeldən (DFM) istifadə olunur. DFM-in xüsusiyyəti dövrü fəaliyyətdir: AİS-ə yeni məlumatlar daxil olduqca onlar DFM-ө yüklənir və model üzərində modelləşdirilən sistemin inkişaf variantı "ifa edilir", sonra isə son təlimatlar zamanı silsilə artıq əvvəlki inkişaf variantı nəzərə alın-maqla təkrar edilir. Buradan DFM-nin çox vacib xüsusiyyəti aydın olur: monitorinq sistemi nə qədər çox fəaliyyət göstərirsə, informasiya bir о qədər dolğun, model isə modelləşdirilən obyektə daha yaxın olur.
Ətrafmühit monitorinqinin qlobal sisteminin (ƏMMQS) yaradılması ideyası 1972-ci ildə BMT-mn ətraf mühitə dair birinci konfransında (Stokholm) irəli sürülmüşdür. ƏMMQS-in real əsasları 1974-cü ildə Nayrobidə (Keniya) xüsusi görüşdə qoyulmuşdur ki, burada da BMT üzvlərinin-agentlik və dövlətlərin rom dəqiqləşdirilmişdir.
Yaxşı məlumdur ki, vaxt ötdükcə iqlimin, havanın, temperaturun, təzyiqin təbii dəyişkənlikləri, heyvan və bitki biokütləsinin mövsümi dəyişkənlikləri baş verir. Təbii dəyişkənliklər ləng baş verir və onları müxtəlif geofiziki, metereoloji, hidroloji, seysmik və digər xidmətlər qeydə alır. Antropogen dəyişkənliklər daha sürətlə inkişaf edir, onların nəticələri çox təhlükəlidir, belə ki, onlar dönməz ola bilər. Onların müəyyən edilməsi üçün ətraf mühit obyektinin ilkin vəziyyəti barədə məlumat almaq lazımdır. Əgər belə bir məlumatı almaq mümkün deyilsə, antropogen təsir başlanana qədər buzlaqların, su obyektlərində dib çöküntülərinin tərkibinin müşahidə edilməsi əsasında bu informasiyanı qurmaq olar.
Bu xüsusiyyətlər qlobal monitorinqin digər adının - fon monitorinqinin və ya ətraf təbii mühitin fon çirklənməsinin monitorinqinin səlahiyyətini müəyyən edir. Hal-hazırda fon monitorinqi stansiyalarının dünya şəbəkəsi (Ümumdünya Metereologiya təşkilatının fəaliyyəti çərçivəsində) yaradılmışdır ki, burada da ətraf təbii mühitin müəyyən göstəricilərinin izlənilməsi həyata keçirilir. Müşahidələr su (dəniz və şirin su) və yerüstü (meşə, çöl, səhra, yüksək dağ) ekosistemlərinin bütün növlərini əhatə edir. Bu iş BMT-nin ətraf mühit üzrə Proqramı əsasında həyata keçirilir və YUNESKO tərəfindən əlaqələndirilir. ABŞ-dakı Environmental Observation Sistem (EOS) qlobal monitorinq proqramının nümunəsi ola bilər. EOS Proqramı 1995-ci ildən başlanılmaqla 15 il üçün nəzərdə tutulmuş və hər şeyi əhatə edən məlumat sistemi kimi planlaşdırıl-mışdır ki, onun da məlumatlarının təhlili Yerin "atmosfer-hidrosfer-kriosfer-biosfer" təbii kompleksi kimi fəaliyyətini başa düşməyə, onun dəyişkənlik hüdudlarım aşkar etməyə, gələcək təkamülün isti-qamətlərini qiymətləndirməyə imkan verəcəkdir, Beləliklə, qlobal miqyasda ətraf mühitin monitorinqinin vəzifələri çox meyarlıdır. Belə vəzifələrdən biri - Yer, о cümlədən Yerin biosferinə yol verilən təsirlərin qiymətlərinin müəyyən olunmasıdır.
Dostları ilə paylaş: |