Ekoloji xarakterli fövqəladə hallar



Yüklə 42,58 Kb.
səhifə3/6
tarix25.04.2023
ölçüsü42,58 Kb.
#102168
1   2   3   4   5   6
489849206-Ekoloji-xarakterli-fovqəladə-hallar-2-docx

Atmosferin radioaktiv zəhərlənməsi. Radioaktiv hissəciklər atmosferdə hava axınları ilə qısa bir müddətə yayılaraq torpağı , su hövzələrini, bitkiləri və heyvanları zəhərləyir. Atom Elektrik Stansiyalarında qəzalardan sonra radiasiya uzun müddət davam edir. Çernobıl qəzası zamanı radioaktiv hissəciklər 6 km hündürlüyə qalxmışdır. Atmosfer hava axınları ilə elə birinci gün Ukrayna və Belarusiyaya yayılmışdır. Sonra buludlar parçalanıb, bir hissəsi 2-4 günə Polşa və İsveçə, həftənin sonuna Avropanı keçərək,10-cu günə Türkiyəyə, Livana, Suriyaya çatmış, digər hissə isə bir həftəyə Sibirə, 12-ci gün Yaponiyaya, 18 günə Şimali Amerikaya çatmışdır.
Torpaq, yeraltı, landşaft dəyişikliyi ilə bağlı Fövqəladə hallar. Bu dəyişikliklər həm təbii səbəblərdən və həm də insan fəaliyyəti ilə əlaqədar baş verir. Təbii səbəblərdən baş verən dəyişikliklər:

  • torpağın eroziyası;

  • torpağın aşınması;

  • torpağın şoranlaşması;

  • torpaq sürüşməsi, uçqunlar, yapğanların əmələ gəlməsi.

İnsan fəaliyyəti ilə əlaqədar:

  • ağır metallar, radioaktiv elementlər, kimyəvi və üzvü maddələrlə torpağın çirklənməsi;

  • yerin dərinliklərində mineral ehtiyatlarının hasilatı ilə əlaqədar yer səthində torpaq sürüşmələri;

  • eroziya, şoranlaşma, bataqlıqlaşma ilə əlaqədar böyük ərazilərdə torpağın deqradasiyası və eroziyası;

  • bərpaolunmayan təbii ehtiyatların tükənməsi ilə bağlı böhranlı vəziyyətlər;

  • ətraf mühitin sənaye və məişət tullantıları ilə çrklənməsi ilə bağlı böhranlı vəziyyətlər.

Torpaq xüsusi təbii resurs olub, bərpa olunmayan, eyni zamanda düzgün istifadə edildikdə tükənməyən resurs sayılır. İnsanın intensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar təbii mühit tədricən dağılır və tükənir, bərpa olunan ehtiyatlar itirilir. Təbii yanacaq ehtiyatlarının (neft, təbii qaz və digər faydalı qazıntılar) indiki temp ilə istismarı, alimlərin nəzəriyyəsinə görə, yalnız 50-500 ilə bəs edər.
Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Torpağın erroziyasının antropogen səbəbləri;

  • pestisid və gübrələrdən sui–istifadə. Azot gübrələrinin torpağa qədərindən artıq verilməsi torpağın strukturunu pozur və torpağın eroziyaya qarşı davamlılığını aşağı salır. Tərkibində agır metalların duzları olan pestisidlərin tətbiqi torpağın məhsuldarlığını aşağı salır; onlardan istifadə etdikdə faydalı mikroorqanizmlər və qurdlar da məhv olur, həmçinin turşuluq dəyişir.

  • Meliorativ işlər. Səhv texnologiyadan istifadə torpağın humus qatını azaldır. Meşəqırma. Meşələrin ot örtüyü, pöhrəliyi, torpağın üst humus qatı zədələnir və məhv olur. Xüsusilə kəsilmiş ağıcların daşınması üçün müvəqqəti yol salınması məqsədilə traktorla sürülmə torpağa daha böyük ziyan vurur.

  • Ağac köklərinin qazılıb çıxarılması. Bu zaman ağac kökləri ilə yanaşı böyük miqdarda humus qatı da çıxarılır.

  • Meşə yanğınları. Yanğın zamanı ağaclarla yanaşı pöhrəlik və otlar da yanır, meşə torpağı deqradasiyaya uğrayır.

  • Qurudulmuş torfluqların yanması. Otlaq və əkin sahələrində torpağın üzvü qatı tamamilə yanır.

  • Müxtəlif maşın və aqreqatlar ilə yamaclarda torpağın başqa yerə daşınması

  • Torpağın həddən artıq suvarılması və bataqlıqlaşma.

Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları və bir çox mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, molibden) də azalır.Torpaq eroziyasından yalnız kənd təsərrüfatı ziyan çəkmir. Tarlalardan yuyulan torpaq nohurlarda, göllərdə, su anbarlarında, çaylarda toplanaraq onları dayazlaşdırır və ya tamamilə lilləndirir.

Yüklə 42,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin