Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Xəstəxana binasından çıxanda Nüvariş Qarabağlının beyninə yeləşən birinci bu oldu ki, gedib Parapet bağının yanındakı fontanlı hovuza baxsın



Yüklə 192,11 Kb.
səhifə18/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   14   15   16   17   18   19   20   21   ...   71
Xəstəxana binasından çıxanda Nüvariş Qarabağlının beyninə yeləşən birinci bu oldu ki, gedib Parapet bağının yanındakı fontanlı hovuza baxsın.

Görsün, o qoca erməninin ölüsünü o hovuzdan çıxarıblar, yoxsa o ölü o soyuq suyun içində hələ də qalır?

O ölünün o suda qalıb-qalmamağının onu nəyə görə maraqlandırdığını, söz yox ki, Nüvariş Qarabağlının heç özü də bilmirdi. Ancaq o suyun soyuqluğunu artist sanki öz canında hiss eləyirdi. Və nə qədər qəribə olsa da, artistə elə gəlird ki, əgər o qoca erməninin meyidi bu gecəni o soyuq suda qalsa, bu dünyanın onsuz da pozulmuş nizamı bu hesaba bir az da artıq dərəcədə pozula bilər.

O hovuza yaxın düşməyə Nüvariş Qarabağlının cəsarəti çatmadı. Hələ gedib, Parapet bağına yetişməmiş bir qəribə köməksizlik və çarəsizlik, bir qara zülmət kimi, onun içinə doldu.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin