Əl-maiDƏ (SÜFRƏ)


ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ



Yüklə 2,51 Mb.
səhifə132/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   128   129   130   131   132   133   134   135   ...   317
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ
(7.33) “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.
Bu ayədə Allah bütün səmavi şəriətlərdə haram edilmiş günahkar əməlləri etməyin haram olunduğunu bildirir. O, çirkin əməllərə qurşanmağı (buraya nifrət doğuran ağır günahlar – zina­karlıq, homoseksuallıq və başqa bənzər günahlar aiddir) qadağan etmiş­dir. Çirkin əməllər sırasına açıq-aydın bədən hərəkətləri ilə törədilən əməllər və qəlbdə törədilən gizli əməllər daxildir. Sonunculara təkəbbürlülüyü, özündənrazı qalmanı, şöhrətpərəst­liyi, münafiqliyi və digər belə günahları aid etmək olar.

Bundan başqa, Allah, insanın Onun qarşısında yerinə yetirməli olduğu vəzifələrinə laqeyd yanaşmaqla bağlı olan günahlara yol verməsini və beləliklə özünü cəzaya məhkum etməsini qadağan etmişdir. O, insanların həyatına, əmlakına və namusuna qəsd etməyi də haram etmişdir. Bir sözlə, insanlara Allah qarşısında və Onun qulları qarşı­sında öz öhdəliklərini pozmaq bütün hallarda haram edilmişdir.

İnsanlara barəsində Allahın heç bir dəlil nazil etmədiyi çoxallahlığa etiqad etmək qadağan olunmuşdu. Əksinə, nazil edilmiş ayələr təkcə Ona ibadət etməyin zəruriliyini təsdiq edirdi. Bu ayədə Allaha şərik qoşma dedikdə Onunla bərabər yaradılmışlara sitayiş etmək nəzərdə tutulur. Yəqin ki, bu həm də nümayişkərana ibadətə, Allahdan savayı başqasının adı ilə and içməyə və kiçik şirkin digər təzahürlərinə də aiddir.

İnsanlara həmçinin məlumatları olmadığı halda Allahın adları, sifətləri, əməlləri və hökmləri haqqında danışmaq qadağan olunmuşdu. Bütün hallarda bunu etmək qəti surətdə qadağan edilmişdi, çünki belə cinayətlər həm insana və həm də cəmiyyətə ziyan vurur. Onları etdikdə insan zalımlıq girdabına düşür, Allah qarşısında öz vəzifəsini kobudcasına pozur, məxluqların haqqına qəsd edir və Onun dinini təhrifə uğradır.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin