Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ



Yüklə 2,51 Mb.
səhifə135/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   131   132   133   134   135   136   137   138   ...   317
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(7.38) “(Allah Qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dinda­şına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplan­dığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat Cəhənnəm əzabı ver! (Allah) buyura­caq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”
Mələklər kafirlərə deyəcəklər: “Sizdən əvvəl yaşamış cin və insanlarla birlikdə Cəhənnəmə girin! Siz eyni əməlləri etmişsiniz, kafirliyə etiqad etmiş və təkəbbürlü olmuşsunuz və buna görə də sizin hamınız Cəhənnəmdə rüsvay olmağa, məhvə və əbədi cəzaya layiqsiniz”.

Hər dəfə bir xalq Cəhənnəmə düşəndə, o, ona qohum olan xalqı lənətləyəcək. Fövqəluca Allah buyurur: “(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etmə­yiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəb­bətə) görədir. Sonra da Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz Cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!” (Ənkəbut, 29/25).

Nəhayət, hamısı bir-birinin ardınca Cəhənnəmə girib orada toplanacaqlar. Onların arasında ilk və sonrakı nəsillərin nümayən­dələri, rəhbərləri və onların müti ardıcılları olacaqdır. O zaman öz rəhbərlərinin ardınca itaətkarlıqla gedən günahkarlar onları azğın­lığa aparanlardan Allaha belə şikayət edəcəklər: “Ey Rəbbimiz! Bizi yoldan çıxaran onların, öz çirkin cinayətlərini bizim gözümüz qarşısında bər-bəzəkli göstərmələri oldu. Onların Cəhənnəm əza­bını ikiqat artır!” Allah isə belə buyuracaq: “Hər biriniz öz qismə­tinə düşən cəzanı alacaqdır!”

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin