Aynurə paşayeva



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix16.02.2017
ölçüsü2,86 Kb.
#9067
  1   2   3   4

 
AYNURƏ  PAŞAYEVA 
 
 
 
 
 
 
MƏNİ NƏ VƏDƏ ŞUŞAYA 
YETİRƏRSƏN? 
(Əbdürrəhim bəy Haqverdiyevin  
«Xortdanın cəhənnəm məktubları» 
povesti haqqında) 
 
 
 
 
 
 
BAKI  – 2012 
 
 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

 
Elmi redaktoru:  Təhsin Mütəllimov  
 filologiya üzrə elmlər doktoru, professor 
 
Rəyçi:                Mətanət Həsənova  
 
filologiya üzrə fəlsəfə doktoru, dosent    
 
Aynurə  Paşayeva.    Məni  nə  vədə  Şuşaya  yetirərsən? 
(Əbdürrəhim  bəy  Haqverdiyevin  «Xortdanın  cəhənnəm 
məktubları» povesti haqqında). Bakı, Elm və təhsil, 2012, 
146 s. 
İSBN  – 978-9952-8176-1-4  
 
Elmi ictimaiyyətin diqqətinə təqdim edilən bu monoqrafi-
ya müəllifin magistr dissertasiyasının əsasında yazılmışdır.  
Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundov ədə-
bi  məktəbini  davam  və  inkişaf  etdirən,  yeni  realist  Azər-
baycan  ədəbiyyatının  ən  görkəmli  simalarından  biridir.  Ya-
zıçı  «Xortdanın  cəhənnəm  məktubları»  povestində  həyatda 
görüb  müşahidə  etdiyi  mənfi  tipləri  «cəhənnəm»  adlanan 
məkanda  cəmləşdirərək  ideya  və  mövzu  baxımından  zəngin 
bir  əsər  yaratmışdır.  Kitabın  adı  -  «Məni  nə  vədə  Şuşaya 
yetirərsən?» povestin içərisindən seçilmiş sitatdır. 
P
2012
098
4603000000

N
 qrifli nəşr 
 
 © «Elm və təhsil» nəşriyyatı, 2012 

Aynurə  Paşayeva 
 
 

M Ü N D Ə R İ C A T 
   
ÖN SÖZ 
 
GİRİŞ 
 
I FƏSİL 
«XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI»  
POVESTİNDƏ İDEYA, MÖVZU,  KOMPOZİSİYA 
 
II FƏSİL 
ƏSAS SURƏTLƏRİN SƏCİYYƏSİ 
 
ΙΙΙ FƏSİL 
DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
 
NƏTİCƏ 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

 
ÖN SÖZ
 
 
 
Artıq bu il Azərbaycanın mədəniyyət mərkəzlərin-
dən biri olan Şuşa şəhərinin işğalının iyirmi ili tamam 
olur. İyirmi ildir ki, zəngin tarixi abidələri ilə məşhur 
olan,  dünya  mədəniyyətinə  böyük  simalar  bəxş  edən 
Şuşa hələ də erməni işğalçılarının tapdağı altındadır 
və hələ də Şuşanı sevənlərin, Şuşadan nigaran qalan-
ların  yolunu  gözləyir.  Əsrarəngiz  təbiəti  ilə  ürəklərə 
məlhəm  olan  Şuşa  bir  çox  Azərbaycan  ədiblərinin 
dünyaya  göz  açdığı  məkanı  olub.  Həmin  ədiblərdən 
biri də Əbdürrəhim bəy Haqverdiyevdir (1870-1933).  
Bu  böyük  diapozonlu  sənətkarın  qırx  illik  yara-
dıcılığı  olduqca  mürəkkəb  və  zəngindir.  Onun  sayə-
sində Azərbaycan hekayəsi heyrət ediləsi az bir müd-
dətdə  dünya  standartları  səviyyəsinə  çatdı  və  bəşər 
mədəniyyətini  layiqli  sənət  inciləri  ilə  zənginləşdirdi. 
Ə.  Haqverdiyev  öz  əsərlərində  layla  nəfəsli  folkloru-
muzun  zəngin  təcrübəsi  ilə  yanaşı,  Bakkaçio,  Flober, 
Mopasan, Qoqol və Çexov ənənələrini də yaşatmaqda 
idi.  Onun  yaradıcılığı  Azərbaycan  ədəbiyyatı  tarixin-
də  həm  ideya  cəhətdən,  həm  də  sənətkarlıq  baxımın-
dan silinməz izlər buraxmışdır. 
Müəllifdən 

Aynurə  Paşayeva 
 
 

 
GİRİŞ 
 
Mövzunun aktuallığı:  XIX  əsrin sonu XX  əsrin 
əvvəlləri  Azərbaycanda  ictimai  vəziyyət  o  dərəcədə 
idi ki, xalqın maariflənməsinə daha böyük ehtiyac var 
idi. Çünki həmin dövrdə Qərbdə feodal-patriarxal mü-
nasibətlər  süqut  etdiyi  halda,  Azərbaycanda  bu  cür 
münasibətlər  hələ  də  qalmaqda  idi.  Oxuyub-yazmağı 
bacarmayan  avam  insanlar  içərisindən  çıxan  bəzi  də-
ləduz, ayıq şəxslər həmin insanların bu vəziyyətindən 
istifadə  edib,  min  bir  fırıldaqla  varlanmaq  ehtirasına 
tutulurdular.  Ə.  Haqverdiyev  dövrün  bir  ziyalı  yazı-
çısı  kimi  həmin  fırıldaqçıları,  dələduzları  uyğun  bir 
məkana – cəhənnəmə toplayaraq «mənfi tiplər cəmiy-
yəti»ni  yaratdı  və  açıq-aşkarcasına  onları  ifşa  etməyə 
başladı.  «Xortdanın  cəhənnəm  məktubları»  həmin 
dövrün  mənfi  tiplərini  yaxından  görüb  tanımaq  üçün 
çox böyük əhəmiyyətə malik bir povestdir.  
«Xortdanın cəhənnəm məktubları» povesti  ayrıca 
tədqiqata  cəlb  olunmasa  da,  aparılmış  tədqiqatlarda 
yazıçının  nəsr  yaradıcılığının  daxilində  əsərə  fikir  və 
münasibətlər  bildirilmişdir.  Prof.  Əziz  Şərif  ilk  dəfə 
Haqverdiyev yaradıcılığı haqqında elmi-tənqidi məqa-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

lələrlə  çıxış  etmiş,  1940-cı  ildə  «Ə.  Haqverdiyevin 
dramaturgiyası»  adlı  tədqiqatını  yazmışdır.  Lakin 
Əziz  Şərifin  tədqiqatlarında  dövrün  ideoloji  təsiri  də 
açıqca  duyulmaqdadır.  40-cı  illərdən  sonra  Mikayıl 
Rəfili, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər Cə-
fərov, Əziz Mirəhmədov müxtəlif qəzet və jurnallarda 
Haqverdiyev  yaradıcılığı  ilə  bağlı  məqalələr  nəşr  et-
dirmişdilər.  Ə.  Haqverdiyev  yaradıcılığı  haqqında  ilk 
dəfə  monoqrafiya  çap  etdirən  K.  Məmmədov  «Xort-
danın  cəhənnəm  məktubları»  povesti  barədə  də  bəhs 
etmişdi. X. Ağalarova «A.N. Çexov və Ə. Haqverdi-
yevin nəsri» mövzusunda yazdığı namizədlik disserta-
siyası Çexovun, Haqverdiyevin yaradıcılığını qarşılıq-
lı  və  müqayisəli  şəkildə  araşdırmışdır.  Prof.  Təhsin 
Mütəllimov 1975-ci ildə «Ə. Haqverdiyevin sənətkar-
lığı»  mövzusunda  elmlər  doktorluğu  dissertasiyası 
yazmış  və  ilk  dəfə  olaraq  bu  tədqiqat  əsərində  Haq-
verdiyev irsinin ideoloji cəhətlərindən daha çox onun 
forma  və  məzmun  xüsusiyyətləri  bütövlükdə,  sənət-
karlıq məsələləri sistemli şəkildə tədqiqata cəlb olun-
muşdur. 1988-ci ildə çap olunmuş «Ə. Haqverdiyevin 
poetikası» adlı monoqrafiyası isə üzərindən neçə illər 
keçsə  də,  Haqverdiyevin  yaradıcılığının,  «Xortdanın 
cəhənnəm  məktubları» povestinin nəzəri-poetik prob-

Aynurə  Paşayeva 
 
 

lemlərini  öyrənmək  baxımından  dəyərli  bir  tədqiqat 
əsəridir.  70-ci  illərdən  bəri  A.  Məmmədov,  N.  Xəli-
lov,  L.  Rəşidzadə  Haqverdiyevin  yaradıcılığı  ilə  ya-
xından  maraqlanmış,  bu  mövzunu  tədqiqata  cəlb  et-
mişlər.  90-cı  illərdə  fil.f.d.  Güldəniz  Qocayevanın  
«Ə.  Haqverdiyevin  bədii  nəsri»  mövzusunda  yazdığı 
namizədlik  dissertasiyası,  2002-ci  ildə  çap  etdirdiyi 
«Nagah  xəyalıma  cəhənnəm  düşdü»  monoqrafiyasın-
da  Haqverdiyevin  bədii  irsi,  eləcə  də  «Xortdanın  cə-
hənnəm məktubları» povestinin ideya-bədii qaynaqla-
rı,  nəsrinin  təkamül  yolları,  bədii  detaldan  istifadə 
üsulları,  təsnifatı  məsələləri  əsasında  tədqiqata  cəlb 
olunur,  xarici  ölkə  xalqları  mifologiyası  ilə  müqayi-
sələr aparılmışdır. M. Məmmədovun «Ə. Haqverdiye-
vin  həyat 
və 
yaradıcılığı» 
kitabında  (2008),               
dos.  P.  İsayevanın  «AMEA-nın  məruzələri»ndə  çap 
olunan  ««Xortdanın  cəhənnəm  məktubları»  əsərinin 
mifopoetik strukturundan o biri dünyaya səyahət mo-
tivi»  məqaləsində  (2009)  Ə.  Haqverdiyevin  «Xortda-
nın  cəhənnəm  məktubları»  povestindən  bəhs  olun-
muşdur. 
Göründüyü kimi, bütün dövrlərdə Ə. Haqverdiyev 
yaradıcılığı haqqında tədqiqatlar aparılsa da, «Xortda-
nın  cəhənnəm  məktubları»  povesti  ayrıca  tədqiqata 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

cəlb olunmamışdı. Bu da mövzunun bu gün aktual ol-
duğunu göstərir. 
Tədqiqatın məqsəd və vəzifələri: «Xortdanın cə-
hənnəm məktubları»nı tədqiqata cəlb edilən zaman bir 
sıra məsələlərə aydınlıq gətirilmişdir. Tədqiqatda aşa-
ğıdakı vəzifələr yerinə yetirilmişdir: 
1.
 
Əsərin mövzu, süjet və kompozisiyasının özəl-
liklərini əks etdirmək. 
2.
 
Əsərin  mövzusunun  ictimai-siyasi  dövrlə  əla-
qəsini aydınlaşdırmaq. 
3.
 
Cəhənnəm  mövzusunun  qaynaqları  haqqında 
məlumat vermək. İslami dəyərlərdən gələn cəhənnəm 
mövzusu ilə «mənfi tiplər» cəmiyyəti olan cəhənnəm 
arasındakı  oxşar  və  fərqli  xüsusiyyətləri  sübuta  yetir-
mək. 
4.
 
Mənfi tiplər cəmiyyətinin surətlərinin ayrı-ayrı 
səciyyəvi xüsusiyyətlərini verərək tam dolğunluğu ilə 
əhatəli planda aydınlaşdırmaq. 
5.
 
Əsərin tənqidi pafosunu, estetik dəyərini və sə-
ciyyəsini müəyyənləşdirmək. 
6.
 
Sənətkarlıq,  dil  və  üslub  xüsusiyyətlərini  araş-
dırmaq. 
7.
 
Müəllifin  bəhrələndiyi  folklor  nümunələrini 
üzə çıxarmaq. 

Aynurə  Paşayeva 
 
 
10 
Tədqiqatın  predmeti  və  obyekti:  Tədqiqata  bir 
sıra mənbələr cəlb olunmuşdur. Ədibin şəxsi arxivin-
dən  tapılmış  materiallar,  onun  barəsində  yazılan  mo-
noqrafiyalar,  müxtəlif  jurnallarda  və  qəzetlərdə  çap 
olunan məqalələr, yazıçının şəxsi məqalələri, müxtəlif 
illərdə  çap  olunmuş  və  hər  nəşrində  də  üzərində  mü-
əyyən  düzəlişlər  edilmiş  «Xortdanın  cəhənnəm  mək-
tubları» əsəri, müxtəlif ensiklopediyalardan, nəzəri ki-
tablardan istifadə olunmuşdur. 
Tədqiqatın  elmi  yeniliyi:  «Xortdanın  cəhənnəm 
məktubları»  povesti  Haqverdiyevin  nəsr  yaradıcılı-
ğının içərisində tədqiq olunsa da, ayrıca tədqiqata cəlb 
olunmamışdır.  Əsər  məna  baxımından  o  qədər  dərin 
və  çoxşaxəlidir  ki,  zənnimizcə,  deyilməmiş  fikirlər 
hələ  də,  qalmaqdadır.  Ə.  Haqverdiyevin  «Xortdanın 
cəhənnəm  məktubları»  adlı  tədqiqatda  daha  yeni  ak-
tual  problemlərdən  bəhs  olunmuşdur.  Müəllif  tarixin 
müəyyən  dövründə  zamanın ideologiyasının  təsiri ilə 
təhrif  olunan  bəzi  məqamları  aydınlatmağa  çalışmış-
dır.  Belə  ki,  yazıçının  şəxsi  arxivindən  tapılan  mate-
riallara istinad edərək islami dəyərləri qoruyub saxla-
yan  bəzi  motivlər  ilk  dəfə  olaraq  burada  tədqiq  olun-
muşdur. Surətləri, xarakterləri səciyyələndirərkən  əv-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
11 
vəlki  mənbələri  sistemləşdirib,  yeni  fikirləri  də  içəri-
sində bildirilmişdir. 
Tədqiqatın  təcrübi  əhəmiyyəti:  Tədqiqatın  ma-
teriallarından  tədris  müəssisələri,  tədqiqatçılar  bəhrə-
lənə bilərlər. 
İşin aprobasiyası: Ə. Haqverdiyevin «Xortdanın 
cəhənnəm  məktubları» povestinə həsr olunmuş tədqi-
qat  işi  BDU-nun  Klassik  Azərbaycan  ədəbiyyatı  ka-
fedrasında  yerinə  yetirilmişdir.  Dissertasiyanın  əsas 
müddəaları  Cəfər  Xəndan  Hacıyevin  anadan  olması-
nın  100  illik  yubileyinə  həsr  olunmuş  elmi-nəzəri 
konfransında  «Ə.  Haqverdiyevin  «Xortdanın  cəhən-
nəm  məktubları»  povestində  ideya,  mövzu,  kompozi-
siya»  (20-21  may,  2010-cu  il),  AMEA  Nizami  Gən-
cəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin 70 
illiyinə həsr edilən «Azərbaycan xalqının milli özünü-
təsdiqində  ədəbiyyat  və  mədəniyyətin  yeri»  mövzu-
sunda  beynəlxalq  konfransında  «Ə.  Haqverdiyevin 
«Xortdanın  cəhənnəm  məktubları»  povestindəki  bəzi 
surətlərin  səciyyəsi»  (29-30  noyabr,  2010-cu  il), 
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin 
bərpasının  20-ci  ildönümünə  həsr  olunmuş  «Azər-
baycan filologiyasının aktual problemləri» mövzusun-
da  elmi-nəzəri  konfransında  «Ə.  Haqverdiyevin 

Aynurə  Paşayeva 
 
 
12 
«Xortdanın  cəhənnəm  məktubları»  povestində  dil  və 
üslub xüsusiyyətləri» (18-19 may, 2011-ci il), AMEA 
Azərbaycan  Gənc  alim,  aspirant  və  magistrlər  cə-
miyyətinin Azərbaycan Respublikasının dövlət müstə-
qilliyinin  20-ci  ildönümünə  həsr  olunmuş  «Gənc 
alimlərin I Elm Festivalı»  mövzusunda elmi  konfran-
sında «Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm mək-
tubları» povestində  mifik-dini  motivlər və  atributlar» 
(13-15  iyul,  2011-ci  il),  Abbas  Zamanovun  100  illik 
yubileyinə  həsr  olunmuş  «Müasir  Azərbaycan  filolo-
giyası:  axtarışlar,  problemlər,  perspektivlər»  mövzu-
sunda  Respublika  elmi  konfransında  «Əbdürrəhim 
bəy  Haqverdiyevin  «Xortdanın  cəhənnəm  məktubla-
rı» povesti və folklor» (18-19 may, 2011-ci il) məqa-
lələrində öz əksini tapmışdır. 
İşin  strukturu  və  həcmi:  Tədqiqat  işin  ümumi 
xarakteristikasından,  üç  fəsil,  nəticə  və  istifadə  edil-
miş ədəbiyyat siyahısından ibarətdir.  
İşin məzmunu: Girişdə mövzunun aktuallığı, təd-
qiqatın məqsəd və vəzifələri, predmeti və obyekti, el-
mi  yeniliyi,  təcrübi  əhəmiyyəti,  aprobasiyası,  struk-
turu və həcmi haqqında məlumat verilir. 
I fəsil ««Xortdanın cəhənnəm məktubları» poves-
tində  ideya,  mövzu,  kompozisiya»  adlanır.  Povestin 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
13 
ideya, süjet, kompozisiyası haqqında həm nəzəri, həm 
də həmin nəzəri məlumata uyğun nümunələr göstəril-
mişdir. 
II  fəsil  «Əsas  surətlərin  səciyyəsi»  adlanır.  Bura-
da  bütün  müsbət  obrazlardan  başlamış  mənfi  obraz-
lara  kimi  (epizodik  surətlər  də  daxil  olmaqla)  hamısı 
ayrı-ayrılıqda təhlilə cəlb olunmuşdur.  
III fəsil «Dil və üslub xüsusiyyətləri» adlanır. Bu 
fəsildə Ə. Haqverdiyevin dilimizin üslub zənginliklə-
rindən  istifadəsi,  bədii  gülüşün,  təsvir  və  ifadə  vasi-
tələrindən çox böyük ustalıqla bəhrələnməsindən bəhs 
edilir. Ə. Haqverdiyevin bir yazıçı kimi povestdə nü-
mayiş  etdirdiyi  yüksək  sənətkarlıq  məharəti  verilən 
nümunələr  əsasında  öz  həllini  tapır.  Onun  yaradıcılı-
ğının qaynaqları təkcə Azərbaycan ədəbiyyatı, folklo-
ru,  mifologiyası  ilə  məhdudlaşmır,  o  həm  də,  dünya 
folklor və mifologiyasına da yaxından bələd olan çox 
mahir sənətkardır. 
 
 
 
 
 
 

Aynurə  Paşayeva 
 
 
14 
 
Ι FƏSİL 
«XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI» 
POVESTİNDƏ 
İDEYA, MÖVZU, KOMPOZİSİYA 
 
Əbdürrəhim  bəy  Haqverdiyevin  «Xortdanın  cə-
hənnəm  məktubları»  povesti  zəngin  və  mürəkkəb 
kompozisiya  quruluşuna  malik  olan,  məzmun,  forma 
baxımından yazıçının digər nəsr nümunələrindən fərq-
lənən bir əsərdir. 
«Bədii  əsərlərin  forması  ilə  məzmunu  arasında 
müəyyən əlaqə, uyğunluq olmalıdır. Əlbəttə, məzmun 
birinci,  forma  ikincidir.  Bununla  belə  məzmunun  ifa-
dəsində  formanın  rolu  böyükdür.  Məzmun  dedikdə, 
bədii əsərdə sənətkarın nə demək istəməsi, forma de-
dikdə isə necə deməsi başa düşülür. Məzmun anlayışı-
na  əsərin  ideyası,  mövzusu  və  ümumi  məzmunu  aid-
dir. İdeya sənətkarın oxucuya demək istədiyi fikirdir, 
idrakı-tərbiyəvi konsepsiyadır, intibaha, ictimai-tərəq-
qiyə,  əqli-mənəvi  təkamülə  çağırış  vasitəsidir,  müba-
rizə silahıdır. Bədii əsərin dəyəri, siqləti və milli-bəşə-
ri  əhəmiyyəti  də  ilk  növbədə  onların  ifadə  etdiyi  ide-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
15 
yanın  həyatiliyi  və  orijinallığı  ilə  bağlıdır»  (19,           
s. 192-193). 
«Xortdanın  cəhənnəm  məktubları»  ideya  baxı-
mından çox zəngindir. Bu povestdə əsas ideya xalqın 
tərəqqisinə  mane  olan  ictimai  təbəqələrin,  habelə  o 
dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid 
etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siya-
si-ictimai mətləblərə də toxunmuşdur. 
Yazıçı  cəhənnəmi  tənqid  etmək  istədiyi  surətlər 
üçün bir məkan seçmişdir. Cəhalət, dərəbəyilik, hərc-
mərclik,  haqsızlıq  burulğanında  boğulan  feodal  patri-
arxal mühit ilə cəhənnəm bir növ müqayisə olunmuş-
dur. Dünya ədəbiyyatının qabaqcıl təcrübəsi və «Mol-
la  Nəsrəddin»  ədəbi  məktəbi  Ə.  Haqverdiyevə  öz 
dövrünün ictimai haqsızlıqlarını açıb göstərmək, ümu-
mi  sosial-mədəni  geriliyi  tənqid  və  ifşa  etmək,  işıqlı 
oyanış  ideyalarını  təbliğ  eləmək  üçün  yaxşı  düşünül-
müş,  orijinal,  maraqlı  ədəbi-bədii  forma  vermişdir. 
Cəhənnəmdəki  Veyl  quyusuna  düşən  xainlər,  Dəstu-
rov  kimi  mənfəətpərəst  dövlət  məmurları,  Vinokurov 
kimi  naçalniklər,  habelə  yüzbaşılar,  qorodovoylar, 
hətta Türkiyə sultanı Əbdülhəmid belə, bir növ sözgə-
lişi  olaraq  kəskin  satiranın  hədəfinə  çevrilərək  eyni 
məkana yerləşdirilib.  

Aynurə  Paşayeva 
 
 
16 
Yazıçının  əsas  məqsədi  uydurma,  xəyali  cəhən-
nəmi,  dini  kitablarda  geniş  şəkildə  təsvir  olunan  din 
ərkanından çıxmış günahkarlar məskənini, oradakı ağ-
lasığmaz, dəhşətli cəza üsullarını göstərmək deyil, ək-
sinə,  bundan  bir  satirik  ədəbi  vasitə  kimi  istifadə  et-
məkdir. Bütün süjet boyu hadisələr dini kitabların cə-
hənnəmdə  təsvir  etdiyi  dəhşətli  mənzərələr,  ağır  cəza 
üsulları, günahkarlara tutulan min cür divan, real  var-
lığı çarizmin, əksinqilabın, irticanın, şahlıq və sultan-
lığın,  bəylik  və  ruhaniliyin,  din  və  dövlət  xadimləri-
nin,  haqsızlıq  və  bərabərsizliyinin  tutuşdurulması, 
qarşılıqlı müqayisəsi fonunda verilir. 
Əsərdə  verilən  cəhənnəmdəki  əzablar,  günahkar-
lara  verilən  işgəncələr  –  qıl  körpüsündən  yıxılmaq, 
Veyl quyusuna, qır qazanına düşmək, odlu süpürgə ilə 
döyülmək,  boğazına  qurğuşun  əridib  tökmək,  zəhər 
içirmək,  zəqqum  ağacının  meyvəsindən  yedirtmək, 
yerdən  qızardılmış  pul  yığdırmaq,  odabaşılıq,  süpür-
gəçilik, boğazından asmaq, təpəsi üstdə quyuya atmaq 
və  s.  real  «cəhənnəmin»  –  feodal  həyatı  və  mühitin 
günahsız  insanlarına,  əlsiz-ayaqsızlara,  yetim-yesirə, 
məzlum  qızlara-qadınlara,  alın  tərini  torpağa  axıdan-
lara, canını qoyan inqilabçılara, həqiqətin gözünə dik 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
17 
baxanlara  edilən  zülmün,  sitəmin,  haqsızlığın  cavabı 
idi. 
Ədibin  oxucuya  təlqin  etmək  istədiyi  fikrə  görə, 
Hacı  Mirzə  Əhməd  ağa,  Dəsturov,  Hacı  Molla  Baba 
kimi cinayətkarlar, xainlər, satqınlar, günahkar bəndə-
lər  dini  kitabda  qeyd  olunan  «cəhənnəm»,  «qiyamət 
günü»,  «haqq  divanı»,  «qıl  körpüsü»  və  «qır  qaza-
nı»na  da  görə  layiq  olduğu  cəzalara  çatacaqlar.  Bu 
cəzalara  inansaq,  dövləti,  vətəni,  milləti  quru  ad  və 
şöhrətə,  «bir  yaranallığa»,  «nəfsi-əmmarəyə»  qurban 
verən  şahların,  xan  və  bəylərin,  vəkillərin,  rəiyyəti 
cücə kimi şişə çəkən, xalqı soğan kimi soyan ağaların 
və  hakimlərin,  ölkəni  viran  qoyan,  azadlıq  uğrunda 
vuruşanlara  divan  tutan  çarların,  despot  şahların  və 
sultanların,  millətləri,  insanları  bir-birinə  vurduran, 
dünyaya  düşmənçilik  toxumu  səpən  şeytanmisal 
adamlar  öz  cəzalarını  alacaqlar.  Təsadüfi  deyil  ki, 
ədib  Qafqaz  və  İran  müsəlmanların  səcdəgahı,  çoxlu 
dini kitabların, mərsiyə toplularının ümumiləşmiş tipi 
olan  Fazili-Dərbəndin  qıl  körpüsündən  salaraq  bütün 
fırıldaqçı  ruhani  üləmasının  ümumi  mənfi  tipi  kimi 
təsvir və tənqid edir. 
«Xortdanın  cəhənnəm  məktubları»  1906-cı  ildə 
Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il-

Aynurə  Paşayeva 
 
 
18 
də  «Odabaşının  hekayəsi»  ona  əlavə  olunaraq  ayrıca 
kitab  halında  çap  olunmuşdur.  Odabaşının  hekayəsi 
hissəsi  ideya  baxımından  əsəri  tamamlaması  poetik 
baxımdan da özünü doğruldur. Bu hekayənin də əsas 
ideyası bir-birinə  qovuşa bilməyən iki günahsız gənc 
sevgililərə mane olan hacıların, tacirlərin ikiüzlülüyü-
nün tənqididir.  
Məlumdur  ki,  hər  bir  bədii  əsərin  müəyyən  möv-
zusu olur. «Buna görə də sənətkar qələmə almaq istə-
diyi  mövzu  üzərində  öz  məqsədinə,  ictimai-estetik  
məramına uyğun təsnifat aparır, onu qruplaşdırır, sis-
temə salır, əsas aparıcı xəttinə köməkçi motivləri mü-
əyyənləşdirir, ona lazım olan vacib xüsusiyyətləri se-
çib  ön  plana  çəkir.  Yazıçı  yaradıcılıq  prosesində  ta-
rixi, müasir, simvolik və ya fantastik mövzulara müra-
ciət  edə  bilər.  Ancaq  bütün  məqamlarda  o  dövrünün 
ictimai-estetik tələblərindən çıxış etməli, qələmə aldı-
ğı  mövzuya  müasir  məzmun  verməyi  bacarmalıdır. 
Daha doğrusu, «yazıçı ötəri, keçici hadisə və keyfiy-
yətləri  deyil,  cəmiyyət  həyatında  mühüm  əhəmiyyəti 
olan məsələləri ümumiləşdirməlidir» (19, s. 190-191). 
«Xortdanın  cəhənnəm  məktubları»nda  Haqverdi-
yev  bir  çox  mövzulara  toxunduğuna  görə  süjet  və 
kompozisiya baxımından çoxşaxəli və orijinaldır. Po-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
19 
vestdə  bu  dünyada  yaşayan  mənfi  tiplərlə  o  biri  dün-
yada yaşayan  mənfi tiplər arasında o qədər də böyük 
fərq  göstərilmir.  Sadəcə  o  biri  dünya,  yəni  cəhənnəm 
real  dünyadakı  mənfi  tip  insanların  sonuncu  aqibət 
məkanıdır.  Xortdan  Tiflisdən  Şuşaya  gəlincə  yetim-
lərin malını yeyən Musa bəy kimi bəylərə, Mirzə Sət-
tar kimi gedib «dərs gətirən» müəllimlərə, hiyleyi-şə-
riyyə ilə məşğul olan axundlara, Məşədi Seyfulla kimi 
fırıldaq yolu ilə xalqı soyanlara, təziyadarlara rast gə-
lir. Ancaq onlar törətdikləri əməllərə görə o biri dün-
yada  heç  də  peşman  deyil,  əksinə,  yeri  gələndə  özlə-
rinə haqq qazandırmağa da çalışırlar. 
Haqverdiyev hekayələrində həqiqətin aşkarlanma-
sına  xidmət  edən,  həyati  hadisələri  cəsarətlə  qələmə 
alan,  özünün  və  xalqının  nöqsanlarına  ayıq  baxan, 
tənqiddən qorxmayan yazıçılardan biridir. Çünki yazı-
çının da əsas ədəbi üslubu tənqidi realizmdir.  
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  maarifçi 
ziyalı yazıçıların əsərlərində səyahətnamə motivi apa-
rıcı idi.  «Səyahətnamə  –  epik janrda  yaradılıb müəy-
yən səyahəti əks etdirən bədii əsər: elmi-kütləvi, elmi-
fantastik, macəralı, sənədli növləri var. Səyahətnamə-
də  müəllif  öz  müşahidə,  fikir,  hiss  və  həyəcanlarını 
gəzdiyi bir  və ya bir neçə ölkənin (şəhərin) həyatı, şa-

Aynurə  Paşayeva 
 
 
20 
hidi  olduğu  hadisələr,  gördüyü  adamlar,  təbiət  mən-
zərəsi və s. fonunda ifadə edir» (65, s. 192). Marağalı 
Zeynalabdinin farsca yazdığı «İbrahim bəyin səyahət-
naməsi» romanı, XIX əsrin sonu XX əsrin əvvəllərin-
də  yaşamış krım-tatar  ədəbiyyatının görkəmli maarif-
çisi,  türk  millətinin  müəllimi  İsmayıl  Qaspiralının 
(Yusif Akçura) «Firəngistan məktubları», «Darrürahat 
müsəlmanları»,  «Sudan  məktubları»,  «Qadınlar  ölkə-
si»  və  s.  səyahətnamə  mövzusunda  yazılmış  əsərlərə 
misal  ola  bilər.  Ə.  Haqverdiyevin  yaradıcılığı  da  bu 
təsirdən kənarda qalmadı. Belə ki, «Xortdanın cəhən-
nəm məktubları»nda Xortdanın ölüb, o biri dünyaya – 
cəhənnəmə  düşməsi  səyahətnamə  motivlərindən  qay-
naqlandığına əyani sübutdur. 
«Xortdanın  cəhənnəm  məktubları»  povestinin 
mövzusu yazıçının özünün dediyi kimi, «mənfi tiplər 
cəmiyyəti»  ilə  əlaqədardır.  Povestdə  həm  bu  dünya-
nın,  həm  də  cəhənnəmin  təsvirində  üç  əsas  mövzu 
diqqəti  cəlb  edir.  Bunlardan  birincisi,  fırıldaqçı  din 
xadimlərinin  ifşasıdır.  Bu  mövzu  müqəddimə  hissə-
sindən başlayaraq bütün əsər boyu davam edir. Lakin 
ardıcıl  bir  xətlə  inkişaf  etdirilmir,  əsərdəki  başqa 
mövzularla  növbələnir  və  ya  müxtəlif  problem,  mət-
ləblərlə əlaqələndirilir.  

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
21 
İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası 
məsələsidir. Ədib burjua-mülkədar cəmiyyətinin geniş 
təhlilini  və  tənqidini  vermir.  «Bu  mövzu  ayrı-ayrı 
dövlət nümayəndələrinin satirik portretlərində və söz-
gəlişi toxunulan bəzi siyasi-ictimai mətləblərdə, hadi-
sələrdə bədii həllini tapmışdır. Ədib bu mövzunu, əsa-
sən, iki istiqamətdə inkişaf etdirir:  
1)  Yerli  hakim  təbəqələrin  –  xan,  bəy  və  dövlət 
məmurlarının satirik portretlərində;  
2)  Çarizm  nümayəndələrinin  fəaliyyətində»  (69,           
s. 114). 
«Xortdanın  cəhənnəm  məktubları»ndakı  tənqidi 
mətləblərdən biri də çarizmin müstəmləkəçilik siyasə-
tinin kəskin ifşasıdır. Əsər boyu müxtəlif ictimai-siya-
si məsələlərlə əlaqədar olaraq ədib cəmiyyətdəki əda-
lətsizliyin,  rəzalətin  əsas  dayağı  kimi  çarizmin  fitnə-
kar siyasətini, habelə onun Azərbaycandakı nümayən-
dələrini kəskin ifşa edir.  
Ədib  zəmanəsində  hələ  də  mövcud  olan  nöqsan-
larından,  xüsusən  əhli-iman  yiyələrinin  xəyanətindən 
də danışır. O, bu mövzuya toxunmaqla o zamankı cə-
miyyətdəki  cəhalət  təzahürlərini  kinayəli  bir  gülüşlə 
tənqid  etmişdir.  Ancaq  bu  tənqidi  gülüşün  arxasında 
mühüm ictimai problemlər də dayanır.  

Aynurə  Paşayeva 
 
 
22 
«Xortdanın  cəhənnəm  məktubları»  povestinin 
kompozisiyası  mürəkkəb  və  orijinaldır.  Povestdəki 
hadisələr  məkanına  görə  iki  yerə  bölünür.  Bu  dünya 
və  o  dünya-cəhənnəm.  Bu  dünya  Tiflisə  qədər  cərə-
yan edən hadisələri təşkil edir. O dünya Tiflisdə olar-
kən  Xortdanın  dərmanı  içib  cəhənnəmə  düşməyindən 
başlayır.  Cəhənnəm  göstərilən  hissə  böyük  kinayə-
lərlə  mənfi  tip  insanların  cəzalarına  çatması  səhnəsi-
dir. Cəhənnəm povestdə əslində sadəcə olaraq bir bə-
dii  priyomdur.  Əsil  dini  kitablarda  göstərilən  cəhən-
nəmlə  müqayisə  edildikdə  Ə.  Haqverdiyevin  həmin 
əsərlərə yaxından bələd olması aydınlaşmış olur.  
Ə. Haqverdiyev dövrünün sayımlı ziyalısı kimi is-
lam  dininə  yaxından  bələd  idi.  Eyni  zamanda  arxi-
vində olan materiallar («Народные зрелище и рели-
гиозные  мистерии  в  Азербайджане»  adlı  məqalə-
sində  islam  dinin  yaranma  tarixindən,  Məhəmməd 
peyğəmbərin dini fəaliyyətindən, bir çox mənbələrdən 
gətirilmiş  faktlar  əsasında  geniş  bəhs  açır.  Burada  is-
lam  dini  haqqında  bir  çox  materiallar  və  Qurandan 
ruscaya  tərcümələr  də  vardır.)  Ə.  Haqverdiyevin  is-
lam  dininə  təkcə  bir  ziyalı  kimi  maraq  göstərməmiş-
dir. Eyni zamanda əldə etdiyi bilikləri, elmi  materialı 
çox böyük ustalıqla tədqiqata cəlb etmişdir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
23 
Ə.  Haqverdiyev  dini  heç  bir  zaman  inkar  etmə-
miş, islamı dərindən bilən bir ziyalı kimi həmişə mü-
səlmançılıq ənənəsinə sadiq qalmışdır. Çox təəssüflər 
olsun ki, Sovet dövründə təbliğ olunan «ateist» fikir-
lər  bəzi  tənqidçiləri  həvəsləndirərək  həmin  çirkin 
mövqedən Haqverdiyevin  yaradıcılığına  da  yanaşma-
ğa sövq etmişdir. Guya Haqverdiyev mövhumatı tən-
qid edərək «allah yoxdur» deməyə çalışmış, onu dan-
mışdır.  Əksinə,  Haqverdiyev  bütün  hekayələrində, 
hətta dramlarında belə dini heç bir zaman inkar etmə-
mişdir. Baxmayaraq ki, M. Məmmədov öz məqalələ-
rində  yazırdı:  «O,  din  mübəlliğlərinin  «insanın  başı 
üstündə  göyün  yeddinci  qatında  hər  şeyi  yaradan  və 
idarə edən Allah vardır kimi cəfəng müddəalarını bo-
şa  çıxararaq  qeyd  edir  ki,  göydə  heç  bir  ilahi  varlıq 
yoxdur» (56, s. 89). Haqverdiyev yaradıcılığını dərin-
dən bilən oxucuya, əlbəttə, bu çox gülünc gələ bilər.  
«Ə.  Haqverdiyev  islamın  bu  saxta  ehkamlarını 
tənqid edərək dinə inananları başa salırdı ki, cənnət və 
cəhənnəm  boş  əfsanədir,  həqiqi  və  yeganə  real  aləm 
yalnız insanı əhatə edən təbiətdir» (56, s. 89).  
Düzdür,  yazıçı  «Xortdanın  cəhənnəm  məktubla-
rı»nda,  «Vaveyla»da  hacıları,  mərsiyəxanları,  dindən 
öz mənafeləri üçün istifadə edib «hiyleyi-şəriyyə» ilə 

Aynurə  Paşayeva 
 
 
24 
məşğul olan ruhaniləri, Fazili Dərbəndiləri və s. fırıl-
daqçı din xadimlərini ifşa etmişdir. Bu fikirlə razılaş-
maq  olmaz  ki,  guya  «İslam  dini  insanları  yaradıcı 
əməkdən, azadlıq və tərəqqi uğrunda mübarizədən ya-
yındırmağa cəhd edir, onları cənnətə yetişmək arzusu 
ilə yaşayan aciz, cəsarətsiz və səfil bir vəziyyətə salır» 
(56, s. 89). 
Ə. Behbudov öz  məqaləsində  yazır: «Ə. Haqver-
diyev  dini  əfsanələrdə  şərh  edilmiş  hər  cür  uydurma-
ları rədd edərək öz kitablarında onu rəsmiləşdirib hə-
qiqət  kimi  təqdim  edənləri  öz  satira  və  istehzaları  ilə 
camaat  qarşısında  rüsvay  edirdi.  O,  materialist-ateist 
mövqedən çıxış edərək yazırdı.... 
Onun  yaradıcılığında  dini  mövhumatın  əyani  su-
rətdə  ifşa  edilməsi  xalqı  cəhalətdən  ayıldaraq  elmə, 
maarifə, tərəqqiyə doğru meyl etməsinə kömək edirdi. 
Bu  isə  öz  növbəsində  əhalidə  ateist  baxışların  yaran-
masının başlanğıcını qoyurdu» (11, s. 85; s. 91). 
Əlbəttə, sovet dövrünün materialist fəlsəfəsi bu fi-
kirlərdə açıqcasına duyulurdu. 
Haqverdiyev  cəhənnəmin  şöbələrini  «Tənbihül-
ğafilün»dən istifadə etdiyini qeyd edir. «Tənbihül-ğa-
filün»  (qəflətdə  olanları  tənbeh  etmək,  ayıltmaq)  ki-
tabı  Bəhauddin  Məhəmməd  İbn  İbrahim  Tirmizi  adlı 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
25 
müəllifin  1869-cu  ildə  (hicri  tarixi  ilə  1286-cı  ildə) 
çap  olunmuş  əsəridir.  Kitab  müqəddimə, doqquz  bab 
və  xatimədən  ibarətdir.  «Tənbihül-ğafilün»  kitabında 
cəhənnəm  7  təbəqədən  ibarət  olması  göstərilir.  Lakin 
cəhənnəm burada daha qorxunc təsəvvür olunmuşdur. 
«Tənbihül-ğafilün»  nəsr  hissəsi  farsca,  nəzm  hissəsi 
ərəbcədən ibarət olan kiçik həcmli bir əsərdir.  
«Deyilənlərə  görə,  «Tənbihül-ğafilün»  kitabının 
müxtəlif variantları olmuşdur. Bəlkə də, Haqverdiyev 
onların  hansı  birindənsə,  istifadə  etmişdir.  Bundan 
əlavə  ədibin  öz  sözlərindən  məlum  olur  ki,  o,  başqa 
dini kitablara da müraciət etmişdir» (69, s. 106).  
Amma  cəhənnəm  anlayışının  kitablarda  olan  əsl 
dini mahiyyətini aydınlaşdıraq ki, Haqverdiyevin dinə 
necə  yaxından  bələd  olduğunu  sübuta  yetirək.  Dini 
kitablarda  göstərilir  ki,  Haqq-taala  cəhənnəmi  öz  qə-
zəbindən  yaratdı.  Cəhənnəm  yeddi  qatdan  ibarətdir. 
Yeddinci  qat  yerdən  aşağı  70  illik  yoldur.  Əzabları 
bir-birindən artıqdır. Onun əhli bəd, kar, kor, lal olub 
dünyada etdikləri əməllərinə müvafiq ilan, ayı, donuz, 
meymun  və  sair  sifətlərdə  olurlar.  Cəhənnəm  əhlinin 
arasında kin, küdurət, qəzəb, ədavət, həsəd, riya son-
suzdur.  Hər  birinin  bir  cür  adı  var.  Birinci  qatın  adı 
ikidir:  Haviyyə  və  Xütamədir.  Üçüncü  qatın  adı  Sə-

Aynurə  Paşayeva 
 
 
26 
qardır.  Bu  da  zındıqların  yeridir.  Dördüncü  cəhənnə-
min adı Ləziadır. Bu cəhənnəm tərki-silahların yeridir 
(Yəni  namaz  qılmayıb,  oruc  tutmayanların  yeridir). 
Beşinci  qatı  Sairdir.  Bu  da  sairlərin  və  kəsairlərin 
(yəni  xristianların  və  yəhudilərin)  yeridir.  Altıncı  qat 
Qəyyadır. Sehrkar və musiqiçiləri, müğənnilərin yeri-
dir.  Yeddinci  qat  Həviyyə  (uçurum)  adlanır.  Bu  cə-
hənnəmin  qatı  tövbəsiz  ölən  insanlar  üçündür.  Qi-
yamət günü günahların miqdarını mizan-tərəzidə çəki-
lir,  ondan  sonra  əgər  savabları  günahdan  çoxdursa, 
cənnətə gedirlər. Yeddinci qat bütün qatlardan dəhşət-
lidir.  Əgər  cəhənnəm  odundan  bir  qədər  bu  dünyaya 
düşsə,  yer  üzərində  500  fərsənglik  yerdə  yaşayan 
məxluqat  həlak  olar.  Cəhənnəmdə  70  min  şəhər  var-
dır. Hər şəhərdə 70 min ev var, hər evdə 70 min sufər 
vardır. Hər bir sufərdə 70 min məkan vardır. Hər bir 
sandıqda  70  min  əzab  vardır.  Əzabları  bir-birindən 
dəhşətlidir. 
Haqverdiyev  cəhənnəmə  düşən  qəhrəmanını  sati-
rik  tamaşa  ilə  qarşılaşdıraraq  yazır:  «Təəccüb  burası 
idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki,  cəhən-
nəmdə hamıdan çox yananlar plov yeyənlərdir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
27 
İsti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hə-
rarətin  artıqlığından  mənim  üçün  irəli  getmək  müm-
kün olmayacaqdır... 
Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, 
onun  yetmiş  min  fərsəng  boyu  idi  və  yeddi  min  fər-
səng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min bur-
nu, yetmiş min gözü və yetmiş min qulaqları var idi. 
Heyvanın  ağzından,  qulaqlarından  və  burunların-
dan alov dirəklənirdi» (31, s. 50-51). 
Ərəblərdə 7 rəqəmi intəhasız çoxluq mənasında-
dır. Şumerlərdə 7 sayı kainatın işarəsi, çin miflərində 
7 oyuq kainatın yaranmasına, hindlilərdə 7 qütbə, ket-
lərdə  göyün  və  yerin  7  qatına,  Vavilonda    kainatın  7 
dünya sayına, «Tövrat»da 7 sayı yaradılışa işarə olun-
muşdur (2, s. 87). 
Ə. Haqverdiyev bu cür günahkar insanları bir yerə 
yığıb    onlar  üçün  uyğun  zaman  və  məkan  seçmişdir. 
Haqverdiyev  sanki  bu  üsulla  cinayətkarlara  cəza  ve-
rən hakimləri xatırladır. Ancaq o, məkan kimi məhkə-
mə  zalı  deyil  cəhənnəmi  seçir,  cəza  kimi  də  hər  gü-
nahkarın  öz  günahlarının  cəzasına  görə  təbəqələri  se-
çib. 
Qurani-Kərimdə cəhənnəm barədə ayələrdə və su-
rələrdə  yazılır:  «Həqiqətən,  Cəhənnəm  pusqudur.  O, 

Aynurə  Paşayeva 
 
 
28 
azğınların məskənidir» (ən-Nəbə surəsi, 21-22-ci ayə-
lər); «Şübhəsiz ki, Allah kafirləri lənət eləmiş və onlar 
üçün  yanar  od  hazırlamışdır.  Onlar  orada  əbədi  qa-
lacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcək-
lər» (əl-Əhzab surəsi, 64-65-ci ayələr); «Kafir olanları 
cəhənnəm  odu  gözləyir.  (Orada)  nə  onların  ölümünə 
hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları 
yüngülləşər.  Biz  hər  bir  kafiri  belə  cəzalandırırıq» 
(Fatiri  surəsi,  36-cı  ayə);  «Pis  işlər  görənlərə  isə  pis-
liyin cəzası onun misli qədər verilər. Onları zillət bü-
rüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yox-
dur.  Onların  üzləri  sanki  zülmət  gecənin  parçalarına 
bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qa-
lacaqdır»  (Yunus  surəsi,  27-ci  ayə);  «Onlar  orada  nə 
bir  sərinlik,  nə  də  içməyə  bir  şey  tapacaqlar.  Qaynar 
sudan  və  irindən  başqa»  (ən-Nəbə  surəsi,  24-25-ci 
ayələr);  «Hələ  qarşıda  Cəhənnəm  vardır.  İrinli-qanlı 
sudan  içirdiləcəkdir.  O,  irinli-qanlı  suyu  qurtum-qur-
tum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, 
lakin  ölməz»  (İbrahim  surəsi,  16-17-ci  ayələr);  «Cə-
hənnəm alovlandırılacağı zaman; Və Cənnət (mömin-
lərə)  yaxınlaşdırılacağı  zaman;  Hər  kəs  (dünyada  bu-
günkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini bi-
ləcəkdir!» (ət-Təkvir surəsi, 12-14-cü ayələr). 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
29 
XIII əsr İtalya intibah ədəbiyyatının görkəmli nü-
mayəndəsi olan Aligyeri Dantenin «İlahi komediya»sı 
Ə. Haqverdiyevin  «Xortdanın cəhənnəm  məktubları» 
ilə müqayisə olunsa, bir çox oxşar məqamların şahidi 
olarıq. Dante də Haqverdiyev kimi cəmiyyətdə nifrət 
etdiyi tipləri cəhənnəmə toplayaraq kəskin şəkildə ifşa 
etmişdir.  Çünki  Dantenin  yaratdığı  cəhənnəmdə  də 
bolluca  fırıldaqçı  din  xadimləri,  sələmçilər,  əxlaqsız-
lar  var  idi.  «İlahi  komediya»  orta  əsrlər  ədəbiyyatı 
üçün  səciyyəvi  olan,  o  biri  dünyaya  yuxuda  səyahət 
formasında  yazılmışdır.  Ancaq  Dante  «İlahi  komedi-
ya»sını  xristian  dini  və  mifoloji  əfsanələrinə  əsasən 
yaratmışdır. Xristian dinin əfsanəsinə görə Cəhənnəm 
3  ilahi  qüvvə  tərəfindən  ata  (Allah-ali  qüvvə),  oğul 
(əql-küll),  müqəddəs  ruh  (ilk  məhəbbət)  tərəfindən 
yaradılmışdır.  Dante  bu  əsərdə  xristian  dinin  katolik 
təliminə daha çox riayət etmişdi. Burada cəhənnəm 9 
dairədən  ibarət  olan  yer  kürəsinin  səthindən  mərkə-
zinə tərəf çevrilmiş, getdikcə dairələri kiçilən qıf şək-
lindədir,  cəhənnəmin  hər  bir  dairəsində  isə  müəyyən 
qəbildən  olan  günahlarının  dərəcəsindən  asılı  olaraq 
günahkarlar – təqsiri olanlar saxlanılır. 
Fil.e.d.,  prof.  Yaşar  Qarayev  bu  haqda  yazırdı: 
««Xortdanın  cəhənnəm  məktubları»nın  niyyəti  zahi-

Aynurə  Paşayeva 
 
 
30 
rən «İlahi komediya»nı (Dante) xatırlatsa da, bədii sü-
jetin  mahiyyəti  etibarilə  o,  «Qulliverin  səyahətləri» 
ilə,  həmçinin  fantastik  fabulası,  kəskin  satirik  müba-
liğəsi  ilə  seçilən  maarifçi-realist  povestlərlə  bir  tipo-
logiyaya daxil olur» (41, s. 277). 
Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktub-
ları»  povestini  məşhur  türk  satiriki  Əziz  Nesinin 
«Taxtalıköydən  məktublar»  əsəri  ilə  müqayisə  etsək, 
bir  çox  oxşar  süjetlərə  rast  gəlmiş  olarıq.  «Taxtalı-
köydən məktublar»  məzmunca  məmləkətdəki bir sıra 
ictimai və siyasi məsələlərdən bəhs edən, formaca Öl-
müş  Eşşəyin  dili  ilə  Eşşəkarısına  yazdığı  19  mək-
tubdan ibarətdir. Hər bir məktub müəyyən bir ictimai 
mövzudan bəhs edir. Bu, səhiyyə xidmətində olan öz-
başınalıqdan tutmuş sosial bərabərsizliyə kimi davam 
edir.  Əgər  «Xortdanın  cəhənnəm  məktubları»nda 
Xortdan  müəyyən  iksir  vasitəsi  ilə  cəhənnəmə  xəbər 
gətirməkdən  ötrü  gedirdisə,  «Taxtalıköydən  məktub-
lar»da  isə  Ölmüş  Eşşək  özünü  yoxsulluqdan  canını 
qurtararaq xəndəyə atır, bütün ictimai problemləri di-
nib-danışmadan görürdü. O, ölümü bu dünyadan xilas 
olmaq üçün bir «qurtuluş» hesab edirdi. Ancaq cibin-
də  bir  qəpik  pulu  olmayan  Ölmüş  Eşşəyin  ölü  olma-
ması sübuta  yetirilə bilmir. Çünki səhiyyə həkimləri-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
31 
nin tibbi savadsızlığı, öz mənafeyini güdmək hərisliyi 
o  dərəcəyə  gəlib  çatıb  ki,  həkimə  sağlam  müraciət 
edən  vətəndaş,  mütləq,  istəməsə  də,  ölümə  göndəri-
lirdi.  Ölmüş  Eşşək  qəbiristanlıqda  belə  rahatlıq  tapa 
bilmir.  Çünki  4  adamla  birgə  üst-üstə  dəfn  olunmaq, 
olduqca, dözülməzdir. Bununla Əziz Nesin qəbiristan-
lıqlarda  baş  verən  hərc-mərcliyik  məsələlərinə  də  to-
xunmuşdur.  Ölmüş  Eşşəyin  Xortdandan  fərqli  olaraq 
heç  bir  bələdçisi,  yol  göstərəni  olmur.  O,  ətrafındakı 
əsl  diri  olan  bütün  insanları  görür.  Ancaq  səsini  çı-
xarda bilmir. Çünki dirilər ölülərin səsini eşidə bilmir-
lər.  Ə.  Haqverdiyev  Xortdanı  cəhənnəmə  başburtsuz 
daxil etdirir, Ə. Nesin isə Ölmüş Eşşəyin zəmanət ka-
ğızı olmadığı və havadan-sudan yazmaq istəyi olduğu 
üçün 19 il üç yüz altmış iki gün yarım cəza çəkmək-
dən  ötrü  cəhənnəmə  göndərir.  18-ci  məktubun  so-
nunda Ölmüş Eşşək havadan-sudan yazmağın cəzasını 
aydınlaşdırır: «Bizim məhəllənin zibillərini apardılar-
mı?  Yenə  sular  kəsilir?  Elektrikiniz  də  əvvəlki  kimi 
ən azı həftədə üç, dörd dəfə olmur, eləmi? Küçələrdə 
kanalizasiya  suyu  axıb  çamır,  gölməçələr  yaratdığı 
halda  səhiyyə  idarələri  yenə  «xəstəliklərin  qarşısı 
alındı»  deyə  yazırmı?  Yenə  əvvəlki  kimi  Baş  nazir 
xalqı aldadaraq «filan şeyin qiyməti bahalanmayacaq» 

Aynurə  Paşayeva 
 
 
32 
deyə  vəd  verib,  sonra  da  varlılara  işarə  edib  həmin 
ucuz  şeyləri  aldırdıqdan  sonra  birdən-birə  qiymətli 
birə-on artırıb varlılara milyonlar qazandırırmı?» (74, 
s. 232). Ölmüş Eşşək  real  həyatda  çəkdiyi  əzabları o 
qədər öyrəşmişdi ki, cəhənnəmdəki əzablar onun üçün 
o  qədər  də  çətin  gəlmirdi.  Ona  verilən  əzabları  «of» 
demədən  çəkdiyi  üçün  Ölmüş  Eşşəyi  cənnətə  göndə-
rirlər. Çünki cəhənnəmin əzabına vərdiş etmiş Ölmüş 
Eşşək cənnətin rahatlığına tab gətirə bilməzdi. Bunun-
la da, Ə. Nesin zəmanəsinin acımasız qanunlarını ifşa-
edici satirik gülüşlə tənqid etmişdi.  
İsa Muğanna  «Cəhənnəm» romanında 1937-ci il-
dən  2003-cü  ilə  qədərki  olan  Azərbaycanın  tarixinə 
toxunmuşdur.  Eləcə  də,  burada  bütün  bəşəriyyəti  dü-
şündürən, qlobal problemlər də öz əksini tapır. «Xort-
danın  cəhənnəm  məktubları»nda  olduğu  kimi  burada 
da  cəhənnəm  dəhşətli  və  qorxunc  bir  məkandır.  Cə-
hənnəmə  daxil  olan  Bünyad  bəy  Xortdandan  fərqli 
olaraq  insandır.  Hansı  ki,  sağlığında  çirkin  əməllərin 
hamısının günahını qazanmışdır. Həm çekist, həm də 
Zversovxozda  (Qarayazı  meşəsində  qunduz  (suiti) 
sovxozunda)  işləyəndə  Bünyad  bəy  öz  çirkin  əməllə-
rinə alət etdiyi qızlarla (bakirələrlə) cəhənnəmdə rast-
laşır.  Bu  romanda  Bünyad  bəyin  saflaşması  uğrunda 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
33 
mübarizə gedir. Əvvəl Bünyad bəy Ağ planetin içində 
Odda-həqiqətdə  yanır,  təmizlənir, bundan sonra «Ağ-
Ərə»  göndərilir,  Mazandaran  meşəsinə,  İrəmə,  Yerə 
aparılır. O, bir çox insanların ölümünə bais olmuşdur. 
Mazandaranda Bünyad bəyi Qumral – Furak, İrəmdə, 
vaxtilə, onun həyat yoldaşı olmuş Sərvinaz, Yerdə Sə-
məd bəy qarşılayır.  
İsa  Muğanna  «cəhənnəm»  sözünün  mənasını  ve-
rən zaman yazır: ««Cəhən» də, «Cənn» də təhrif söz-
lərdir,  ey  hökmdarımız,  hər  ikisinin  əsli  Od  Ündü» 
(67, s. 480) 
Haqverdiyev  yeri  gəldikcə  öz  gəlirləri  üçün  din 
xadimlərinin istifadə etdiyi müqəddəs pirləri, ocaqları 
da ifşa edir. Ancaq haqq dünyasında bu fırıldaqçıların 
bunu eləməyə imkan olmur. «Ağdam bazarında Məşə-
di Seyfulla camaatı başına yığaraq and-aman eləyir ki, 
Məşhədə  gedən  zaman  yolda  daşlar  da  onunla  birgə 
gedirmiş.  Yol  boyu  özünün  necə  mübarək  bir  adam 
olduğunu  isbat  etməyə  çalışır.  Sonra  əsas  məsələyə 
keçir  –  camaat,  bu  saat  mənim  evimdə  bir  seyid  qızı 
əyləşib.  And  olsun  gedib  üzünü  sürtdüyüm  qəriblər 
şahına,  bu  saat  onun  əynində  libası  yoxdur.  Mən  öz 
tərəfimdən  on  manat  verirəm.  Sizin  də  kərəminizdən 
nə izlər, müzayiqə etməyin. 

Aynurə  Paşayeva 
 
 
34 
Məşədinin  söhbətindən  ürəyi  yumşalmış  camaat 
başladı pul toplamağa. Ağır miqdarda bir məbləğ cəm 
olub məşədiyə vüsul oldu. 
Neçə  vaxtdan  sonra  işin  üstü  açıldı.  Həqiqətən, 
bir  seyid  qızı  haman  günü  məşədinin  evinə  libassız 
əyləşibmiş, o da məşədinin öz arvadı imiş» (31, s. 39). 
Haqverdiyev Xortdanı cəhənnəmin qapısından ke-
çirdəndən sonra ona cəhənnəmin tamaşasının «gözəl-
liyi»ndən  danışır.  Əlbəttə,  burada  da  böyük  kinayə 
var.  O, özü  də  yazdıqları ilə  kimsəni  inandırmayaca-
ğını bilir. Buna görə də Qurana and içmir. Çünki Qu-
rana öz vədinə əməl edən əsil müsəlman and içə bilər. 
O,  yalan  olan  varlıqlara,  insanlar  tərəfindən  uyduru-
lan,  qazanc  mənbələrinə  and  içir.  Bu  andlar  ədibin 
«Seyidlər ocağı» hekayəsindəki Seyid Əhmədin and-
larını xatırladır: «Mənim andlarım möhkəm andlardır.  
And  olsun  Cəfərqulu  xanın  övladının  ağızlarının 
tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qa-
nına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli 
ocağına,  cındırlı  pirə,  Cicim  ocağına,  öskürək  pirinə, 
and olsun Xorasan mütəvəlli başçısının anbarından çı-
xan  şərab  küplərinə, imam  Cümənin buğda  anbarına, 
Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıq-
larına,  dərviş  Qırışmaqulunun  dişsiz  əfilərinə,  yazdı-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
35 
ğım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlə-
ridir» (31, s. 53). 
Ədib andları sadaladıqdan sonra and içdiyi yerlər 
haqqında  müəyyən  şərh  verir.  Bu  şərhlər  içərisində 
«Topal Seyid» daha maraqlıdır. Bəlaya giriftar olmuş 
şəxs  Topal  Seyidin  qanından  çörəyə  batırıb  yesə  idi, 
xəstəliyi sağalardı. Sual meydana gəlir ki, əgər bu To-
pal Seyid dərdlərə şəfa verəndirsə, niyə bəs özünə bir 
əlac etmir? Bu suala cavab daha sonra aydınlaşır. Bir 
gün Paster xəstəxanasına getməyi özünə artıq xərc bi-
lən  xəstə  sağalmaq  üçün  Topal  Seyidin  yanına  gedir. 
Ancaq  o,  altı  həftədən  sonra  vəfat  edir.  Amma  yenə 
də cəhalət, avamlıq insanların gözünə elə qalın pərdə 
çəkmişdi  ki,  Topal  Seyidə  qarşı  olan  inam  azalmır. 
İnsanlar  həmin  xəstəni  guya  seyidin  yanına  etiqadla 
getməmişdir deyə dünyadan getdiyini zənn edirlər. 
Ədibin bu andlarında gülüşündəki ittiham intona-
siyası  da  xeyli  kəskinləşir,  sarkastik  notlarla  zəngin-
ləşir.  Əslində  onun  and  içdiyi,  daha  sonra  haqqında 
məlumat  verdiyi  bu  pirlər  onun  kəskin  tənqid  etdiyi 
yerlərdir. 
Ə.  Haqverdiyev  mahir  ifşa  ustasıdır.  Özü  də  çox 
rəngarəng  və  orijinal  ifşa  priyomlarına  və  üsullarına 
malikdir. Ümumi halda isə onun ifşası tənqid obyek-

Aynurə  Paşayeva 
 
 
36 
tinin dərin və dəqiq təhlilinə əsaslanır: komik hədəfin 
səciyyəvi naqislikləri, eybəcərlikləri faş olunur, ifşaçı 
gülüşü bu eybəcərliklərin mahiyyətindən yaranır, itti-
ham pafosuna çevrilir. 
Ə.  Haqverdiyev  qıl  körpüsündən  keçə  bilməyən 
cəhənnəmdəki mərsiyəxanlara da toxunur. Ancaq ədib 
tək  Fazili-Dərbəndidən  danışmağı  kifayət  bilir.  Həqi-
qətən  də,  həyatda  həm  Azərbaycanda,  həm  də  İranda 
Fazili  Dərbəndi  adlı  məşhur  rövzəxanların  hamısının 
mürşüdi olan şəxs olmuşdur. Əsərdə göstərilir ki, Fa-
zili-Dərbəndi  Təbrizdə  mərsiyə  oxumuş,  lakin  hamı 
ona böyük hörmətlə yanaşmışdır, onu müqəddəs adam 
kimi  qəbul  etmişlər.  Lakin  yazıçı  Fazili-Dərbəndini 
cəhənnəmdə  göstərərək  yada  salır  ki,  o,  sağ  olanda, 
avam  camaatı  elə  ovsunlamışdı  ki,  hamı  müticəsinə 
ona  itaət  göstərirdi.  Əsərdə  göstərilir  ki,  hər  gün  ona 
qonaqlıq  verilər,  siğələr  gətirilərdi.  Bir  gün  Fazili-
Dərbəndi  Tehranda  şahın  haram  yeyib-içdiyini  dedi-
yinə görə Şah tərəfindən göndərilən qəhvənin vasitəsi 
ilə  zəhərlətdirilir.  Əsərdə  göstərilir  ki,  hamının  mü-
qəddəs  bildiyi  Fazili-Dərbəndi  qıl  körpüsündən  gü-
nahları  çox  olduğuna  görə  keçə  bilməyib  cəhənnəmə 
düşüb. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
37 
Əlbəttə  ki,  xalqı  soyan  tək  mərsiyəxanlar  deyil, 
eləcə də, ölkə-ölkə gəzib dolaşan dərvişlər də var idi. 
Bu  cür  dərvişlərdən  biri  Hacı  Mehdi  oğlu  Əsgərinin 
var-yoxunu  əlindən  alır:  «Dərviş  elmi-kimyadan  mə-
harət yetirdiyinə buna inandırıb və hər mədəni döndə-
rib  qızıl  eləmək  sirrini  bildiyini  söyləmişdi.  Bu  bəd-
bəxt  oğlu  aldanıb  dərvişi  gətirib  saldı  evinə.  Əlində 
olan mayanın hamısını kürədə yandırandan sonra, bir 
səhər durub dərvişi qaçmış gördü» (31, s. 41). 
Biz bu cümlələri oxuyanda yadımıza M.F. Axun-
dovun «Molla İbrahimxəlil kimyagər» komediyası dü-
şür. 
Bundan  başqa  cəhənnəmdə  Xortdanın  xəsislərin 
məkanında qarşılaşdığı hacılardan da danışılır. Bu ha-
cılardan biri Haqverdiyevin digər hekayəsi olan «Diş 
ağrısı»ndakı Hacı Rüstəmi xatırladır. Orada – dişinin 
birini on yeddi qəpiyə çəkdirən Hacı Rüstəm ömrünün 
axırına  kimi  gözünü  müalicə  etməyib  yüz  manat  hə-
kimə  verməyə  rəva  bilməyən,  ölənə  qədər  tək  gözlə 
yaşayan Hacıya necə də oxşayır.  
«Odabaşının hekayəsi»ndə bir-birini dərin məhəb-
bətlə sevən Fərmanla Gövhərtacın qovuşmasına mane 
olan,  mənəviyyatdan  məhrum  olan,  ancaq  maddiyat 

Aynurə  Paşayeva 
 
 
38 
sevgisi ilə yaşayan Hacı Kamyab, Hacı Mirzə Əhməd 
ağa kimi tiplər də ədibin kəskin ifşa obyektidir. 
Əvvəldə  qeyd  etdiyimiz  kimi  Haqverdiyev  yerli 
dövlət məmurlarının ifşasına da geniş yer vermişdir. 
«Xortdanın  cəhənnəm  məktubları»nda  yerli  bəy-
lər dörd təbəqəyə bölünür:  
«Pervi  sort  bəylərə  Sarıcalı  bəyləri  deyirlər  ki, 
Nadir şah dövründən bəydirlər. 
Vtoroy  sort  bəylər  bəyliklərini  xanlardan  alıblar. 
Bunların  babaları  ya  xanın  cəlladları  olublar,  ya  təl-
xək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri və 
i.a. 
Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunla-
rın ciblərində ildə üç ay pul olar, doqquz ay müflisdir-
lər... 
Çetverti sort bəylər var. Bunlara  «cır bəylər» de-
yirlər  ki,  var-yoxlarını  qumara,  Tiflis  və  Bakı  kefinə 
verib,  indi  dövlətli  bəylərin  qapılarında  sülənirlər» 
(31, s. 66-67). 
Əsərdə göstərilir ki, yerli bəylər bir gün naçalnik 
Vinokurovun  zülmünə  dözə  bilməyib  ərizə  yazırlar. 
Bəylərdən biri həmişə Vinokurovdan xeyir gördüyünə 
görə həmin ərizələri aparıb Vinokurovun özünə verir. 
Bu  bəylərin  hamısı  cəhənnəmin  sakinləri  kimi  göstə-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
39 
rilir.  Şübhəsiz  ki,  eyni  zamanda,  müəyyən  nöqsan-
ların, günahların sahibidirlər. Onların əsl nəcabəti bə-
yin  dilindən  deyilir:  «  –  Bircə  siz  bu  tülkülərə  baxın. 
Dərənin  it-qurdu  özlərini  adam  cərgəsinə  qoyub,  yı-
ğılıb  bir  yerə  məsləhət  edirlər.  Oraya  yığılanlar  kim-
dirlər?  Biri  xanın  eşşəkçisinin  nəvəsi  deyilmi?  İndi 
gəlib  adını  bəy  qoyub  yuxarı  başa  keçir.  Sən  bir  o 
burnu  cırığa  bax!  Ona  deyən  gərək  filan-filanşüdə, 
sən  haçandan  bəy  olub  ortalığa  çıxıbsan?  Sənin  də-
dən-babanı heç  bir tanıyan varmı? İndi rusca  üç-dörd 
söz  öyrənibsən,  gəlib  özünü  bəylər  cümləsinə  qatır-
san? Ərizə filan yazırsan? Sənin atan aclıq ili mənim 
atamdan  bir  çuval  buğda  aparıb  hələ  də  borclu  de-
yilmi? Sən adını nə qoyub ortalığa düşübsən?... O ço-
pur  sifəti  toyuq  dimdikləmiş  qarpız  qabığına  oxşa-
ya!...  Papağı  da  təşəxxüslə  qoyub  gözlərinin  üstünə 
deyir:  ««Alçaq  dağları  mən  yaratmışam».  O,  kimin 
oğludur?  Onun  əmisini  mənim  atam  neçə  il  dustaq-
xanada yatırdı, o da özünü adam hesab eyləyib ortalı-
ğa  atılır?  Buyursun,  barmağını  yumsun  görüm,  hansı 
pristav  onun  evində  bir  parça  çörək  yeyibdir?  Bu 
mahala neçə naçalnik gəlib-gedibdir, hansı onu bəyə-
nib ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, 

Aynurə  Paşayeva 
 
 
40 
heç xəcalətindən evdən çölə çıxmaz. Onun anası Qa-
çaq Qurbanəlinin bacısı deyildimi?» (31, s. 68). 
Ədib bəyin nitqində bəylərin əsil nəcabətini, açıb 
göstərməklə  yanaşı,  həm  də  kəskin  tənqid  etmişdi. 
İndi onlar cəhənnəmdə bu günə düşdüklərinə görə İb-
lisi  məzəmmətləyirlər.  Ancaq  bəyləri  ifşa  edən  bəyin 
özü  də  heç  öz  əməllərinə  görə  digər  bəylərdən  geri 
qalmır.  Bütün  bəylərin  ərizə  əhvalatını  öyrənəndən 
sonra  özünün  yerini  Vinokurovun  yanında  yaxşı  elə-
məkdən ötrü tez gedib ona xəbər verir. Bəyin yaltaqlı-
ğı, ikiüzlülüyü açıq şəkildə nəzərə çatdırılır. 
«Xortdanın  cəhənnəm  məktubları»ndakı  tənqidi 
mətləblərdən biri də çarizmin müstəmləkəçilik siyasə-
tinin  kəskin  ifşasıdır.  Əsər  boyu  müxtəlif  siyasi-icti-
mai  məsələlərlə  əlaqədar  ədib  cəmiyyətdəki  ədalət-
sizliyin,  rəzalətlərin  əsas  dayağı  kimi  çarizminin  fit-
nəkar  siyasətini,  habelə  Azərbaycandakı  nümayəndə-
lərini  kəskin  ifşa  edir.  Bu  cəhətdən  çarizmin  fitnəkar 
siyasətinin  ağır  nəticələrindən  birini  biz  naçalnik  Vi-
nokurovun  başçılıq  etdiyi  mahalın  bəylərinin  şikayət 
ərizəsində  görürük.  Digəri  isə  tarixi  mövzuya  müra-
ciət olunaraq yazılmışdır «Əsgərana çatanda deyilir:  
– «Çox gözəl eşitmişəm və oxumuşam... Bu mən-
hus  hasarın  1905-ci  sənəddə  oynadığı  rol  cəmi  dün-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
41 
yaya məlumdur. Bu, iki qonşu və qardaş milləti bölən 
bir səddir. Nə qədər bu hasar durub, buna baxan türk-
lərin  və  ermənilərin  yaraları  təzələnəcək.  İxtiyar  mə-
nim  əlimdə  olsaydı,  bu  hasarı,  qədim  hasardan  olma-
sına  baxmayaraq,  kökündən  qazardım.  Bəlkə  bayquş 
kimi  göz  qabağında  durub,  keçmiş  qanlı  günləri  ba-
xanların yadına gətirməyə» (31, s. 38). 
Başqa bir səhnədə göstərilir ki, çar nümayəndələ-
ri, kazakları, soldatları, yaranalları cəhənnəmə girəndə 
cəhənnəmdəkilər  etiraz  edirlər.  Gələnlər  içərisində 
hətta imperator ikinci Nikolay göstərilir. Ancaq etiraz 
edənlər içərisində axundlar, keşişlər onların gəlməsinə 
böyük ehtiramla yanaşırlar. 
Ədib  real  dünyada  olan  əyriliklərdən,  əhli-iman 
yiyələrinin  xəyanətindən  də  danışır.  O,  bu  mövzuya 
toxunmaqla  dövrünün  əyalətlərində  baş  verənləri  ki-
nayəli  bir  gülüşlə  tənqid  etmək  istəmişdi.  Ancaq  bu 
tənqidi  gülüşün  arxasında  mühüm  ictimai  problemlər 
dayanır. 
Haqverdiyev  Bərdə  bazarında  baş  verən  oğur-
luğun həddindən danışanda yazır. «Məni ikimərtəbəli 
evin  qabağına  gətirdi.  O  yan-bu  yana  baxıb  çıxmağa 
yol  tapmadım.  Bir  də  gördüm,  bir  cındırlı  kişi  bir 

Aynurə  Paşayeva 
 
 
42 
uzun  nərdivanı  sürütdüyərək  gətirdi,  dayadı  divara 
dedi: 
– Nömrə lazımsa, buyurun, çıxın yuxarı. 
Soruşdum ki: 
– Məgər bu nömrələrin yolu yoxdur? 
 Dedi: 
–  Burada  oğru-əyri  çox  olduğundan,  müştəriləri 
nərdivanla çıxardıb, sonra nərdivanı götürürük. 
Yadıma Tiflis düşdü» (31, s. 33). 
Bu  zaman  ədib  Tiflisdə  yaxın  bir  dostunun  mül-
kədar Mərdidqulu xanın mehmanxanada qalan zaman 
var-yoxunu  oğurlanmasından  danışır.  Hadisələrin  bu 
məqamı Haqverdiyevin «Keçmiş günlər» hekayəsinin 
süjetini xatırladır. 
Ədib  Bərdənin  kinayəli  təsvirindən  sonra  Ağda-
mın  təsvirinə  keçir.  «Ağdam  bazarında  da  nə  qədər 
istəsəniz,  imanlı,  hacı,  kərbəlayı  və  məşədi  tapılar. 
Bunlar  da  doğruluqda,  insafda  Bərdə  hacılarından, 
kərbəlayılarından,  məşədilərindən  qalmazlar.  Hamısı 
əhli-iman,  namaz  qılan,  oruc  tutan  müqəddəs  mömin 
şəxslərdir» (31, s. 34). 
Bunları  qeyd  etdikdən  sonra  Haqverdiyev  Hacı 
Mehdiqulunun hiyleyi-şəriyyəsindən, imam ehsanının 
Məşədi  Səfərin  evini  var-yoxdan  çıxarmasından  da-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
43 
nışır. Oxucu buradakı kərbəlayilər, hacılar, məşədilər-
lə rastlaşanda «Marallarım»dakı mənfi surətlər silsilə-
sini xatırlayır.  
Məlum olduğu kimi, kompozisiya daha çox bədii 
əsərdə  təsvir  olunan  hadisələrin  dinamikasını,  düzü-
münü, inkişaf mərhələlərinin, məntiqi ardıcıllığını tə-
min  edən,  əsərin  sərlövhəsindən  başlamış,  son  cüm-
ləsinə  qədər  sxemini  dəqiq  ölçü  daxilində  müəyyən-
ləşdirən,  onun  məzmun  və  mənasının  ifadəsini  təmin 
edən  vacib  forma  əlamətidir.  Kompozisiya  yunan  di-
lindəki «kompositio» sözündən götürülmüş, «tərtib et-
mək» deməkdir. Hər bir sənətkar bəhs etdiyi hadisələ-
ri maraqlı, məntiqi qurmağı bacarmalıdır. Kompozisi-
ya dedikdə, əsərdəki hadisələrin bədii tərtibi başa dü-
şülür. Bədii kompozisiyanın tərkibində konfliktin bö-
yük  rolu  vardır.  Bədii  konflikt  nə  qədər  maraqlı  və 
gərgin qurularsa, əsər bir o qədər uğurlu çıxar. Yazıçı 
bədii  əsərin  məzmunu,  ideyasını,  ictimai  təsirini  güc-
ləndirmək,  oxucu  marağını  və  emosionallığını  artır-
maq üçün kompozisiyanı müxtəlif formalarda qura bi-
lər.  
«Xortdanın  cəhənnəm  məktubları»  povestində 
kompozisiya  həm  mürəkkəb  və  ziddiyyətli,  həm  də 
orijinaldır.  Povestin  kompozisiyası  iki  yerə  bölünür: 

Aynurə  Paşayeva 
 
 
44 
bu  dünya  və  o  dünya.  Bu  dünya  Tiflisə  qədər  olan 
mərhələdir.  O  dünya  Tiflisdə  olarkən  Xortdanın  dər-
manı  içib  cəhənnəmə  düşməyindən  başlayır.  Burada 
müəllifin  öz  dilindən  deyilən  sözlər  əsər  haqqında 
ümumi məlumat verir. Cəhənnəm sözünü «mənfi tip-
lər  cəmiyyəti»  mənasında  verdiyini  qeyd  edir.  Daha 
sonra müqəddimədə verilmişdir ki, burada da Xortda-
nın  cəhənnəmə  getmək  fikri,  onun  Şuşaya-Təbrizli 
Mirzə  Qoşunəlinin  yanına  gəlməsi,  ondan  dərmanı 
alıb Tiflisdə içməsi verilmişdir. Cəhənnəm göstərilən 
hissə  böyük  kinayələrlə  mənfi  insanların  cəzalarına 
çatması  səhnəsidir.  Müəllifin  1930-cu  ildə  povestə 
əlavə  etdiyi  «Odabaşının  hekayəsi»  hissəsi  mövzuca, 
ideyaca özündən əvvəlki tənqidi mətləbləri uğurla ta-
mamlayır. Povestin kompozisiyasını ona görə mürək-
kəb adlandırırıq ki, burada çoxlu hadisələr və surətlər 
var. Ağdamda məşədilərin, hacıların xarakteri haqqın-
da hekayələr, cəhənnəmdə ədibin verdiyi andlarla əla-
qədar  əhvalatlar  və  s.  əsas  süjeti  tamamlayır.  Bu  da 
süjetin  dinamikasını  daha  qüvvətləndirmiş,  bədii  for-
manı daha orijinal etmişdir. 
«Xortdanın cəhənnəm məktubları» əsəri zənginli-
yi  və  mürəkkəbliyi  etibarilə  Haqverdiyev  nəsrində 
müstəsna yer tutur. Ədibin əsas müxtəlif tənqidi mət-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
45 
ləblər  haqqındakı  söhbətlər  əsas  süjet  xəttini  daha  da 
zənginləşdirir.  Onun  əsas  tənqid  hədəflərindən  olan 
vətən xainləri cəhənnəmin Veyl quyusunda göstərilir. 
Fırıldaqçı din xadimləri isə camaata təlqin etmək istə-
dikləri qıl körpüsündən yıxılmış vəziyyətdə göstərilir. 
Onlar  bütün  bunların  səbəblərini  isə  İblisdə  görürlər. 
Ədib  həmin  insanların  bəd  əməllərini  öz  dilləri  ilə 
etiraf etdirir. Ancaq İblis onları bu cür cavablandırır:  
«  –  İndi  hər  bir  dünyada  törənən  bəd  əməli  mən 
bədbəxtdən  görürsünüz.  Doğrudur,  məndən  yaxşı 
əməl baş verməz, amma yenə sizi inandırıram ki, dün-
yada baş verən bəd əməllərin çoxundan nə mənim xə-
bərim var, nə də mənim övladımın. Gedin öz içinizdə 
axtarın,  görün  nə  qədər  şeytanlar  taparsınız  ki,  mən 
onların əllərinə su tökməyə  yaramaram» (31, s. 70). 
Haqverdiyev  cəhənnəmlinin  içdiyi  sudan  danışan 
zaman  yazır:  «Bu  binəva  su  istəyən  tək  bir  məlaikə 
əlində  bir  qab  ərimiş  qurğuşun  gətirib  ona  içirtdi.  O 
saat qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su 
axmağa başladı (31, s. 62). İslamın müqəddəs kitabın-
da  cəhənnəm  suyu  haqqında  danışılan  zaman  deyilir: 
«Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey ta-
pacaqlar.  Qaynar  sudan  və  irindən  başqa»  (Ən-Nəbə 
surəsi, 24-25-ci ayələr); «Hələ qarşıda Cəhənnəm var-

Aynurə  Paşayeva 
 
 
46 
dır. İrinli-qanlı sudan içirdiləcəkdir. O, irinli-qanlı su-
yu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəf-
dən ölüm gələr lakin ölməz» (İbrahim surəsi, 16-17-ci 
ayələr);  «Onlar  imdad  istədikdə  onlara  qətran  (yaxud 
yaradan  axan  irin  qan)  kimi  üzlərini  büryan  edən  bir 
su  ilə  kömək  ediləcəkdir.  O,  nə  pis  içki,  o  (Cəhən-
nəm) necə də pis məskəndir!» (Əl-Kəhf surəsi, 29-cu 
ayə); O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyər-
ləri)  və  dəriləri  əridiləcəkdir.  Hələ  onlar  üçün  (başla-
rına  vurulacaq)  dəmir  toppuzlar  da  vardır»  (Əl-Həcc 
surəsi, 19-21-ci ayələr). 
Haqverdiyev  cəhənnəmdəki  zəqqum  ağacından 
danışanda yazır:  
«  –  A  kişi,  hər  kəsin  ürəyi  yananda  bu  leymədən 
içirdirlər  və  acanda  zəqqum  ağacının  meyvəsindən 
verirlər, yeyir. 
 Zəqqum  ağacı  cəhənnəmin  VII  təbəqəsindədir. 
Onun  kökü  70  minillik  yolu  uzunluğundadır.  Kötü-
yünün uzunluğu, həmçinin 70 min il yolçaqdır. Onun 
70  min  şaxəsi  var.  Hər  şaxəsində  70  min  cür  meyvə 
var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır...» 
(31, s. 64). 
Qurani-Kərimdə  zəqqum  ağacı  haqqında  yazılır: 
«(Ey  insanlar!)  Qonaq  olmağa  bu  Cənnət  yaxşıdır, 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
47 
yoxsa  zəqqum  ağacı?  Biz  onu  zalimlər  üçün  bir  bəla 
etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən 
çıxar.  Onun  meyvəsi  şeytanların  başı  kimidir.  Onlar 
ondan  yeyəcək  və  qarınlarını  onunla  dolduracaqlar. 
Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin 
vardır.  Daha  sonra  onların  qayıdacaqları  yer  mütləq 
yenə  Cəhənnəmdir!»  (Əs-Saffət  surəsi,  62-68-ci  ayə-
lər). 
Zəqqum  ağacının  meyvəsi  o  qədər  acıdır  ki,  hətta 
ondan  bir damcı  bu dünyaya düşsəydi,  o damcı dün-
yadakı  canlıların  yaşayışını  təmin  edən  hər  bir  şeyi 
məhv edər. 
Buradakı İblis H. Cavidin «İblis» faciəsindəki İb-
lisin  monoloqlarını  xatırladır.  Orada  İblis  özünün 
xarakterini  çox  müfəssəl  şəkildə,  bir  növ  etiraf  for-
masında açıqlamışdı. 
«İblis nədir? 

 
Cümlə xəyanətə bais... 
Ya hər kəsə xain olan insan nədir? 

 
İblis!» (15, s. 104). 
Cəhənnəmin  təsvirinin  sonunda,  əslində  ədib  bü-
tün  çar  ikinci  Nikolayın  özünün  cəhənnəmə  günah-
ların səbəbi olan varid olduğunu göstərir. 

Aynurə  Paşayeva 
 
 
48 
«Xortdanın cəhənnəm məktubları» povestində sa-
tirik  pafos  aparıcıdır.  Bununla  belə  məzmunla  əla-
qədar olaraq lirika Fərmanla Gövhərtac məhəbbətində 
də  görmək  olar.  Onlar  bir-birini  sevsə  də,  ancaq  za-
manın  yaratdığı  qanunları  qarşısında  aciz  qalırlar. 
Əsərdə Fərmanla Gövhərtacın böyük, müqəddəs eşqi, 
qovuşmaq  həsrətləri,  çırpıntıları  Hacı  Mirzə  Əhməd 
ağa  kimi  «mötəbər»  müctəhidlərin  ağalıq  etdiyi  mü-
hitin  zorakılığı  nəticəsində  faciənə  məhvi  çox  təsirli 
lirik səhnələrdə göstərilmişdir. «Odabaşının hekayəsi» 
povestində  lirika  çox  güclüdür.  «Odabaşının  hekayə-
si», bütünlüklə, Fərmanla Gövhərtacın nakam məhəb-
bətinə həsr olunmuşdur. 
«Odabaşının  hekayəsi»ndə  məhəbbət  lirikası  ilə 
ictimai  satira  qüvvətli  və  qəribə  bir  vəhdətdə,  uyuş-
mada  verilmişdir.  Daha  doğrusu,  lirik  məzmun  əsas 
ideyanın, satirik mətləblərin ifadəsi üçün çox əlverişli 
və təsirli bir vasitəyə çevrilmişdir. 
Xortdanın cəhənnəmdən qayıtması, yəni onun yu-
xudan  ayılması  əsərdə  epiloq  xarakteri  daşıyır.  O, 
ayıldıqdan sonra görür ki, dörd ildən çox vaxt keçmiş, 
artıq zəhmətkeşlər hakimiyyəti ələ almışlar. 
Ədib bəzən satirik mətləblərini daha müfəssəl ifa-
də etmək üçün ricətlərdən istifadə edir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
49 
Peyzaj və ricət də kompozisiyanın ünsürlərindən-
dir. Məsələn: Xortdanın verdiyi andlar haqqında ayrı-
ca hekayələr danışması buna misal ola bilər. 
«Xortdanın  cəhənnəm  məktubları»  povesti  süjet 
baxımından  mürəkkəbdir,  çoxşaxəlidir.  Belə  ki,  əsas 
süjetdən  çıxış  edən,  onunla  bağlı  olan  bir  sıra  xırda 
süjet xətləri də vardır. Xortdanın hər iki dünyada qar-
şılaşdığı  insanlar  haqqında  olan  əhvalatların  hər  biri  
özlüyündə  kiçik  bir  süjetə  malikdir.  Povestdə  süjetin 
ekspozisiya  mərhələsini  Xortdanın  ağlına  cəhənnəmə 
getmək  fikrinin  gəlməsi,  Mirzə  Qoşunəlinin  yanına  – 
Şuşaya  Tiflisdən  gedən  zaman  başına  gələn  əhvalat-
lar, burada qarşılaşdığı insanlar, nəhayət, Şuşaya gəlib 
çıxması təşkil edir. Xortdanın on gün müddətində hə-
min iksirin qəbul etməsi, Tiflisə gəlməsi, vaxt tamam 
olduqdan  sonra  cəhənnəmə  gəlməsi  mərhələsini  zav-
yazka (bədii düyün) mərhələsini təşkil edir. Kulmina-
siya (bədii zirvə) mərhələsini isə Veyl quyusu ilə bağ-
lı  olan  əhvalatlardır.  Razvyazka  (düyünün  açılması) 
mərhələsində ziddiyyətlər tədricən açılmağa, ayrı-ayrı 
surətlər,  qruplar  arasında  olan  münaqişə  zəifləməyə 
doğru gedir. Povestdə rus kazaklarının, zabit və gene-
rallarının  çar  ikinci  Nikolayın  cəhənnəmə  gəlməsi, 
Xortdanın cəhənnəmi tərk etməsi razvyazka (düyünün 

Aynurə  Paşayeva 
 
 
50 
açılması) mərhələsini təşkil edir. Nəhayət, final (bədii 
yekun)  mərhələsində  hadisələr  sona  yetir.  Xortdanın 
bu dünyaya qayıtması, qayıtdıqdan sonra yeni dünya-
nın yarandığını görməsi, dörd ildən çox vaxtın keçmə-
si ilə dünyanın dəyişməsi, zəhmətkeşlərin hakimiyyəti 
final mərhələsidir. 
«Xortdanın  cəhənnəm  məktubları»  kompozisiya 
etibarilə,  xüsusən,  bədii  süjetin  inkişafına  görə  çox 
nadir nəsr nümunəsidir. Əsərdəki hadisələr çoxplanlı, 
çoxşaxəli inkişafa malik olsa da, ümumi ideyaya, əsas 
mətləbə məharətlə tabe olunmuş və bağlanmışdır. Be-
lə ki, povestdəki bir çox xırda epizodların hər birinin 
vacib  bədii-estetik  funksiyası  vardır.  Məzmunca,  ide-
yaca əsər boyu onlar bir-birini mükəmməl tamamlayır 
və  əsas  ideyanı  bədii  təcəssümünə  xidmət  edir.  Bu 
əsər  kompozisiya  etibarilə  son  dərəcədə  orijinal  təsir 
bağışlayır. Bütün bunlar Ə. Haqverdiyevin bir ədib ki-
mi  necə  böyük  istedada,  müşahidə  qabiliyyətinə  və 
yazıçılıq texnikasına malik olduğunu sübut edir. 

Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin