Məni nə vədə Şuşaya yetirərsən?
51
II FƏSİL
ƏSAS SURƏTLƏRİN SƏCİYYƏSİ
Əbdürrəhim bəy Haqverdiyevin bədii nəsri ilk
növbədə zəngin və orijinal bədii xarakterləri ilə diq-
qəti cəlb edir. Əslində hər bir böyük sənətkarın yara-
dıcılığı onun dünyagörüşü, həyati müşahidələri, möv-
zuları ilə əlaqədar olaraq özünəməxsus orijinal tiplər
qalereyası ilə zəngindir.
Ə. Haqverdiyevin nəsrindəki surətlər ilk növbədə
Qarabağda gördüyü, tanıdığı insanlar əsasında yara-
dılmışdı. Ədib həyatda gördüyü, müşahidə etdiyi in-
sanlardan öz əsərlərində qələmə aldığı mövzulara
uyğun olaraq istifadə edib canlı, bədii xarakterlər ya-
ratmışdır. Çünki Haqverdiyev insanın mənəvi dün-
yasına, psixologiyasına çox yaxından bələd olan sə-
nətkar idi. O, çox dəqiq və zəngin həyat müşahidəsinə
və bu müşahidələri bədii sənət dilində yenidən canlan-
dırmaq istedadına, söz qüdrətinə malik olmuşdur.
Ədibin qeyd etdiyi kimi «Xortdanın cəhənnəm
məktubları»da «mənfi tiplər» cəmiyyəti olan cəhən-
nəmdən danışılır. Burada həm müsbət, həm də mənfi
surətlər var. Ancaq mənfi surətlər sayca müsbət surət-
Aynurə Paşayeva
52
lərdən çoxdur. Povestin baş qəhrəmanı olan Xortdan
nə mənfi, nə də müsbət surətdir. «Xortdan – qorxunc
görünüşlü mifik vücuddur» (4, s. 140).
Ə. Haqverdiyevin niyə məhz Xortdan surətini
seçməsi də təsadüfi deyildi. Xortdan surətinin yaradıl-
masının özündə də o zamankı müsəlman zehniyyəti-
nə, avamlığa, mövhumata dərin kinayəni görmək çə-
tin deyildir. Avam camaat arasında uşaqları xortdanla
qorxutmaq, həyatda şər əlamətləri Xortdanın ünvanı-
na yazmaq uzun müddət dəb halında olmuşdur. Yəni
avam dindarlar aləmində Xortdan anlayışı qeyri-mü-
əyyən, qorxunc bir məfhum kimi təfəkkürlərdə kök
salmışdı. Ə. Haqverdiyev də camaat içərisindəki bu
cəhalət əlamətini Xortdan surətini yaratmaqla lağa
qoymuşdu, gülüş hədəfi etmişdi.
«Xortdan folklor və xalq əfsanələrinə görə qani-
çən məxluq, tez-tez ölü olandır. Xortdanlar, əsasən,
Şərqi Avropa mifologiyasında geniş yer tutur. Ən ta-
nınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurul-
muş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə
şey öldürür» (7, s. 140).
«Xortdanın cəhənnəm məktubları»nda cəhənnə-
min təsviri Xortdanın dili ilə nəql olunur. Xalq düşün-
cəsinə görə Xortdan gecələr dirilib qəbirdən çıxan,
Məni nə vədə Şuşaya yetirərsən?
53
insanlara yamanlıq edən varlıqdır. «Demonik varlıq
hesab edilən Xortdan türk xalqlarında müxtəlif adlarla
tanınsa da, oxşar funksiyalar yerinə yetirir. Anadolu-
nun müxtəlif yerlərində «Xortlaq», başqırdlarda
«Ubır», Tomsk tatarlarının demonoloji təsəvvürlərin-
də Obur//Ubır, Qaqauzlarda Hobur adlanan bu möv-
humu qüvvə insanlara xətər toxundura biləcək gücdə
olub, döngərlik funksiyası ilə seçilir» (13, s. 282).
İslam dininin mifoloji görüşlərinə görə o biri dün-
yaya düşən insan bir daha geri qayıtmamalıdır. Qura-
na görə cəhənnəmə insanlar da, cinlər də düşə bilərlər.
Birincilər orada həmişəlik, ikincilər isə isə müvəqqəti
qalırlar.
Xortdan qeyri-adi nitqi, mühakimələri insanlarda
olduğu kimidir. Əslində bu adın özündə də o dövrün
fırıldaqçı dindarlarına qarşı böyük istehza gizlənmiş-
dir. Çünki Xortdan qəflət yuxusunda yatan camaatın
təsəvvüründə çox məchul və vahiməli bir varlıq kimi
məşhur olmuşdur. Haqverdiyev Xortdanın dilinə istə-
diyi sözü vermiş, onu istədiyi yerə, hətta cəhənnəmə
belə göndərmişdir. Müəllif özü Xortdanın dilindən
danışmaqla həm bədii priyom kimi, həm də nəql olu-
nan əhvalatın həqiqiliyinə bir növ oxucu inamını, eti-
Aynurə Paşayeva
54
barını artırmaq vasitəsi kimi əlverişli və maraqlı görü-
nür.
«Yeraltı dünyanın sakini olan Xortdan bədii
mətndə obrazını yaradan müəllif onun ənənəvi gedişa-
tını, yəni qəbirdən çıxıb insanlar arasında dolanması
süjetini əks istiqamətə çevirir. Əsərdə Xortdanın «na-
gah xəyalıma cəhənnəm düşdü» – deyə yaşadığı bu
dünyadan o biri dünyaya getmək istəyir. Xristofor
Kolumb, Magellan, Vasko de-Qamma kimi səyahətçi-
lərin adlarını çəkən müəllif onların səfər etdikləri o
biri dünya və ədəbiyyatlarda «yeni dünya» kimi tanı-
nan coğrafi məkanlarla Xortdanın cəhənnəm səyahəti
arasındakı fərqi göstərərək, bunu İsgəndəri-Zülqərey-
nin qaranlıq dünyaya səyahətinə oxşadır. Belə bir mo-
tivin işləndiyi «İsgəndərnamə» poemasında da Nizami
Gəncəvinin qəhrəmanı qaranlıq dünyaya dirilik suyu
ardınca gedir. Ə. Haqverdiyevin qəhrəmanı Xortdanın
isə səyahəti konkret olaraq cəhənnəmdir. Və burada
əsas məqsəd o biri dünyadan xəbər gətirməkdir. Eyni
motivə fərqli və bəzi məqamlarda ironik yanaşmanı
isə Ə. Haqverdiyevin mənsub olduğu ədəbi məktəbin
təsiri kimi də qəbul edə bilərik» (12, s. 178).
Yazıçı əsərdə hadisələrin inkişafı baxımından
mövcud islam mifoloji təsəvvürlərinə mümkün qədər
Məni nə vədə Şuşaya yetirərsən?
55
sadiq qalmışdır. Əsərə dini, mifoloji baxımından ya-
naşsaq, bir çox buna aid süjetlərin şahidi olarıq. An-
caq islam bəni adəminin cəhənnəmə (axirət dünya-
sına) düşüb geri qayıtmaq imkanı rədd etdiyi üçün ya-
zıçı qəhrəmanını daha qədim mifoloji qatlardan seç-
məli oldu. «Xortdan sırf Azərbaycan mifik təsəvvü-
ründə ölüb sonradan dirilən «xortdamış» məxluq ki-
mi, səciyyələnir. Deməli, cəhənnəm-axirət səyahəti
ancaq qəhrəmanın insan deyil, məhz Xortdanın olması
ilə həyata keçirə bilər. Əsərin qəhrəmanının çox qə-
dim mifik köklərlə bağlılığı, birbaşa onunla əlaqəli
məsələlərin cəhənnəmə yönəldilənlərin və eləcə də,
səyahət zamanı ona bələdçilik edən obrazın da həmin
zəmində-islamdan əvvəlki mifologizmlərlə bağlılığını
şərtləndirir» (46, s. 46).
Xortdan əsərdə o dünyaya gördüklərini qayıdıb
danışa bilmək, məlumat gətirmək məqsədi ilə gedir.
Belə funksional mövqe Xortdanı eyni zamanda ruhları
ilə real dünya arasında əlaqə yaradan medium, digər
aləmə düşə bilən şamandır. Adi insan axirət dünya-
sına gedib qayıda bilmədiyi üçün əsərin qəhrəmanı
buna icazəsi olan cildə girməlidir. Yazıçının təsvi-
rində isə qəhrəman əslində xarici görkəmiylə, davra-
nışıyla dövrün ziyalısı simasına salınmış Xortdandır.
Aynurə Paşayeva
56
İnsani və qeyri-insani keyfiyyətlər qəhrəmanın obra-
zında incəliklə birləşdirilir. «Bəndeyi-həqirü fəqir,
əqəlli-küllü-bəndəgan müləqqəb be «Xortdan» bir gü-
nü kəştiyi xəyalatda əyləşib dəryayi-təfəkkürdə seyr
eləyirdim və dünyanın keçmişini və gələcək işlərini
bir-bir xəyalımdan keçirirdim. Nagah xəyalıma cə-
hənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəl-
di ki, «Ey qafil xortdan, bu nə xabi qəflətdir ki, uyub-
san? İnsan dünyanın cəmi yerlərini, dağlarını, meşə-
lərini, dəryalarını ayaqları altına alıb gəzdi: yer üzün-
də insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar,
sən də onların acığına gedib cəhənnəmi səyahət elə-
yib, oradan bir xəbər gətirəsən?» (31, s. 26-27) .
Qəhrəmanın zahiri görünüşü adi insanlardan heç
nəyi ilə fərqlənməsə də, «xortdanlıq», qeyri-bəşərilik
onun psixologiyasında, şüurunda üstünlük təşkil edir.
Qəhrəman dünya üzərində gəzən insanlardan fərqli
olaraq, yeraltı dünyaya, cəhənnəmə düşə bilmək im-
kanına malik olduğunu bilir. Qeyri-insanilik əsər boyu
Xortdanın ətrafda baş verən hadisələrə obyektiv, ya-
xud subyektiv iştirakçı deyil, neytral mövqeli tama-
şaçı münasibətində də duyulur.
Xortdanın cəhənnəm səyahəti üçün vasitə olaraq
istifadə olunan iksirin atributlarının hər birinin həmin
Məni nə vədə Şuşaya yetirərsən?
57
prosesdə, yəni Xortdanın gələcək fəaliyyətinin təmin
edilməsində özünəməxsus mövqeyi və xidməti dairəsi
vardır. Məs: İksirdə istifadə olunan «qara xoruz»un
rəng antaqonizmi, yəni qara rəng yeraltı – ölüm dün-
yası ilə bağlıdır.
Abidədən (Kitabi-Dədə Qorquddan) gətirdiyimiz
örnəklərdəki «qara yer»in qarğışlardakı «qara yer»lə
eyni olmasına şübhə etmirik. Bu da göstərir ki, qara
rənglə ifadə olunan «qara yer» Oğuz təsəvvüründə üs-
tündə, üzərində gəzilən ev, otaq tikilən dünyanın alt,
qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir
ki, qara yerin alt qatına birbaşa dəxli olan və insanın
dünyasını dəyişməsini bildirən «ölüm» də «Kitab» da
elə «qara ölüm» şəklində deyilir (1, s. 67-68).
Prosesin məntiqi davamı isə Xortdanın cəhənnə-
mə düşməsi və onun bələdçisi ilə (odabaşı) ilə rast-
laşması, daha doğrusu bələdçinin onu qarşılamasıdır.
Maraqlıdır ki, islam-mifik təsəvvüründə o dünya-
ya düşən ruhun bələdçisi, yol göstərəni olmur.
Dantenin «İlahi komediyası»nda da cəhənnəmə
düşən qəhrəmana şair Vergili, əraf hissəsində isə
gənclik dövrünün sevgilisi olan Beatriçi bələdçilik
edir.
Aynurə Paşayeva
58
Əvvəldə qeyd etdiyimiz kimi Xortdan nə mənfi,
nə də müsbət surətdir, o əsərdə yazıçının bir növ əvəz
edən obrazdır. Əsərdə mənfi surətlər çox olsa da,
müsbət surətlər də vardır.
Müsbət surətlər, adətən, müəllifin müsbət idealla-
rının ifadəçisi olub, onun həyat və cəmiyyət haqqın-
dakı arzu və fikirlərini təcəssüm etdirir. Bu surətlərdə
müəllifin dünyagörüşünün, dövrə, insanlara şəxsi mü-
nasibətinin müəyyən əlamətlərini görmək, izləmək
mümkündür. Qeyd etmək lazımdır ki, Haqverdiyevin
nəsrindəki müsbət surətlərin əksəriyyəti daha çox fər-
di cəhətləri, şəxsi ləyaqətləri ilə diqqəti cəlb edir.
Onlar gözəl əxlaqi keyfiyyətləri ilə hüsn-rəğbət qaza-
nırlar. Müsbət surətlər ən çox təbiətləri etibarı ilə
qüvvətli və orijinal görünür. Haqverdiyevin müsbət
surətləri ən çox zəhmətkeş xalq içərisindən çıxmış su-
rətlər olur. Bu surətlərdən Fərmanla Gövhərtacın adla-
rını çəkmək olar ki, onlar «Odabaşının hekayəsi»nin
əsas qəhrəmanları olan əmioğlu-əmiqızıdırlar. Heka-
yənin süjeti məhəbbət dastanlarımızı, o cümlədən da-
ha çox «Tahir və Zöhrə» dastanını xatırladır. Dastan-
da olduğu kimi hekayədə də sevgililərin vüsalına qarşı
çıxışlar olur. Ancaq dastanlarda olan bəzi motivlər
Məni nə vədə Şuşaya yetirərsən?
59
(qəhrəmanların məhəbbətinin toxunulmaz qalması,
yanaşı dəfn olunmamaqları) povestdə yoxdur.
«Odabaşının hekayəsi»ndəki Fərman ədibin nəs-
rində ən qüvvətli lirik qəhrəmandır. Ədib Fərmanı
həm müsbət surət kimi, həm də dövrünün hacılarının
ən çirkin simalarını açıb göstərən bir bədii vasitədir.
Doğrudur, Haqverdiyev həmişə bədii vasitələrdən mə-
harətlə istifadə etmişdir. Ancaq bu dəfə bədii vasitə
surətdir.
İlk əvvəl ədib onun bədii portretini, daxili aləmi
haqqında məlumat verərək yazır: «Fərman, gözəl, qo-
çaq, iş bacaran və şəhərin cavanları arasında sayılan,
yoldaşlıqda möhkəm, dost yolunda var-yoxundan ke-
çən və atası tək təmiz, pakqəlb bir oğlan idi» (31,
s. 90).
O, öz əmisiqızını böyük məhəbbətlə uşaqlıqdan
sevir, onun üçün hər şeyi etməyə hazırdır. Doğrudan
da, Fərman əlindən gələni də əsirgəməyir: «Belə ki,
Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bil-
mirdi. O səbəbdən Fərman hər gün səhərdən axşa-
madək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara
səbzə doldurmaq, torbalara kişmiş basmaq, arabaları,
ulaqları yükləmək... Bu zəhmətlərinin hamısını Fər-
Aynurə Paşayeva
60
man mükafatsız çəkirdi. Onun mükafatı gündə bir ne-
çə dəfə Gövhərtacı görmək idi» (31, s. 91).
Ancaq Fərmanın sevgisi qarşılıqsız deyildi. Əmi-
siqızı Gövhərtac da onu böyük məhəbbətlə sevirdi.
Fərman eşidəndə ki, əmisi Gövhərtacı xana vermək
istəyir, əvvəl məyus olur. Ancaq çox təəssüflər olsun
ki, Hacı Kamyab kimi zəngin tacirlər mənəviyyat zən-
ginliyi barədə deyil, ancaq maddi zənginlik haqqında
düşünürlər. Fərmanı hadisələrin gedişatında da müba-
riz qəhrəman kimi görürük. «İbrahim oğluna nəsihət
elədi:
– Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm,
öldürəcəyəm nədir? Əmin bizim tək kasıblarla ya-
xınlaşmaq istəmir. Özü dövlətlidir, dövlətli yerə də
yıxılır. Sən özün də gözəl, qoçaq cavanlar arasında
sayılan oğlansan. Hansı dövlətlinin qızını istəsən, sə-
nə verər. Əmin qızını vermədi nə olar? Çıraq dibinə
işıq salmaz.
– Ata, mənə dövlət lazım deyil. Əmim dövlətini
kimə verirsə, versin. Mən çörək qazanmaqda aciz
deyiləm. Kəsilsin iki əl ki, bir başı saxlaya bilməyə.
Mənə ancaq istəklim lazımdır. Mən yoldaş arasına
çıxa bilməyirəm. Mənim heç bir başqa yolum yox-
dur» (31, s. 96).
Məni nə vədə Şuşaya yetirərsən?
61
Hadisələr Fərmanın xarakterinin mahiyyətini açıb
aydınlaşdırır. Fərman bu dəfə ən gözlənilməz yola əl
atır. Həkimbaşına pul verib Gövhərtacı qaçırdır. An-
caq Fərman bu dəfə də arzusuna çata bilmir. Yağışdan
çıxıb yağmura düşür. Hacı Mirzə Əhməd ağa qızın ni-
kahını özünə oxuyur. Bunu bilən Fərman artıq müba-
riz yox, aciz qəhrəmana çevrilir. Bundan sonra onun
faciəsi başlayır.
Ədib qədim təsəvvüf ədəbiyyatından bəhrələnərək
Fərmanı Məcnun kimi ölkələrə salır. Artıq o, Dərviş
Nakam kimi gəzməyə başlayır. Təsəvvüf ədəbiyyatın-
da aşiq sevgilisinə maddi dünyada qovuşa bilməyəndə
mənəvi dünyasında əsl məhəbbətini tapır. Fərman
müsbət qəhrəman kimi qüvvətli ifşaçılıq imkanlarına
malikdir. Onun faciəli taleyi öz-özlüyündə yaşadığı
cəmiyyətin ədalətsizliyini və fırıldaqçı din xadimlə-
rinin riyakarlığını rüsvay edən çox tutarlı və xarakter
faktıdır: «Ata, bu gecə mən şəhərdən gedəcəyəm. Hər
bir yerdən «Dərviş nakam» adı eşitsən, bil ki, oğlun-
dur. Mən bu adla dünyanı səyahət edəcəyəm. Bilmə-
yirəm harada öləcəyəm. Ancaq arzu edirəm ki, öləndə
gözlərim o fasiq Hacı Mirzə Əhməd ağanın divarına
baxsın və divarın dalından mənim kimi dərdə mübtəla
gözəl bir vücudu hiss eləsin. Ata, mən gedirəm. Am-
Aynurə Paşayeva
62
ma sənə vəsiyyətim budur ki, inanma bunlara! Onla-
rın danışıqları hamısı riya və yalandır: allahları və
şəriətləri də yalandır! Əgər yalan olmasaydı, özləri
ona itaət edərdilər! Dünyada sərvət yığmaq, ləziz çö-
rək yemək, behiştə bənzər otaqlarda, qəsrlərdə əylə-
şib, nazənin sənəmlərdən aparmağa çalışmazdılar: hə-
mişə tərif etdikləri axirət üçün çalışırlar! Doğru ol-
saydı, hamıdan qabaq ruhanilər, dünyaya fani deyən-
lər, dünya malına cəhənnəm odu deyənlər onu axtarır-
dılar» (31, s. 112). Fərman hekayənin sonunda dərin
iztirablarla dünyasını dəyişir.
Gövhərtac da öz sevgisində Fərman kimi bacardı-
ğı qədər mübarizdir. Gövhərtac atasının onu istər Xu-
dayar xana, istərsə də Hacı Mirzə Əhməd ağaya ve-
rəndə razılaşmır. Hətta arxasına baxmadan evi də tərk
edib sevgilisinin yanına qaçır. Hacı Mirzə Əhməd
ağanın evində üç il olsa da, Fərmanın dərdindən xəstə
olub yorğan-döşəyə düşür. Ölümünə yaxın Hacı Mir-
zə Əhməd ağaya vəsiyyət edir ki, onu Fərmanın qəbri-
nin yanında basdırsın. Ancaq Hacı Mirzə Əhməd ağa
onun vəsiyyətini əməl etmir. Fərmanla Gövhərtac nə
qədər çalışsalar da, dövrünün amansız qanunları qarşı-
sında aciz qalırlar.
Məni nə vədə Şuşaya yetirərsən?
63
Ə. Haqverdiyevin nəsr əsərlərindəki mənfi surət-
lər də, çox maraqlı və orijinal bir silsilə təşkil edir.
Ədib əsərə keçməzdən əvvəl bir neçə söz olan hissədə
qeyd edir: ««Cəhənnəm məktubları» adlandırdığım bu
əsərim «Marallarım»ın mabədi olaraq, bir para mənfi
tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir» (31,
s. 26).
Ədib bütün eybəcərlikləri, dövrünün qanunsuzlu-
ğunu mənfi tiplərin simasında təsvir edir. Olduqca
satirik surətlərlə bol olan povest Xortdanın dili ilə ifşa
olunur. Mənfi tiplərin də özlərini də bu cür qrup-
laşdırmaq olar:
1) Fırıldaqçı din xadimləri, tacirlər.
2) Yerli dövlət məmurları (xan, bəy və s.).
3) Çar məmurları.
Ədib «Xortdanın cəhənnəm məktubları»nda tacir-
lərin və ruhanilərin heç birinin ayrı-ayrılıqda müfəssəl
portretini yaratmamışdır. Bununla belə əsərdə tacir-
lərin ən səciyyəvi cəhətləri dəqiq açılmış və onlar çox
mükəmməl rüsvay edilmişdir.
Ədib Bərdə və Ağdam bazarlarının təsvirini verən
zaman buradakı tacirlərdən, hacıların fırıldaqçılığına,
acgözlüyünə, dələduzluğuna aid kinayəli işarələr ver-
mişdir. Tədricən bu ümumi kinayələr konkretləşir və
Aynurə Paşayeva
64
hacı Mehdiqulunun müamiləçiliyindən, Məşədi Sün-
bənin fırıldaqçılığından, «imarətlər», gəmiləri, kar-
vansarası olan Hacının ifrat xəsisliyindən özünün zir-
və nöqtəsinə çatır.
Ədib Hacı Mehdiqulunun digər hiyleyi-şəriyyə-
sindən danışanda yazır: «Tutalım, bir nəfər bəy gəlib
hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötə-
bər bilib razı olur. Gərək altı ayını vədəsinə altı yüz
əlli veksel yazılsın. Hacı əl qatıb qəfəsdən bir ədəd bir
abbasılıq yaylıq götürüb deyir:
– Bəy, siz bu yaylığı məndən yüz əlli manata al-
mağa razısınızmı ki, pulunu da altı aydan sonra verə-
siniz?
Bəy razı olur, veksel altı yüz əlli manata yazılır.
Beş yüz manat bəyin borcu və yüz manat da altı ay-
dan sonra verəsiniz!» (31, s. 35).
Digər din xadim Ağ Molla yenə pul qazanmaqdan
ötrü islam dinin qanunlarına zidd gedir. Çünki islam
dinində o biri dünyaya gedib qayıtmaq yoxdur. Əgər
bir insan öz istəyi ilə belə etsə, cəhənnəmi gəzdirsə,
bunun müqabilində müəyyən məvacib alırsa, əlbəttə,
bu böyük cinayətdir.
Digər din xadimi Məşədi Sünbədir. O, gördüyü
əməllərində heç bir günah iş görmür. Ancaq Məşədi
Məni nə vədə Şuşaya yetirərsən?
65
hamıya pul verərdi, hamıya kömək edirdi, hamının
əlindən tutardı. Əlbəttə, yaxşı insan olduğuna görə
yox, sələmçi olduğuna görə. Ona görə də cəhənnəmdə
onun iki ayaqlarını sifətinə bağlayıb bir aşağı-yuxarı
sürüyürlər.
Başqa bir Hacını da hədər yerə görə cəhənnəmə
salmayıblar. Çünki Hacı kəndlərdən on girvənkəlik
yağı yeddi manata yığırmış. Amma hamının Hacıya
inamı vardı. Çünki bir dəfə Hacı alıcının beş manatını
əskik qaytardığına görə onun pulunu özünə geri qay-
tarmışdı.
Ədib Hacı obrazının daxili aləmini həm bədii psi-
xoloji portretlə, həm də monoloqu və dialoqlarla açıb
göstərir. Ədib onun portretini yaradan zaman xarici
görkəminə üstünlük vermir. Birbaşa onun xarakterinə
keçir: «Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə,
istər xəsislikdə neçə ədəd böyük imarətləri, gəmiləri,
karvansaraları var idi. Bununla belə, gündə iki abba-
sıdan artıq xərc etməzdi. Yol uzaq olanda faytona
minməzdi, çünki beş şahı fayton pulu xərc hesab edər-
di. Həmişə qonyaka minərdi. Haraya istəsəydi, bircə
şahı manata aparardılar» (31, s. 85).
Hacının xəsisliyi bununla bitmir, həkimə pul ver-
məyin dərdindən ömrünün axırına kimi tək gözlə gəz-
Aynurə Paşayeva
66
məyə razı olur. Hacı komandirin gəminin batmasın-
dan ötrü on manat nəzirini eşidəndə «üç gün oruc tut-
ması» bundan yaxşı hesab edir. Düzdür, Hacı şəriət
qaydalarını yaxşı bilirdi. Cəhənnəmdə Xortdana rast
gələn Hacı real dünyaya qayıdacağını fikirləşir. Çünki
Hacının min bir əziyyətlə yığdığı pulu onun oğlu axı-
rına çıxmışdır. Hacıdan qalan bütün paraxodlar, kar-
vansaraların hamısını qumarda uduzmuşdur. Hacı
bunları eşidəndə ürəyi gedir. Hacı cəhənnəmdə də
mal-dövlətinin taleyini fikirləşir. Çünki mal-dövlət
onun üçün bu dünyada hər şeydən, hətta öz doğma ca-
nından belə üstündür. Hacıya cəhənnəmdə cəza kimi
törətdiyi əməllərin müqabilində odlu pullar saydırır-
lar.
Xortdan Odabaşı ilə cəhənnəmi süpürən Hacı
Mirzə Əhməd ağa ilə rastlaşır. Hacı Mirzə Əhməd ağa
ilə bağlı əhvalat «Odabaşının hekayəsi» adlanır. Bu
hekayədə öz mənfəətlərini fikirləşən din xadimlərinin
dövrün günahsız, bir-birini böyük məhəbbətlə sevən
gənclərinin bədbəxt taleyinə səbəb olmasından danışı-
lır.
Qeyd etmək lazımdır ki, «Odabaşının hekayə-
si»ndə mövzusu mənəvi eşq və maddi eşq qarşıdur-
ması əhatə edir. Əsərdə ideyanın bədii həllinə yazıçı
Məni nə vədə Şuşaya yetirərsən?
67
orijinal bir şəkildə, süjetin Gövhərtac ətrafında qurul-
masıyla həyata gerçəkləşdirir. Gövhərtac pak və mü-
qəddəs eşqin rəmzidir. Ətrafındakılar isə Gövhərtacın
məhəbbətinə maddiyyat baxımından yanaşırdılar. Ha-
cı Kamyab, Gövhərtacın anası, Hacı Mirzə Əhməd
ağa insani münasibətlərə varlanmaq ehtirası ilə yana-
şan obrazlardır.
Hekayənin əvvəlində Hacı Kamyabın xarakteri
bədii təhkiyədə aydınlaşır: «İbrahim Hacı Kamyab
adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zən-
gin tacir sayılırdı. Onun ticarəti nəinki öz məmləkə-
tində, hətta əcnəbi ölkələrdə də işləyirdi. İstanbulda,
Bakıda, Tiflisdə, Batumda onun amilləri var idi. Ru-
siyanın hər şəhərində onun malı işlərdi. İldə bir dəfə
Hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına
bələd olmaq üçün Rusiyanı, Türkiyəni gəzib qayı-
dardı...
Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi.
Hər il məhərrəm ayının birindən onunadək imam
ehsanı verərdi. Şəhərin cəmi tüccarı, üləma və soldatı
onun ehsanından cəm olurdular. Aşura günündən baş-
lamış imamın qırxınadək təkyə saxlardı. Təkyələrində
çay və qəndab sel kimi axardı. Bununla belə, Hacı
Kamyab qardaşı İbrahimin əlini tutmazdı və deyərdi:
Aynurə Paşayeva
68
«İkimiz də bir atanın. Bir ananın uşaqlarıyıq, atamız
ikimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qaza-
nan kimi o da qazansın» (31, s. 90-91).
Hacı Kamyab öz doğma balasını Xudayar xana
vermək istəyəndə səhərdən-axşama kimi qapısında
nökər kimi işləyən Fərmanı da başa düşürdü. Onun
bütün bunları Gövhərtacdan ötrü elədiyini də bilirdi,
amma buna icazə verirdi. Çünki Hacı Kamyab tacir
adam idi. Öz gəlir və çıxarlarını yaxşı fikirləşirdi. Fi-
kirləşirdi ki, qoy nə qədər işləyir, işləsin. Çünki nə qə-
dər çox işləsə, Hacı Kamyabın xeyrinə idi. Hacı Kam-
yab qızını Hacı Mirzə Əhməd ağaya da verməyə razı-
laşır. Ona görə ki, Hacı Mirzə Əhməd ağanın əmlakı
və sərvəti Xudayar xanınkından artıq idi. Xanın pam-
bıq və ərzağını icarəyə götürüncə ağanınkını götürmə-
yi fikirləşir, həm də bunu özünə yüksək rütbə də he-
sab edirdi. Hacı Kamyabın gözünü mal-dövlət həris-
liyi elə bürümüşdü ki, Gövhərtacla Fərmanı təmənna-
sız və fədakar məhəbbətini fikirləşmirdi. Beləliklə,
konflikt maddi maraqların xeyrinə həll olur. Ancaq
sonda maddiliyin qalibiyyətini zahiri saymaq olar.
Çünki Hacı Kamyab nə qədər var-dövlət fikirləşib ha-
lının yaxşılaşmasını istəsə də, bir o qədər də qızının
taleyini uçuruma aparırdı. Bunu biz İbrahimin nit-
Məni nə vədə Şuşaya yetirərsən?
69
qində də görürük; «Gövhərtac da sən gedəndən naxoş-
dur. Əmini görsən, tanımazsan. Xiffətdən, qüssədən
müqəvvaya dönübdür. Mirzə Mehdi həkimbaşı gündə
neçə dəfə ağanın evinə gedir. Hətta ağa yazıb padşa-
hın xüsusi təbibini gətirdi. O da bir neçə gün qalıb
getdi. Deyirlər, mərəzi vərəmdir, sağalmayacaqdır»
(31, s. 119).
Hacı Kamyabın tamahkarlığı yeganə övladı olan
Gövhərtacın fəlakətli səhnəsində ən kəskin və sərrast
ifşasını tapmış olur. Lakin Hacı Kamyab hekayənin
ikinci yarısında göstərilmədiyindən bu obraz müəyyən
dərəcədə natamam görünür.
««Odabaşının hekayəsi»ndə Gövhərtacın anasını
bir obraz kimi xarakterizə edən şərhlərdən qaçılır.
Qadının bir şəxsiyyət kimi ətraf aləmə, ailəsinə, nəha-
yət, öz doğma qızına münasibətini, fərdi mənəvi key-
fiyyətlərini, ancaq bircə detal – Ac Kamran xanın ar-
vadıyla özünün müqayisəsi müəyyənləşdirir, qızının
nişan xəbəri onun üçün qızının xoşbəxt taleyi, səadəti
ilə bağlı xəbər deyildir. Onun üçün qızının taleyinə
verilən reaksiya, yaranan ovqat, ancaq bu hissin tə-
əssüratından qaynaqlanır» (46, s. 87). «O günü ha-
mamda başıma su tökürəm, gördüm bir nəfər arvad
yanımdakına deyir:
Aynurə Paşayeva
70
– O başına su tökən kimdir? Ona deyin bir az
kənara çəkilsin. Suyu üstümə sıçrayır.
Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamya-
bın arvadıdır, dedi:
– Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İb-
rahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin.
–
Sonra baxam, görəm kim? Ac Kamran xanın
arvadı...
Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona
özüm çimib çıxınca hamama girməyə izn vermə-
yəcəm. Qoy desinlər:
–
Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir.
Hacı Kamyab çıxandan sonra arvad qabaqca müc-
rünün qapağını açıb tamaşa elədi. Mücrü də qiymətli
cavahirat az deyildi. Amma arvadının zənnincə, bu
mücrüdəki cavahirat Hacının cəmi dövlətinə bərabər
idi» (31, s. 94-95).
Mücrüdəki cavahirat Gövhərtacın anasının əhval-
ruhiyyəsi baxımından qiymətləndirilir və özünün bü-
tün mal-dövlətinə bərabər tutulur, çünki cəvahir dolu
mücrü onun yeganə məqsədinə, arzusuna çatmağın-
dan xəbər verir və ona həmin mücrüyə Gövhərtacın
nişan mücrüsü kimi deyil, ağlına gətirmədiyi, amma
həsrətini çəkdiyi qələbəsinin rəmzi kimi baxır.
Məni nə vədə Şuşaya yetirərsən?
71
Əslində Gövhərtacın anası mənəviyyat baxımın-
dan çox kasıbdır. O, həyatın xoşbəxtliyini yalnız dün-
yanın cah-cəlalında görürdü. O, qızının sağaldığını
eşidəndə bunu getdiyi pirlərlə əlaqələndirir. Buradan
onun avamlığı, cahilliyi aydın bilinir: «Yox, bu dər-
man işi deyil. Dünən mən gedib imamzadədə şam
yandırdım. İmamzada mənim qızıma kömək elədi.
Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz»
(31, s. 102).
Mənəviyyatında olan elmsizlik onun nitqində bü-
ruzə verir. Əlbəttə, bu hadisə o dövrün bir çox tacir
arvadları üçün səciyyəvi xüsusiyyət idi. Gövhərtacın
Hacı Mirzə Əhməd ağaya verildiyini eşidəndə anası-
nın ən böyük arzusunun şahidi oluruq: «Arvad bunu
eşidəndə az qaldı durub evin içində oynasın. Öz-özü-
nə deyirdi: «Bundan sonra nəinki Kamran xanın ar-
vadı, hətta tamam əyanın arvadları məclisində mənim
ayağıma duracaqlar. Qoy gözü götürməyənlərin can-
ları çıxsın» (31, s. 109).
Dar dünyagörüşlü bu xanım ancaq başqalarının
fikrini dəstəkləyir. Onun üçün ancaq var-dövlət ma-
raqlıdır.
Ədib Hacı Mirzə Əhməd ağanın ilk portret təsvir-
ləri, əvvəlcə, oxucuda xoş təəssürat oyadır. Oxucuya
Aynurə Paşayeva
72
elə gəlir ki, nəhayət ki, cəhənnəmdəki hacıların içəri-
sində bir etibarlısına da rast gəlindi: «Bir polis nəfəri-
nin, bir xanın, bir hakimin Hacı Mirzə Əhməd ağanın
evindən adam çıxartmağa hünəri yox idi. Dəstə ki,
girdi, qurtardı. Hacı Mirzə Əhməd ağanın xanimanı
qədim zamandan müqəddəs bir məkan hesab olunur-
du.
Hacının atası və babası, həmçinin, nüfuz sahibi
müctəhidlərdən olublar... Cəmi əhali Hacı Mirzə Əh-
məd ağanı müqəddəs hesab edirdi. Hətta belə danı-
şardı ki, guya ağa çətin məsələlərin həlli üçün gecə
yarısı bir xəlvət otağa çəkilib, orada peyğəmbərlə söh-
bət edib fitva alır.
Ağanın xüsusi məvacibxor agentləri hər yeri do-
lanıb, belə xəbərləri buraxırdılar və avam xalq da bu
agentlərin sözlərinə bavər edirdilər» (31, s. 105).
Müəllif göstərir ki, Hacı Mirzə Əhməd ağaya ha-
mının böyük ehtiramı vardı. Hamı onu dindar insan
kimi tanıyardı. Çünki o, namaz qılmayanları, oruc tut-
mayanları, xüms, zəkat verməyənləri qapısına qoy-
mazdı. Məhz bu xüsusiyyətlərinə görə də Hacı Mirzə
Əhməd ağaya Fərman pənah aparıb Gövhərtacı onun
evinə qoyur. Çünki şəhərdə ən etibarlı adam o idi. Ha-
cı Mirzə Əhməd ağa da Fərmanın təklifinə icazə verir.
Məni nə vədə Şuşaya yetirərsən?
73
Hacı Mirzə Əhməd ağanın hadisələrin bu məqamı-
nadək onun xarakterinin yaxşı tərəfləri görünür. Göv-
hərtacın sayəsində onun əsl siması üzə çıxır. Hadisə-
lərin bundan sonrakı gedişatında Gövhərtac onun bü-
tün mənfi xarakterini bəyan edən bir surətə çevrilir.
Hacı Mirzə Əhməd ağa barəsində işlədilən nəfsi-əma-
rə nəfsin yeddi forması içərisində ən dəhşətli nəfs for-
masıdır. İnsanı bəd əməllərə sürükləyən nəfsdir. An-
caq Haqverdiyev bunu «əmredici nəfs» adlandırır.
Hacı Mirzə Əhməd ağa nə qədər xeyirxah olsa da,
onun tamahkarlığı nitqində özünü göstərir: «Fərman
gedəndən sonra Hacı Mirzə Əhməd ağa otağında bir
qədər o baş-bu başa gedib, Fərmanın və Gövhərtacın
gələcək xoşbəxt günlərinin gözünün qabağından ke-
çirirdi və xəyalında deyirdi: «İki sevginin bir-birinə
yetişməklərinə səbəb olmaq böyük savabdır. Qoy
dünyada istirahətlə ömür sürüb, mənə duaçı olsunlar.
Bu yerdə qəflətən ağanın başına bir şeytan fikir
gəldi: «Yox, belə deyil! Fürsət fövt eləyən aqil deyil,
divanədir. Belə fürsət heç vaxt ələ düşməz. Qələt elə-
yir Fərman, başını daşa döyür Xudayar xan! Qızın ni-
kahını özümə oxuyacağam. Hacı Kamyabın sərvətin-
dən keçməkmi olar?» (31, s. 108).
Aynurə Paşayeva
74
Hacı Mirzə Əhməd ağanın xarakterindəki eybəcər
cizgilər bundan sonra özünü göstərir. Nəfsi-əmarə
onun dilindən xarakterindəki eybəcərlikləri üzə çıxa-
rır. O, Fərmanı arxayın edib evinə göndərir. Fərman
Gövhərtacın Hacı Mirzə Əhməd ağaya verildiyini
eşidəndə dərviş olub çöllərə düşür. Sonra isə Füzuli-
nin Məcnunun dilindən deyilən qəzəllə həyatdan ge-
dir. Hacı Mirzə Əhməd ağa Gövhərtaca tam sahiblənə
bilmir. Baxmayaraq ki, Gövhərtacın valideynlərini
maddi qüvvəsinin gücü ilə razı salır, ancaq mənəviy-
yat üzərində qələbə çala bilmir. O, Gövhərtacın son
nəfəsində verdiyi sözü əməl etməməklə ən çirkin si-
masını ikinci dəfə sübuta yetirir. Hacı Mirzə Əhməd
ağa bu dünyada olduğu kimi, o dünyada da onların
qovuşmasına mane olmaq istəyir. Əlbəttə ki, bəlkə də,
Hacı Mirzə Əhməd ağa fikirləşirdi ki, Gövhərtacla
Fərmanı birgə dəfn etsə, onu qınayardılar ki, öz arva-
dını keçmiş sevgilisinin yanında dəfn edir.
Ə. Haqverdiyev yerli dövlət məmurlarının hamı-
sını mənfi planda vermişdi. Bu dövlət məmurları uç-
tel, Dəsturov, həkimbaşı Mirzə Mehdi, vəkillər, vətən
xainlərini təşkil edir. Haqverdiyev uçteli, yəni müəl-
limi oxucuya təqdim etməzdən əvvəl onun xarici port-
retini yaradaraq yazır: «Bir nəfər arıq, uzunboğaz,
Məni nə vədə Şuşaya yetirərsən?
75
başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırx
sinində şəxs, qabağında bir stəkan dişləmə çay. Tez-
tez yumruğunu yerə döyüb burnunu çəkərək, onunla
yanaşı oturmuş tənumənd, yoğun qarasaqqalı bir ham-
pa kəndli ilə mübahisə eləyirdi» (31, s. 29).
Haqverdiyev mənfi tiplər silsiləsinə, zəhmətkeş
xalqı elmdən uzaqlaşdıran «ziyalı» və «oxumuşlar»
da daxildir. Mirzə Səttar – «uçtel» işdən çıxarıldığına
görə səbəbi hampada görür. Ancaq əslində hampanın
heç bir günahı yox idi. Çünki hampa Mirzə Səttarın
dərs gətirməyə getmək bəhanəsi ilə kef eləməyə getdi-
yini bilmirdi.
Həyat həqiqətlərini olduğu kimi təsvir edən ədib
«Xortdanın cəhənnəm məktubları» kimi əsərində, yeri
gəldikcə, maarifin geriliyini, dözülməz vəziyyətdə ol-
masını qamçılayırdı. Ədib yaxşı bilirdi ki, maarifin
olamaması zəhmətkeş xalqı uzun müddət fırıldaqçı
din «məddahlarının» ağır pəncəsi altında saxlamış,
göz açmağa qoymamış, qaranlıqdan işıqlı aləmə çıx-
masının qarşısını almışdır. Ə. Haqverdiyev, C. Məm-
mədquluzadə, Sabir kimi məktəblərin tamamilə yeni
qaydada qurulmasını arzu edirdi.
Cəhənnəmdəki «Veyl quyusu»na vətən və dövlət
xainlərini salırlar. 1828-ci il «Türkmənçay» müqavi-
Aynurə Paşayeva
76
ləsi imzalarkən vətənin bir hissəsini öz nəfsinə satan
yerli vəkillər təpəsi üstə bu quyuya salınmış, onların
«vay-dədəm vay» səsi yetmiş ildən sonra cəhənnəmdə
eşidilir. Öz məmləkətini «bir yaranallığa satan Qara-
bağ hakimi İbrahim xan və başqa vətən xainləri belə-
cə tənqid və ifşa olunur. Nəsrəddin şah, Sultan Əbdül-
həmid, Nikolay, Purişkeviç, Stolipin irticası, Fazili-
Dərbəndi, Molla Hacı Baba və s. tarixi şəxsiyyət və
onlarla bağlı hadisələr, yəni «Molla Nəsrəddin» jurna-
lının daimi tənqid hədəfləri povestdə dönə-dönə yada
salınır və adları çəkilərək qamçılanır. Qurani-Kərimdə
Veyl haqqında yazılır: «O, günü yalanlamış olanlara
Veyl vardır» (əl-Mursəlat surəsi, 15-ci ayə); «Mən
onu sərt bir yoxuşa sürükləyəcəyəm» (əl-Muddəssir
surəsi, 17-ci ayə). Əbu Səid əl-Xudri – radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi
və səlləm – buyurdu: «Veyl - Cəhənnəmdə bir vadidir
(Başqa rəvayətdə: İki dağ arasında bir vadidir). Kafir
orada 40 il batar. Lakin dibinə çatmaz».
«Xortdanın cəhənnəm məktubları»nda başlıca
tənqid hədəflərindən biri qondarma ərizələrlə çar hö-
kumətindən ona-buna bəylik rütbəsi almaqla varlanan
Dəsturovdur. O, Şuşada yaşayan konkret tarixi şəxsiy-
yətdir. «Molla Nəsrəddin» jurnalı həddini aşan bu fı-
Məni nə vədə Şuşaya yetirərsən?
77
rıldaqçı haqqında «Dəsturov sehrkar» imzası ilə ay-
rıca ifşaedici bir elan çap etmişdir. Ə. Haqverdiyevin
ona verdiyi satirik bədii səciyyə həmin elanla yaxın-
dan səsləşir. Dəsturovun və bir sələmçi tacirin tamah-
karlıq, «nəfsi-əmmarə» azarına tutulduğunu göstərən
ədib, belə tipləri Vaqifin məşhur bir beyti ilə bədii
ümumiləşdirir:
Alimu abid, müridü mürşüdü şagirdü pir,
Nəfsi-əmmarə əlində cümləsi
olmuş əsir (31, s. 82).
Müəllifin hünəri, cəsarəti, qələm qüdrəti təkcə on-
da deyil ki, qara camaatın gözündən pərdə asıb güclü
nüfuz, böyük hörmət qazanmış mənsəb sahiblərini,
«müqəddəs» cildinə girənləri tənqid və ifşa etməkdən
qorxub çəkinmir. Başlıca ustalıq bir də ondadır ki,
ədib tənqid eləməyin çeşidli formalarını axtarıb tapır,
orijinal satirik ədəbi-bədii priyomlar, qənirsiz müqa-
yisə və paralellər, bənzərsiz gülüş yaratmaq üsulları
seçə bilir. Bircə oxla bir neçə hədəfi vurur, «Molla
Nəsrəddin»in əsas və ardıcıl tənqid obyektlərindən
olan mənfi tiplərin bostanına daş atmağı da unutmur.
Aynurə Paşayeva
78
Ədib Dəsturovu təqdim edən zaman təzadlı kina-
yəli gülüş yaradır: «Əgər mənə desəydilər ki, Hacı
Molla Baba saqqalını qırxdırıbdır, inanardım; Bakı
qoçuları and içiblər ki, adam öldürməsinlər, inanar-
dım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur,
inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur,
inanardım; Purişkeviç bolşevik olub, inanardım; am-
ma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cə-
hənnəmə göndərəcəklər, inanmazdım. Gözümlə gö-
rəndən sonra məndə daha şəkk yeri qalmadı» (31,
s. 80).
İnkari və iqrari hökmlərin birləşməsi nəticəsində
yaranan mürəkkəb, məntiqi sillogizmləri xatırladan bu
cümlələr həmin insanların xarakterindəki yad və zidd
olan əlamətlərdir. Ancaq müəllif Xortdanın dili ilə
bunlara inanmağın mümkün olduğunu deyərək kina-
yəni daha da mübaliğələşdirmişdir.
Guya ancaq Dəsturovun ictimai həyatda mötəbər
adam kimi seçilib sayılmasından danışan Xortdan,
əslində çox mətləblərə toxunur, çoxlarının eybini açır,
həm də söhbəti mənalı gülüş doğuran, maraqlı qarşı-
laşdırma yolu ilə ədəbi manerası ilə aparır. Dəsturov
cəhənnəmə düşməsindən şikayətlənir, günahını başa
düşmür və Xortdanla söhbətində sağ ikən gördüyü
Məni nə vədə Şuşaya yetirərsən?
79
işlərə tam bəraət qazandırmaq niyyəti ilə deyir: «Qar-
daşoğlu, mən özüm də bilməyirəm təqsirim nədir. Bir
gün mənim namazım keçməyib, bir il orucum keç-
məyib. Özün məni yaxşı tanıyırsan. Amma bu cəhən-
nəm müdirləri deyirlər ki, sən dünyada xalqı dolaş-
dırıb. Pullarını alıb yeyirdin. Mən nahaq yerə kimin
pulunu yemişəm? Almışamsa da, öz haqqımı almı-
şam, hamı bilir ki, mən seyid və övladi-peyğəmbə-
rəm. Hər bir müsəlmanın sərvətində, mədaxilində, ye-
rində, əkinində mənim cəddimin hissəsi var. Mən
görəndə ki, hökumət adamları gəlib hər kəsin mül-
künə sərhəd qoymaq istəyir, mən özümü haqlı bilib,
gedib o mülkün bir hissəsinə özümü malik elan edir-
dim. Mülk yiyəsi mənə bir qədər pul verəndən sonra
ixtiyarımdan əl çəkmirdim. Amma belə deyirəm. Am-
ma bunlar deyirlər ki, belə deyil. Xalq sənə pul verib
yaxalarını divan get-gəlindən qurtarırdı. Sənə iyirmi
manat verəndə yüz manat xərcdən, neçə ilin avaralı-
ğından xilas olurdular. Sən də bunu hər bir mejovoy
olan yerə gedib ispor qoyurdum» (31, s. 80).
Maraqlı etirafı ilə, tam özünü müdafiə məqsədi ilə
söyləmiş bu sözlər surətin xarakterini daha da möh-
kəm ifşa edir. Dəsturov bu sözləri ilə bir seyid kimi
xalqın başına açdığı fırıldaqları tam çılpaqlığı və ey-
Aynurə Paşayeva
80
bəcərliyi ilə özü etiraf edir. O, öz əməllərində heç bir
haqsızlıq və əcaiblik görmür. Çünki onun yaşadığı
mühit və cəmiyyət bu fırıldaqlara tam ixtiyar və bə-
raət vermişdi. Digər tərəfdən, Dəsturovun əməllərinə
görə «cəhənnəmin müdirləri» tərəfindən ittihamı da
verilmişdir. Bu ittiham isə əsaslıdır. Dəsturov həm də
durbin (uzaqgörən) adam idi. O, babası bəy olanlar-
dan pul alıb canişin dəftərxanasına ərizə yazırdı. Bu
yolla da böyük qazanc əldə edirdi.
Xortdan Dəsturovun bəd əməllərindən agahdır.
Çünki cəhənnəmdə xəsis tacir olan Hacıya rast gələn-
də Hacı ondan ona az əziyyət verilməsini xahiş edir.
Xortdan cavabında deyir: «Ancaq sənə bir tədbir tökə
bilərəm. Bu yaxında Dəsturov adında bir kişi var.
Ərizə yazmaqda çox qoçaqdır. Ona deginən Allaha
bir ərizə yazsın. Bəlkə, bir fayda verdi» (31, s. 88).
Ədibin «Molla Nəsrəddin» sayağı cəsarəti, söz oxunu
hədəfə düzgün tuşlayıb onu sərrast vurması, incə və
mahir sənətkarlığı, dərin mənalı, öldürücü kinayəsi,
soyuqqanlı, ancaq aydın tendensiyası göz qabağında-
dır.
«Ə. Haqverdiyevin nəsrinin realizmi – dolğun re-
alizmdir. Realizminin başlıca prinsipi – xarakterlərin
sosial gerçəklərə uyğun, həm də sosial determinizm
Məni nə vədə Şuşaya yetirərsən?
81
zəminində təqdim və təsviri burada aparıcıdır.
Ə. Haqverdiyevin milli müsəlmanı konkret milli mü-
səlman cəmiyyətinin övladıdır, bütöv bir ictimai mü-
nasibətlər daşıyıcısıdır» (22, s. 83).
Povestin sonunda Rus qoşunları və onların başın-
da duran çar II Nikolay cəhənnəmə daxil olanda cə-
hənnəmdəkilərin bəziləri onların gəlişinə razı olsa da,
bəziləri narazı qalır. Onların yolunu gözləyənlər isə
bəylər, axundlar və sair millətlərin ruhaniləri, əyan-
larıdır ki, vaxtilə real dünyada Rus qoşunlarına səda-
qətlə xidmət edirdilər. Ancaq Rus qoşunları, kazaklar
və çar II Nikolay cəhənnəmin əsərdə adı çəkilən sa-
kinlərindən ən qorxunc və dəhşətlidirlər. Hətta Xort-
dan belə onların gəlməyini eşidəndə oradan qaçmaq
istəyir. Çünki Xortdanın onlara qədər qarşılaşdığı
insanların heç biri ona zərər verməmişdir. Amma rus
qoşunlarının gəldiyini eşidən kimi paşburtsuz görüb
əziyyət verəcəyini başa düşür.
İblislə cəhənnəmdəkilərin mübahisəsində üç şəxs
haqqında nisbətən dəqiq və geniş məlumat verilir,
şikayəti isə daha da kəskinləşir: «Məgər mən istibda-
dın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə ge-
cə-gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir,
nə qədər döyülsə, bir o qədər də yumşaq olar? Mən də
Aynurə Paşayeva
82
sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam
malını, pulunu, var-yoxunu xəfiyyələrə xas elədim.
Axırda məmləkətim parça-parça olub, əlimdən getdi,
özümdə də sən Allahın lənətinə gəlmişin ucundan bu
əzabı çəkirəm» (31, s. 65).
Burada Sultan Əbdülhəmidin rəiyyətə azğın, təh-
qiramiz, münasibəti, soyğunçu, rəzil təbiəti və ümu-
mən müstəbid xarakteri onun öz dili ilə kəskin ifşa və
ittihamında tapmışdır.
İrəvan müsəlman «cəmiyyəti-xeyriyyəsi»ndə, təx-
minən, 1902-ci ildə sədr olmuş İrəvan xanlarından
birinin nitqində onun camaatdan yığdığı on iki min
manat pulu mənimsəməsi, Cavanşir qəzası mülkədar-
larından olan Adıgözəlovun şikayətində isə onun
uyezd naçalniki Vinokurova yerli bəylərdən xəbərçi-
liyi haqqındakı işarələr çox güman ki, real, həyati
faktlara əsaslanır. Kütləvi portretlərdən yalnız bu bə-
yin xarakteri ilə əlaqədar olaraq, haşiyəyə çıxılır və
daha müfəssəl məlumat verilir, süjetlə əlaqədar epi-
zodlar danışılır. Beləliklə, ədib bu «mötəbər» müsəl-
manların həm cinayətlərini sayır, həm də onları «cə-
hənnəm-əhli» kimi göstərərək rüsvay və ittiham edir.
Qalan on bir günahkarın isə şəxsiyyətini konkret mü-
əyyənləşdirmək olmur. Hiss edilir ki, müəllif özü də
Məni nə vədə Şuşaya yetirərsən?
83
onların simasında müəyyən bir adamı nəzərdə tutma-
mışdır. Çünki o adamlardan hər birinin özü haqqında
dediyi və şeytanın boynuna yıxmaq istədiyi günahlar
bütün müsəlman mühitinin ümumi qüsurlarından,
geniş yayılmış çox səciyyəvi eyiblərindən ibarətdir.
Cəhənnəmdəkilərin İblisə şikayətlərində, həmçi-
nin qardaşını öldürüb arvadına alan cahillər, rüşvətə
aldanıb vətənini satan xainlər, bir kəllə qənd, bir gir-
vəngə çay və on manat pula birinin kəbinli arvadını
başqasına verən, səkkiz yaşlı qızı yalanla on dörd ya-
şında ərə verərək ölümünə bais olan, camaatın maarif-
lənməsinə hər vəchlə maneçilik törədən, elm oxuyan-
ların kafirliyinə hökm verən mollalar, axundlar və bü-
tün fırıldaqçı din xadimlərini, arvad hamamlarına so-
xulan hacılar və məşədiləri, bişirib satdığı çörəklərin
buğdasına torpaq qatan tacirlər çox yığcam və lakonik
detallarla ifşa edilmişdir. Povestin əvvəllərində ayrı-
ayrı şikayətlərin eybəcərliklərini səbirlə açıb ifşa edən
ədibin qəzəbi burada sanki son həddə çatır və müsəl-
man dünyasının bu ümumi qüsurlarını, dərdlərini və
eybəcərliklərini böyük həyəcan və nifrətlə, qeyzlə
müəllimlə dalaşan hampa, Fərmana kömək edən dost-
ları, atası İbrahim bunlara misal ola bilər.
Aynurə Paşayeva
84
Ə. Haqverdiyevin nəsrində psixoloji təhlil üsulları
çox müxtəlifdir. Burada üç əsas üsulu xüsusi qeyd et-
mək lazımdır:
1)
Birbaşa, müstəqim şəkildə müəllifin surətə ver-
diyi xasiyyətnamə detalları, təfərrüatları. 2) Bir surə-
tin başqası haqındakı mülahizələri; 3) Surətin özü
haqqında etirafları. Bu özü də 2 yerə bölünür: a) Özü-
nün etdiyi əməlləri təsdiq edən; b) Özünün etdiyi
əməlləri inkar edən etirafları.
Qeyd etdiyimiz kimi, «Xortdanın cəhənnəm mək-
tubları» povestində olduqca çoxlu mənfi tiplər var.
Ədib ən çox bədii portret yaradan zaman onun psixo-
loji təhlilini özü verirdi. Əlbəttə ki, onun bu cür psixo-
loji təhlilində mənfi cəhətləri kinayəli yolla ifşa edir.
Məsələn: Ağdam, Bərdə bazarından danışanda, ən çox
müəllifin dili ilə məlumat verilir.
Müəllif ən çox ikinci üsuldan da istifadə edir. Be-
lə ki, Xortdan cəhənnəmə düşdükdən sonra ona orada-
kı surətlərlə tanış edir. Odabaşının dili bir növ müəl-
lifin dili kimi verilir. Uçtellə hampanın mübahisəsində
hampanın dilindən Mirzə Səttar xarakteri haqqında
məlumat verilir. Cəhənnəmdə olan bütün hacılar, və-
killər, rus dövlət nümayəndəliləri haqqında məlumat-
lar odabaşının dilindən verilmişdir.
Məni nə vədə Şuşaya yetirərsən?
85
Surətin özü haqqında etirafları başqası ilə söhbət
əsnasında açılır. Burada psixoloji təhlil onun sözləri,
fəaliyyəti ilə əlaqələndirilir. Etiraf tipli psixoloji təs-
virlərin də, özünəməxsus əlverişli, orijinal cəhətləri
var. Hər şeydən əvvəl, surət öz xarakterindən, xasiy-
yətindən bəhs etdiyi üçün onun sözləri daha inandırıcı
olur. Ancaq bu tiplərin içərisindən bəziləri cəhənnəmə
düşdüklərinə görə günahlarını başa düşürlər, bu on-
ların nitqində etiraf olunur. Amma bəzi surətlər özü-
nün buraya düşdüyünü anlaya bilmir. Üstəlik özünün
gördüyü işləri günah yox, savab sayanlar da var.
İblislə cəhənnəmdəkilərin söhbətində onlar öz dil-
ləri ilə etiraf etdiyi əməllər xüsusi fərqlənir:
«Birisi deyir:
–
Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə
qulluq eləməzdim.
O, birisi deyir:
– Sən olmasaydın, mən öz qardaşımı öldürüb ar-
vadını almazdım. Məni sən yoldan çıxartdın.
Birisi deyir:
– Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni
pula satmaz idim. Hamısını eyləyən sənsən» (31,
s. 64). Mənfi tipləri bu cür dialoqu bizə C. Məmməd-
quluzadənin «Ölülər» tragikomediyasındakı qəbiris-
Aynurə Paşayeva
86
tanlıq səhnəsini xatırladır. Həmin səhnə də hər bir ti-
pin dilindən onun törətdiyi əməllərin etiraflarının şa-
hidi oluruq. Ancaq cəhənnəmdə Məşədi Sünbə, Dəs-
turov kimi surətlər də vardır ki, onlar özlərinin törət-
diyi günahları dilləri ilə etiraf edir, amma günah hesab
etmirlər.
Məşədi Sünbə sələmçiliklə məşğuldur. O, insan-
lara verdiyi pulları xeyirli bir iş hesab edir. Guya dara
düşənlərin əlindən tutur. Üstəlik oğlunun vaqiəsinə gi-
rib deyir: «Bala, olmaya-olmaya fəqir-füqəranın əlin-
dən tutub, pul borc verəsən! Nə borcundur. Qoy Allah
özü yaratdığı bəndəsinin fikrini çəksin» (31, s. 77).
Dəsturov kimi yerli dövlət məmuru da rüşvətxor-
luqla, min bir yolla pul qazansa da, namazında, oru-
cunda dürüst olduğuna görə (daha doğrusu buna arxa-
landığına görə) cəhənnəmə düşməyinin səbəbini anla-
mır.
Ə. Haqverdiyev surətləri fərdiləşdirərkən belə
müxtəlif və rəngarəng üsullardan hər əsərin süjetinə
uyğun, hər surətin vəziyyətinə müvafiq şəkildə istifa-
də etmişdi. Hər dəfə xarakteri açanda daha əlverişli
imkanlar tapmış, təkrarçılıqdan qaçmışdı. Əlbəttə, bü-
tün bunlara əməl etməsəydi, povest nə kompozisiya,
nə də surətlərin canlılığı etibarı ilə uğurlu çıxmazdı.
Məni nə vədə Şuşaya yetirərsən?
87
Ümumiyyətlə, təsvir etdiyi hadisə və obrazlara
şəxsi tendensiyası örtülü ifadə etməyi sevən Haqver-
diyev psixoloji təhlil və təsvirlərdə də üslubuna sadiq
qalır. Müəllif tendensiyasını surətlərə verilən xasiy-
yətnamə xarakterli təfərrüatlardan, psixoloji detallar-
dan, yaxud da onların ünvanına deyilən sözlərdən,
nəql edən əhvalatların məzmunundan başa düşmək
mümkündür. Lakin istər ədibin təhkiyəsindəki, istərsə
surətlərin nitqindəki bir sıra ifadələr də müəllif ten-
densiyasını, xüsusən kinayə və nifrətini büruzə ver-
məkdədir.
Ə. Haqverdiyev dünya ədəbiyyatının ən görkəmli
yazıçıları ilə müqayisə oluna biləcək dərəcədə portret-
lər yaratmışdır. O, obrazın təsvirində xarakterin port-
ret detallarından istifadə etməyi çox sevirdi. Belə hal-
larda o, çalışırdı ki, obrazın zahiri görkəminin təsviri-
nə az yer verilsin, yalnız ən zəruri, səciyyəvi əlamət-
lərindən bəzisi nəzərə çatdırılır.
Ədib cəhənnəmdə Odabaşı haqqında danışan za-
man onun portretini bu cür təsvir edir: «Arıq, uzun,
boğazı nazik, başı balqabaq boyda. Burnu qaraquş
burnuna və saqqalına bənzəyir. Amma döşündə bir şi-
ri-xürşid nişan var. Və nişanın da ətrafında farsca bu
sözlər yazılmış: «Abi-şürəst, çe qabiliyyət darəd, be-
Aynurə Paşayeva
88
deh. Berizəd be guri-pedərəş» (Şor sudur, nəyə gərək-
dir. Ver töksün atasının goruna) (31, s. 51).
V.E. Xalizev portret haqqında danışan zaman ya-
zır: «Portret həmçinin, personaja məxsus xarakteri bə-
dən hərəkəti və vəziyyəti, jest və mimikası, üz və gö-
zünün ifadəsi ilə cəmləşdirir. Beləliklə, portret «xarici
insan» cizgilərinin möhkəm, stabil kompleksini yara-
dır» (95, s. 116).
Ədib bəzən bədii portret yaradan zaman obrazın
əhval-ruhiyyəsini də ifadə edir. Məşədi Sünbənin
ayaqlarının sifətinə bağlayıb, Hacıya odlu pulların
saydırılması onların törətdikləri əməllərə görə verilən
cəzasının bədii portretini canlandırır.
Satirik surətləri ümumiləşmiş kütləvi portretlərin-
də qrotesk üsuluna daha çox təsadüf olunur. «Xort-
danın cəhənnəm məktubları»nda Xortdanın mələköl-
mövtün haqqında verdiyi məlumat bu üsulla yaranıb.
Real həyatda mövcud olmayan bu surətin zahiri gör-
kəmi avam müsəlmanların cəhənnəm və mövhumi
qüvvələr haqqındakı təsəvvürlərinə uyğun yaradılmış-
dır.
Ümumiyyətlə, Haqverdiyev portret yaradan za-
man özünəməxsusluğu hər zaman qorumağa çalışmış-
dır. «Müsbət obrazları ucaboy, yaraşıqlı göstərmişdi.
Məni nə vədə Şuşaya yetirərsən?
89
Surətlərin yaşı haqqında xüsusi diqqətlə məlumat ve-
rilir ki, bu da onların ümumi vəziyyəti barədə müəy-
yən təsəvvür yaradır. Ancaq Haqverdiyev heç bir su-
rəti xaraktersiz, psixoloji təhlilsiz yaratmayıb. Surətin
geyiminə gəlincə Haqverdiyev əsas etibarı ilə baş ge-
yiminə diqqət yetirir» (69, s. 223).
Bədii surətlərin fərdi xarakterinin, psixoloji alə-
minin izahında və təhlilində bədii surətlərin müstəsna
əhəmiyyəti vardır. Ə. Haqverdiyevin yaratdığı rəng-
arəng surətlər silsiləsinin böyük əksəriyyəti xarakteri,
fərdi portreti ilə dəqiq səciyyələndirilmişdir. Ədibin
zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə
oxucuların nəzərində tam real insan kimi canlandıra
bildiyi surətlər xalqımızın ictimai tarixindən, təfəkkür
tərzindən, etnoqrafik əlvanlığından geniş məlumat ve-
rir, öz zamanları haqqında maraqlı hekayətlər danı-
şırdı.
Aynurə Paşayeva
90
Dostları ilə paylaş: |