ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ (7.39) “Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı! – deyəcəklər”. Kafirliyin öndərləri onların ardınca gələnlərə deyəcəklər: “Siz heç nə ilə bizdən yaxşı deyilsiniz. Biz birlikdə azğınlığa düşmüş və bizi cəzaya məhkum edən günahlara birlikdə yol vermişik. Sizi bizdən üstün edən nədir? Öz əməllərinizlə layiq olduğunuz əzabı dadın!” Buna baxmayaraq kafirliyin öndərləri və rəhbərləri sözsüz ki, onların yolu ilə itaətkarlıqla gedən günahkarlardan daha dəhşətli cəza alacaqlar. Bu isə müsəlman alimlərinin və rəhbərlərinin, onların saleh davamçılarına nisbətən daha gözəl mükafat alacaqları kimidir.
Fövqəluca Allah buyurur: “Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!”(Nəhl, 16/88).
Bu və digər oxşar ayələr Allahın ayələrini inkar edən kafirlər əbədi əzab çəkəcəklərinə dəlalət edir. Amma şübhəsiz ki, onların cəzalarının həddi törətdikləri cinayətlərin, inadkarlıqlarının, zalımlıqlarının və yalanlarının ağırlığından asılı olacaqdır. Bu dünyada bir-birilərinə bəslədikləri məhəbbət və qayğıkeşlik Qiyamət gününün başlaması ilə düşmənçiliklə və qarşılıqlı lənətləmələrlə əvəz olunacaq.