Pnevmokoklar , morfo - bioloji xüsusiyyətləri , seroqrupları . Pnevmokokların törətdikləri xəstəliklər , onların patogenezi , mikrobioloji diaqnostika prinsipləri .
S.pneumoniae ilk dəfə 1881 - ci ildə L.Paster tərəfindən quduzluqla xəstələnmiş şəxsin ağız suyundan əldə edilmişdir . Pnevmoniya xəstəliyində onun etioloji rolunu Frenkel vo Vekselbaum ( 1884 ) öyrənmişlər .

Morfo - bioloji xüsusiyyətləri . Diametri təqribən 1 mkm olan oval , yaxud lansetşəkilli diploкoklardır . Patoloji materialdan hazırlanmış yaxmalarda qalın kapsulalı cüt - cüt , təmiz kulturadan hazırlanmış yaxmalarda isə əsasən zəncir şəklində yerləşir , hərəkətsizdir , spora əmələ gətirmir . Qram müsbətdir , lakin köhnə kulturalarda qram manfi bakteriyalara da təsadüf edilir .
Fakultativ anaerobdur qidalı mühitlərə qarşı tələbkar olub , adi qidalı mühitlərdə inkişaf etmirlər Nativ zülal ( qan , yaxud zərdab ) əlavə edilmiş mühitlərdə 36-37 ° C tem peraturda inkişaf edirlər . Zərdablı aqarda kiçik , 1 mm diametrdə , zərif və şəffaf , bəzən mərkəzi hissəsi çökək Koloniyalar əmələ gətirirlər . Qanh aqarda koloniyanın ətrafında ya şımtıl hemoliz ( alfa - hemoliz ) zonası əmələ gəlir .