Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə138/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   134   135   136   137   138   139   140   141   ...   317
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ

(7.41) “Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”
Cəhənnəm döşəkləri və yorğanları oddan olacaqdır və cəza zalımları hər tərəfdən əhatə edəcəkdir. Allah özləri özlərinə zalım­lıq edənləri belə cəzalandırır. Bu layiqli cəza olacaqdır, axı Rəbb Öz qullarına heç vaxt əziyyət vermir.
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛﯜ ﯝﯞ ﯟ ﯠ ﯡﯢ
(7.42) “İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!”
Zalımların cəzalandırılacağı haqqında xəbər verdikdən sonra Fövqəluca Allah itaətkar möminlərin mükafatlandırılacağını bildi­rir, çünki onlar tamamilə səmimi olaraq iman gətirirdilər və xeyirxah əməlləri bədənlərinin bütün üzvləri ilə həyata keçirirdilər. Onlar özlərini iman və saleh əməllərlə gözəlləşdirirdilər. Onlar yaxşılığı qəlbən və bədən hərəkətləri ilə etməklə yanaşı dinin vacib hökmlərini yerinə yetirir və haram edilmiş şeylərdən çəkinirdilər.

Bu ayənin ümumi mənasından belə güman etmək olar ki, Cənnət sakinləri bütün vacib və qeyri-vacib saleh əməlləri yerinə yetirirdilər, lakin Allahın qulu bir sıra hallarda əməllərdən bəzilə­rini icra etmək qabiliyyətinə malik olurlar və buna görə Allah buyurur ki, O, insana onun imkanlarından artıq vəzifə həvalə etmir və onu daşıya bilməyəcəyi yüklə çətinliyə salmır. Bu isə o deməkdir ki, insan öz imkanlarının yol verdiyi qədər xeyirxahlıq etməlidir və o, digər müsəlmanların bacardığı, lakin onun yerinə yetirməyi bacarmadığı bəzi vacib hökmlərə görə məsuliyyət daşımır. Fövqəluca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...” (Bəqərə, 2/286);

(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı...” (Həcc, 22/78);

Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun” (Təğabun, 64/16).

Bax buna görə vacib hökmlər onu yerinə yetirməyə qadir olmayan insan üçün məcbu­riliyini qaldırır və məcburiyyət qarşı­sında günah əməl işlətmiş insan üçün həmin əməli günah sayılmır.

Doğru imana malik olan və xeyirxah əməllər edən müsəlman­lar mütləq Cənnət sakinləri olacaqlar və oranı heç vaxt tərk etməyəcəklər. Onlar hətta başqa bir məskən haqqında heç arzu da etməyəcəklər, çünki onlar Cənnət bağlarında hər cür nemət­lərdən zövq alacaqlar və bundan daha gözəl bir şeyi heç təsəv­vürlərinə belə gətirə bilməyəcəklər.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin