Əl-maiDƏ (SÜFRƏ)


ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ



Yüklə 2,51 Mb.
səhifə139/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   135   136   137   138   139   140   141   142   ...   317
ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(7.43) “Biz onların (Cənnət əhlinin) ürəklərindəki kin-kü­durəti çəkib çıxarda­rıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət bu­dur!” – deyə müraciət ediləcəkdir”.
Bu ayə Allahın Cənnət məskunlarına bəslədiyi mərhəməti­nin dəlilidir. O, onların ürəklərini kin-küdurətdən və başqaları qarşısında üstün görünmək istəyindən təmizləyə­cək və bunun sayəsində onlar bir-birilərini pak və səmimi məhəbbətlə sevən qardaşlar olacaqlar. Fövqəluca Allah buyurur: “Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər” (Hicr, 15/47).

Allah Cənnət sakinlərinə elə bir iltifat göstərəcək ki, onlar­dan hər biri öz səadətinə sevinəcək və elə hesab edəcək ki, bundan daha gözəl xoşbəxtlik, sadəcə olaraq, mümkün deyil. Cənnət sakinləri qarşılıqlı paxıllıq hissindən və ədavətdən xilas ediləcək­lər, çünki buna heç bir səbəb olmayacaq. Onların ətrafında çaylar axacaq ki, məcralarını Cənnət sakinlərinin istədiyi istiqamətdə dəyişəcəklər. Onlar istəsələr o çayları öz imarətlərinin arasından yönəldəcək, ya da istəsələr öz yüksək saraylarına və ecazkar bağlarına tərəf döndərəcəklər. Bunlar – yatağa56 ehtiyacı olmayan kiçik çaylar və həddi-hüdudu olmayan zövq və səfadır.

Möminlər Allahın onlara bəxş etdiyi iltifatını öz gözləri ilə gördükdə, ucadan deyəcəklər: “Həmd olsun bizi bu səadətə qovuş­duran Allaha! O, bizə mərhəmət göstərərək qəlblərimizi imanla doldurmuş və bunun sayəsində etdiyimiz yaxşı əməllər bizi bu məkana gətirmişdir. O, bizim imanımızı və xeyirxah əməllərimizi qoruyub saxlamış və bu məqsədə çatmağa bizə yardım etmişdir. Bizə görə bildiyimiz və görə bilmədiyimiz saysız-hesabsız nemət­lər bəxş etmiş Alicənab Rəbbimiz necə də gözəldir! Əgər O, bizi doğru yola yönəltməsəydi, biz o yolu özümüz öz gücümüzlə keçə bil­məzdik. Bizim imkanlarımız o yoldan sapmamağa kifayət etməzdi və biz bu yolda Onun bizə hədiyyə etdiyi Haqq Təlimi və elçilərinin yolu ilə getməkdə bizə göstərdiyi köməyi sayəsində dayana bildik. Allahın elçiləri, həqiqətən, haqqa dəvət edirdilər”.

Elçilərin öncədən bildirdikləri Cənnət nemətlərindən zövq alaraq, möminlər ən ali iman sahibi olacaqlar. Onlar qəti bilirdilər ki, elçilərin sözləri həqiqət idi, lakin indi onlar buna özləri əmin olacaqlar. Onlar deyəcəklər: “Biz gördük və elçilərin vəd etdiklə­rinin hamısının doğruluğuna bir daha əmin olduq. Biz əmin olduq ki, onların sözləri – sübhə doğurmayan və ya çaşqınlıq yaratmayan sarsılmaz həqiqətdir”. Belə olduqda, onlar ehtiramla səslənən tərif sözlərini eşidəcəklər: “Budur varisi olduğunuz Cənnət! Bu torpaqlar artıq sizin malikanələrinizdir, kafirlərin məskəni isə Cəhənnəm oldu. Siz bu yerlərə öz saleh əməllərinizə görə layiq görüldünüz”.

Mömin İslam ilahiyyatçılarından biri demişdir: “Cənnət sakinləri Cəhənnəmdən Allahın bağışlaması sayəsində xilas olacaq, Cənnətə Onun mərhəməti sayəsində girəcəklər, lakin oranın mülkiyyətini öz saleh əməllərinə müvafiq bölüşəcək və varis olacaqlar. Bütün bunlar Allahın mərhəmətinin təzahürüdür. Bu həm də Onun mərhəmə­tinin ən ali təzahürü olacaqdır”.



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin