Əl-maiDƏ (SÜFRƏ)


ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ



Yüklə 2,51 Mb.
səhifə144/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   140   141   142   143   144   145   146   147   ...   317
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ
(7.48) “Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” - deyəcək”.

(7.49) “(Və fağır, yoxsul möminləri kafirlərin böyüklərinə göstərərək:) “Allah onları Öz mərhəmətinə nail etməyəcək, - deyə and içdiyiniz kəslər bun­lar­dırmı?” – söyləyəcəklər. (O anda Allah həmin möminlərə müraciətlə belə bu­yura­caq:) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”
Hasarlar üstündə olan insanlar Cəhənnəm sakinlərini fərdi əlamətlərinə görə tanıyaraq onlara müraciət edəcəklər. Dünya həyatında bu insanlar şan-şöhrətlə əhatə edilmiş, dəbdəbəli həyat sürən, çox böyük var-dövlət və çoxlu oğul-uşaq sahibi olan məşhur şəxslər olmuşdular. Lakin Cəhənnəmdə onlar tamamilə tənha olacaqlar. Onlar əzab çəkəcəklər, amma heç kim onların köməyinə gəlməyəcək. Belələrini görüb, deyəcəklər: “Dünya həyatında siz bir yerdə idiniz, özünüzü xoşagəlməz hadisələrdən qoruyaraq qarşınıza qoydu­ğunuz məqsədə nail olmağa cəhd göstərirdiniz. Lakin bu gün sizin birliyinizin izi-tozu belə qalmamışdır. O, sizə bir fayda vermədi və sizin Haqqa qarşı, Onun təbliğatçılarına və tərəfdarlarına qarşı bəslədiyiniz təkəbbürünüz də sizə heç nə ilə kömək etmədi”.

Sonra onlar Cənnətin sakinlərini göstərəcəklər. Dünya həyatında onlar kasıb və zəif idilər, amma Cəhənnəmin sakinləri onlara istehza edərdilər. Hasar üstündə olan insanlar əzab çəkənlərə deyəcəklər: “Budur, baxın Cənnətə düşən insanlara! Məgər siz and içmirdiniz ki, Allah heç vaxt onlara mərhəmət göstərməyəcək? Məgər siz onları məsxərəyə qoymaqla özünüzü təkəbbürlü və özündən razı qalan adamlar kimi aparmırdınız? Sizin içdiyiniz andlar yalan oldu, indi sizin qarşınızda açılan mənzərəni siz hətta təsəvvür belə etməzdiniz”.

Belə olduqda bu kasıb möminlər böyük bir şərəfə nail ediləcəklər. Onlara deyilə­cək: “Öz saleh əməlləriniz sayəsində Cənnətə girin! Sizin gələcəyinizdən qorxunuz yoxdur və sizin keçmişdə törətdiklərinizə görə də kədərlənməyinizə dəyməz. Rahatlanın və cürbəcür nemətlərə sevinin!”

Bu vəhy Fövqəluca Allahın aşağıdakı sözlərinə oxşayır: “Həqiqətən, günah­karlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanların­dan keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adam­la­rının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. Halbuki onlara (mömin­lərə) nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, gör­sün­lər). Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)” (Mutəffifin, 83/29-36).



İslam alimləri Hasarların üstündə olan və bu insanların hansı əməl sahibləri olması haqqında rəyləri müxtəlifdir. Ən səhih rəyə əsasən, onlar cinayətləri yaxşı əməllərinə bərabər olacaq dindarlardır. Onların törətdikləri günahlar xeyirxah əməllərindən çox olmadığı üçün Cəhənnəmə düşmürlər və onların xeyirxah əməlləri də onların günahlarından artıq olmadığı üçün Cənnətə də girə bilmirlər. Buna görə onlar Allahın istədiyi qədər hasarın üstündə qalacaqlar. Sonra O, Öz mərhəməti sayəsində onları Cənnət bağlarına daxil edəcək, çünki Onun mərhəməti Onun qəzəbini həmişə üstələyir və qalib gəlir. Həqiqətən, Onun mərhəməti hər şeyi əhatə edir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin