ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ (7.81) “Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da, həddi aşmış bir tayfasınız!” Niyə siz Allahın sizin üçün yaratdığı qadınları rədd edirsiniz? Siz onlarla insan təbiətinə uyğun olaraq öz şəhvətinizi qane edə və həzz ala bilərsiniz. Bəs niyə siz kişilərlə üfunətli və iyrənc nəcisin ifraz edildiyi ən çirkin və natəmiz orqanlardan birinin vasitəsilə cinsi əlaqəyə girmək istəyirsiniz? Həqiqətən, insanlar, nəinki ona bu minvalla toxunmaq və ya yaxınlaşmaqdan, hətta onun adını çəkməyə belə utanırlar! Amma siz Allahın qoyduğu hədləri aşırsınız və qaba günahlar törətməyə cəsarət edirsiniz.