ﮜﮝﮞﮟﮠﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ (7.86) “Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!” Yollarda pusqu quraraq yolçuları hürküdüb, təhdid etməyin. Düz yolla getmək istəyənlərə mane olmayın və öz istəklərinizə uyğun olaraq Allahın yolu haqqında yanlış təsəvvür yaratmağa cəhd göstərməyin. Siz də başqa insanlar kimi Allahın Öz qullarına göstərdiyi yola hörmətlə yanaşmalısınız ki, Onun lütfkarlığını qazanasınız və Onun rəhmət məskəninə düşə biləsiniz.
Allah düzgün yolu göstərərək, sizə böyük lütfkarlıq etmişdir və siz onunla getməlisiniz, insanları o yola dəvət etməlisiniz və onu qorumalısınız. Sizə o yolu kəsmək və adamları ondan çıxartmaq yaraşmaz, çünki belə hərəkət Allahın mərhəməti əvəzində nankorluğun təzahürü və Ona qarşı düşmənçilik olardı. Sizə bu doğru və ədalətli yolu təhrif etmək və onunla gedən şəxsləri pisləmək olmaz.
Allahın xalqınızın sayını artırmaqla və sizə zövcələr, nəvə-nəticələr, sağlamlıq bəxş etməklə sizə göstərdiyi lütfkarlığını xatırlayın. O, sizi nə taun, nə də digər xəstəliklərlə sınağa çəkmədi ki, sıralarınız seyrəlməsin. O, üstünüzə sizi məhv edə bilən düşmənlər də göndərmədi və sizi yer üzünə səpələyib pərən-pərən salmadı. Əksinə, Öz mərhəməti sayəsində O, sizi vahid bir xalq etdi və sizə saysız-hesabsız nemətlər və çoxsaylı nəsillər bəxş etdi.
Şüeyb (ə) onlara bu sözlərlə öyüd-nəsihət verirdi, lakin bax gör o yaramaz canilərin sonu necə oldu! Onlar vəhdəti – parçalanmalarla, çoxsaylılığı – tənhalıqla əvəz olundu! Onlar şan-şöhrətə layiq görülmədilər. Bu dünyada nəsibləri – lənətlənmə, Qiyamət günü isə şərəfsizlik və rüsvayçılıq olacaqdır.