Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ



Yüklə 2,51 Mb.
səhifə173/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   169   170   171   172   173   174   175   176   ...   317
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(7.88) “(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığış­dır­mayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcək­siniz)?”
Öz istədiklərini yerinə yetirən və həyatdan ləzzət alan varlı adamlar və tayfa başçıları peyğəmbərin (ə) təbliğ etdiyi haqqın onların arzuları ilə üst-üstə düşmədiyini gördükdə onu təkəbbürlə rədd etdilər və Şüeybə (ə) və ona iman gətirmiş öz zəif saydıqları həmtayfalarına dedilər: “Ey Şüeyb! Əgər siz dininizdən əl çəkmə­səniz, biz səni və sənin ardınca gedənləri şəhərdən qovacağıq!”

Onlar özlərinin qeyri-adi gücündən istifadə edərək haqqın əleyhinə çıxdılar. Onlar dinin hökmlərini, əhd və vəzifələrini qəbul etmək istəmədilər. Onlar təkcə öz istəklərini yerinə yetirir və öz uzağı görməyən və onları bu naqis qərarı qəbul etməyə təkan vermiş ağıllarına istinad edirdilər. Buna görə onlar peyğəmbəri (ə) təhdid edərək, möminləri bütpərəst dininə qayıtmadıqları halda, şəhərdən qovacaqları ilə hədələmişdilər.

Şüeyb, onların iman gətirəcəyinə ümidini itirməyərək, onları doğru yola gəlməyə çağırırdı. Amma iş belə gətirdi ki, onlar onu, özlərinə tabe olmadığı halda, doğma torpağından qovmaqla hədələdilər. Axı o (ə), möminlərlə birlikdə bu torpaqda yaşamağa daha çox haqlıydılar. Fasiqlərin sözləri onu (ə) o dərəcədə heyrət­lən­dirdi ki, onlara belə dedi: “Doğrudanmı siz istəyirsiniz ki, biz sizin yalançı dininizə nifrət bəsləməyimizə baxmayaraq, onu qəbul edək? Ona nifrətimizin səbəbi onun yalançı və yanlışlığının bizə məlum olmasıdır. Sizin dininizi ancaq ona meyl edənlərin arasında təbliğ etmək olar. Lakin dininizə etiqad etməyi insanlara qadağan edən və ona etiqad edənləri ifşa edənlərə siz necə belə bir dinə gəlməyi təklif edə bilərsiniz?!!”

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin