Əl-maiDƏ (SÜFRƏ)


ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕﮖﮗ



Yüklə 2,51 Mb.
səhifə174/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   170   171   172   173   174   175   176   177   ...   317
ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕﮖﮗ
(7.89) “Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dini­nizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan!”
Əgər biz Allah tərəfindən sizin batil dininizdən və onun dəhşətli nəticələrindən xilas edildikdən sonra, yenidən sizin dininizi təbliğ etsək, siz bizim əleyhimizə şahidlik edin! Əgər biz belə etsək, Allaha qarşı iftira etmiş olarıq, çünki biz çox yaxşı bilirik ki, Allaha – Vahid, Əbədi və Özükafi Rəbbə şərik qoşanlar ən böyük yalan uyduranlardır. Onun nə zövcəsi, nə oğlu yoxdur və O, hakimiyyətini həmkarları və şərikləri ilə bölüşdürmür. Biz heç vaxt müşriklərin dininə qayıtmağa razılaşmarıq. Belə bir şey mümkün deyil!

Şüeyb müşrikləri onların dinini qəbul edəcəyi ümidindən məhrum etdi və öz sözlərini təsdiq edən bir sıra dəlillər gətirdi. Birincisi, o (ə) müşrikliyə nifrət edirdi. İkincisi, o (ə), müşrik dinini yalançı din elan etmişdi və öz həmtayfalarına təklif etmişdi ki, əgər o (ə) digər möminlərlə birlikdə həmin dini qəbul etsə, yalançı olacağına şahidlik etsinlər. Üçüncüsü, o (ə) etiraf etmişdi ki, Allah onları müşriklikdən xilas edərkən onlara böyük lütfkarlıq göstərmişdi. Dördüncüsü, o (ə) bəyan etmişdi ki, Allah onları doğru yola yönəltdikdən sonra, yenidən müşrikliyin ağuşuna qayıtmaq mümkün deyil. Onun (ə) rəyinin əsasını – möminlərin öz qəlblərində Allahı səmimiyyətlə ucaltmaları və özlərini Onun qulları saymaları təşkil edirdi. Onlar iman gətirmişdilər ki, O – ibadətə layiq və şəriki olmayan Vahid Allahdır və müşriklərin “ilahları” faydasızdırlar və ibadətə layiq deyillər.

O (ə) anlayırdı ki, Allah onlara ağıl vermiş və bunun sayəsində həqiqəti yalandan, doğru yolu isə azğınlıqdan fərqlən­dirə bilirlər. O (ə) bilirdi ki, Allahın iradəsi hökmən icra edilir və heç kim Onun qədərindən qaça bilməz və hətta bu məqsədlə bütün mümkün olanları etsə və nəhəng bir qüvvə toplasa da belə. Bax buna görə, Şüeyb (ə) demədi ki, möminlər heç vaxt müşriklərin istədikləri kimi hərəkət etməzlər, sadəcə qeyd etdi ki: “Biz, əgər Allah istəməsə, sizin dininizə heç vaxt qayıtmayacağıq! Nə biz, nə də qalan məxluqlar Onun elminə və müdrikliyinə tabe olan iradəsinin əleyhinə çıxmağa qadir deyillər. O, elmi ilə bütün varlığı qapsayır və qullarının nəyə ehtiyacı olması və onları necə idarə etmək Ona çox yaxşı məlumdur. Biz ümid edirik ki, O, bizim ürəklərimizi doğru yol üçün təsbit edəcək və Cəhənnəmə aparacaq bütün yollardan bizi qoruyacaqdır. Əgər insan Ona təvəkkül edirsə, onda O, onu ehtiyacdan xilas edir və onun istənilən mənəvi və dünyəvi işlərini asanlaşdırır”.

Sonra möminlər Allaha dua edirlər: “Ey Rəbbimiz! Bizlə xalqımız arasında ədalətlə hökm ver! Məzlum və incidilmiş haqq tərəfdarlarına, haqdan inadla boyun qaçıran zalım günahkarlara üstün gəlməyə kömək et! Həqiqətən, Sən – hakimlərin Ən Yaxşısı­san!”

Allahın qərarları iki növ olur. Birinci növə aid olan bilikdir ki, onun sayəsində həqiqət yalandan, doğru yol – azğınlıqdan, möminlər isə yolunu azmışlardan fərqlənirlər. İkinci növə aid olan isə Allahın hökmləridir ki, onların əsasında cəza zalım günahkar­ları haqlayır, möminlər isə xilasa və şərəfə nail olurlar.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin