ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ (7.90) “(Şüeyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!” Kafir əyanlar insanları Şüeybin dinini qəbul etməkdən çəkindirirdilər. Onlar deyirdilər ki, onların ardınca gedənlər mütləq ziyana uğrayacaqlar. Onlara elə gəlirdi ki, haqqa tərəfdar olmaq və düz yolla getmək insanlara ziyan və bədbəxtlik gətirir. Onlar bilmirdilər ki, ən dəhşətli ziyana onların yolu ilə gedən, azğınlığa etiqad edən və başqalarını azdıranlar düşəcəklər.