Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə181/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   177   178   179   180   181   182   183   184   ...   317
ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(7.99) “Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salma­yacağına (naz-nemət içində yaşadıq­ları halda qəflətən onlara əzab göndərmə­yəcəyinə) əmin idi­lərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!
Onlar doğrudanmı Allahın onlara sezdirmədən onları azdıra biləcəyindən ehtiyat etmirdilər? Doğrudanmı onlar düşünmür­dülər ki, Allah onlara ancaq möhlət verir? Doğrudanmı onlar bilmirdilər ki, Onun hiyləsi yenilməzdir? Həqiqətən, Allahın fəndgirli­yindən təkcə ağır ziyana uğramaları qismətlərinə yazılmış insanlar ehtiyat etməyə bilər, çünki Allahın cəzası qarşısında qorxu hiss etməyənlər törətdikləri əməllərə görə əvəz veriləcəyini qəbul etməyənlər və elçilərə layiqincə iman gətirməyənlərdir.

Bu kəramətli ayə ən böyük xəbərdarlıqlardan ibarətdir və qulları, öz imanına güvənərək, özünü tam təhlükəsizlikdə hiss etməməyə çağırır. Əksinə, qul hər şeydən daha çox yolunu aza bilməsindən və imandan məhrum ola biləcəyindən ehtiyat etməlidir. Qul daima “Ey Allahım, qəlblərə vəlvələ Salan! Qəlbimi dinində möhkəmlət!” Əgər o, sapıqlıqla üz-üzə qalmalı olursa, onda əlindən gələni etməlidir ki, şərdən uzaq olsun, çünki heç kim, əməllərinin xeyirxahlığına baxmayaraq, ömrünün xoşbəxtliklə sonuc­lanacağına ümid etməməlidir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin