Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə184/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   180   181   182   183   184   185   186   187   ...   317
ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(7.102) “Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksi­nə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmr­lərini pozmuş) günahkar kəslər gördük”.
Allahın elçiləri göndərilmiş xalqların əksəriyyəti Rəbbin bütün aləmlərin məxluq­ları ilə kəsdiyi əhdə vəfa qılmadılar. Onlar elçilərin Onun adından bəyan etdikləri hökmləri yerinə yetirmir­dilər. Həmin xalqların əksəriyyəti Ona itaət etməkdən boyun qaçırmış, Allahın nəsihətlərini əsas götürməyərək, öz istədikləri kimi hərəkət etmişdilər.

Elçilərin gəlişi və Müqəddəs Kitabların nazil edilməsi, Allahın Öz qullarını sınadığı imtahan idi. Onlara əmr olunmuşdu ki, Onunla bağladıqları əhdə sadiq qalsınlar və Onun təlimatlarına istinad etsinlər, lakin Onun iradəsinə çox az insanlar tabe oldu. Onun iradəsinə, Allahın xoşbəxt qismət təyin etdiyi kəslər itaət etdilər. Məxluqların böyük bir hissəsi isə doğru rəhbərlikdən üz çevirdilər və elçilərin təlimini təkəbbürlə rədd etdilər və elə buna görə də Qüdrətli Allah onlara müxtəlif cəzalar verdi.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin