Əl-maiDƏ (SÜFRƏ)


ﯱﯲﯳﯴﯵﯶ ﯷ ﯸ ﯹ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ



Yüklə 2,51 Mb.
səhifə186/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   182   183   184   185   186   187   188   189   ...   317
ﯱﯲﯳﯴﯵﯶ ﯷ ﯸ ﯹ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ

(7.104) “Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”

(7.105) “Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə göndər!”
Musa (ə) Fironun yanına gəldi ki, onu iman gətirməyə dəvət etsin və dedi: “Ey Firon, Böyük Hakim – aləmlərin Rəbbi göndərmişdir. Onun mülki göyləri və yeri əhatə edir. O, bütün məxluqlarını Öz qanunları əsasında qayğıkeşliklə idarə edir. O qanunlardan birinə müvafiq olaraq, Allah Özünün xəlq etdiklərini unutmur, onlara elçilər göndərir və bu elçilər müjdə verir və xəbərdarlıq edirlər. Heç kim cəzasız olaraq Onun adından yalan danışıb, bəyan edə bilməz ki, o, Onun elçisidir, əgər bu, həqiqətdə belə deyilsə. Əgər sənə Allahın sifətləri aydındırsa, onda bil ki, O, məni seçmişdir və məni Öz müraciəti ilə şərəfləndirmişdir. Bu o deməkdir ki, mənə Onun adından yalan danışmaq yaraşmaz. Mən yalnız həqiqəti deməyə borcluyam və əgər mən Onun itaətindən çıxsam, mən ləngidilmədən cəzalandırılaram – Əzəmət və Qüdrət Sahibi olan Allah məni Öz qüdrəti ilə asanlıqla və möhkəm yaxalayar!”

Bu sözlər bütün insanları peyğəmbərə (ə) itaət etməyə və onun (ə) ardınca getməyə məcbur etməliydi. Sözlərinin gerçəkliyinin dəlili olaraq o (ə), orada iştirak edənlərə Allahdan aydın bir möcüzə göstərdi. Firon və onun əyanları onun (ə) müraciətini qəbul etməli idilər. O, iki əsas tələbdən ibarət idi: onlar onun ardınca gedərək Musaya (ə) iman gətirməli idilər və İsrail oğullarını onunla (ə) birlikdə getməyə buraxmalıydılar. Onlar, Allahın aləmlərin qalan əhalisi üzərində ucaltdığı bir xalq idi. İsraillilər pey­ğəmbərlər və şan-şöhrətli Yaqub (ə) nəslindən törəyənlər idilər. Musa peyğəmbər (ə) də onlardan idi.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin