Əl-maiDƏ (SÜFRƏ)


(7.125) “(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)”



Yüklə 2,51 Mb.
səhifə194/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   190   191   192   193   194   195   196   197   ...   317
(7.125) “(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)”

(7.126) “Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimi­zin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə gö­rə­dir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!”
İman gətirmiş sehrbazlar Fironun təhdidlərini dinlədikdən sonra dedilər: “Sənin verəcəyin cəza bizi qorxutmur, çünki Allahın verəcəyi əvəz daha yaxşıdır və daimidir. Bizimlə necə rəftar etmək istəyirsənsə, et. Ancaq de görək, sən niyə bizi qınayırsan və qorxudursan, axı biz heç bir günah etməmişik. Biz bizə göstərilən Rəbbimizin möcüzəsinə iman gətirmişik və əgər bu məzəmmət ediləsi və cəzalandırılası günahdırsa, onda biz doğrudan da günahkarıq”.

Onlar Allaha imanlarını möhkəmlətməsi və onlara böyük səbir bəxş etməsi üçün dua etdilər. Belə şərhin xeyrinə dəlalət edən “səbir” (“dözümlülük”) sözünün burada qeyri-müəyyənlik forma­sında verilməsidir. Onların doğrudan da böyük səbrə ehtiyacları var idi, çünki onların qismətinə ağır sınaq düşmüşdü. Onlar həyatla vidalaşa bilərdilər və ancaq böyük səbirlilik onlara səbat verə, ürəklərində imanı möhkəmlədə və onları narahatçılıqdan xilas edə bilərdi. Onlar Allahdan xahiş etdilər ki, onları müsəlman kimi – Ona itaətkar və Onun elçisinə (ə) sadiq olanlar kimi öldürsün.

Quran ayələrinin aydın mənalarından məlum olur ki, Firon öz hədəsini icra etmişdi və Fövqəluca Allah iman gətirmiş sehrbazların imanını ürəklərində möhkəmlətmişdi. Firona, varlı əyanlara və onlara tabe olan şəhər camaatına gəldikdə isə onlar Allahın möcüzələrinə təkəbbürlə yanaşdılar, haqları olmadan onları rədd etdilər. Onlar hətta Fironu, Musanın (ə) təbliğatını yalan və yanlış zənn edərək, ona divan tutmağa çağırdılar.
ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ
(7.127) “Firon tayfasının əyan-əşrəfi dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”
Fironun əyanları Allahın yoluna, gözəl əxlaqa və saleh əməllərə çağırışı fitnə-fəsadın yayılması adlandırdılar. Əslində isə məhz bu əla keyfiyyətlər sayəsində yer üzündə qayda-qanun yaradıla bilərdi. Kafir əyanları cinayətləri şərəfsizlik və günah toxumları idi, lakin günahkarlar dedikləri sözləri üzərində düşünmürdülər. Onlar Firona belə dedilər: “Doğrudanmı sən Musaya səndən və sənin ilahlarından üz döndərməsinə imkan verəcəksən?! Doğrudanmı sən ona imkan verəcəksən ki, insanları sənə itaət etməməyə çağırsın?”

Firon isə belə cavab verdi: “Biz Musanı və İsrail oğullarını elə bir vəziyyətə salacağıq ki, onlar bir daha öz sıralarını artıra bilməyəcək və bizim xalqımıza zərər vura bilməyəcəklər. Biz onların oğullarını öldürəcək və qadınlarını isə sağ buraxacağıq. Belə etməklə biz onlara çoxalmağa imkan verməyəcək və özümü­zün əmin-amanlığımızı təmin edəcəyik. Biz onlardan sağ qalanları istifadə edəcək və istədiyimiz kimi onlara hökm verəcəyik. Biz onların üzərində böyük hakimiyyətə malikik və onlar azadlıq əldə etməyəcəklər”. Həqiqətən də, bu, Fironun hədsiz zalımlığının, təkəbbürünün və amansızlığının dəlillərindən idi.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ
(7.128) “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axi­rət­də yüksək məqamlar) müttəqilərindir!” – dedi”.
Musa peyğəmbər (ə) isə xalqına öyüd-nəsihət verərək onlara bildirirdi ki, onlar özləri heç vaxt qismətlərinə yazılmış bu vəziyyətlərini özləri dəyişdirə bilməzlər və ancaq Allahın köməyinə və yardımına ümid bəsləməlidirlər. Musa (ə) dedi: “Təkcə Allahın sizə köməyi nəticəsində xoş günə çıxacağınıza və sizi şərdən qoruyacağına inanın. Ona təvəkkül edin və Onun işinizi uğurla nəticələndirəcəyinə inanın. Qismətinizə düşənlərə səbirlə dözün və halınızın yüngülləşəcəyinin yaxın olduğunu gözləyin. Yer tamamilə Allaha məxsusdur və Fironun və ya onun ətrafındakılarının mülkiyyəti deyil və buna görə də onlar uzun müddət özbaşınalıq edə bilməyəcəklər. Allah yeri Öz qullarından istədiyinə vərəsəliyə verir. Torpaqlar bir xalqdan başqasına Onun iradəsi və müdrikliyinə tam uyğun olaraq keçir65, lakin gözəl sonluq həmişə müttəqilərə məxsus olur. Onlar hətta çox ciddi və uzunmüddətli sınaqlardan keçirilsələr də, hökmən qalib gələ­cəklər”.

Bu ayədə qulların bəzi vəzifələri açıqlanır. Əgər onlar zülmdən xilas olmaq üçün kifayət qədər gücə malikdirlərsə, onda bunu etməlidirlər, lakin belə qüvvə sahibi deyillərsə, onda səbir etməli və Allahdan kömək diləyərək, vəziyyətlərinin yüngülləşmə­si­ni gözləməlidirlər.
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(7.129) “(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”
İsrail oğulları Fironun onları incitməsi ilə əlaqədar narazılıq edirdilər. Onlar peyğəmbərə (ə) dedilər: “Sənin gəlişinə qədər də Fironun xalqı oğullarımızı öldürməklə və qadınlarımızı diri saxla­maqla bizi cəzalandırırdı. İndi sən gəlmişsən, amma onlar buna baxmayaraq bizə yenə də əzab-əziyyət verirlər”.

Musa (ə) buna cavab olaraq tezliklə asanlıq və xilasa ümid etdiyini bildirdi: “Ola bilsin ki, çox tezliklə Rəbbiniz düşmən­ləri­nizi məhv etsin və sizə yer üzündə hakimiyyət versin. Bu baş verən zaman, Rəbbiniz baxacaq görsün ki, siz minnətdarlıq bildirəcək­siniz ya yox”. Vəd edilən müddət çatdıqda, Allah bu vədini həyata keçirdi.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin