(7.119) “(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər”. Musa (ə) da öz əsasını yerə atdı və o canlı ilana çevrilərək sehrbazların sehrlədikləri şeylərin hamısını uddu. Haqq qalib gəldi və cadugərlərin cəhdləri əbəs və faydasız oldu. Böyük bir izdihamın gözləri qarşısında onlar məğlub edildilər və bədnam oldular. Onların uydurduqları yalan izsiz-tozsuz qeyb oldu, hazırladıqları sehr isə darmadağın edildi və onlar istədikləri nəticəyə nail ola bilmədilər. Lakin bu böyük həqiqət ən çox sehrbazların özlərinə aydın oldu. Onlar sehrbazlığın müxtəlif növlərini və onların təfərrüatını bütün başqa adamlardan daha yaxşı bilirdilər və başa düşmüşdülər ki, onlara göstərilən Allahın ən böyük möcüzələrindən biridir və heç kim ona qarşı çıxa bilməz.
ﰄ ﰅ ﰆ ﰇ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ (7.120) “Onlar (hamı birlikdə) səcdəyə qapanıb”