ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ (7.113) “Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”
(7.114) “(Firon: )”Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi”. Sehrbazlar Firondan qələbə çaldıqları halda onlar üçün mükafat təyin edilməsini xahiş etdilər və o da onlara çoxlu hədiyyələr verəcəyini və onları özünün yaxın adamları edəcəyini vəd etdi. O istəyirdi ki, sehrbazlar səy göstərsinlər və Musaya qalib gəlmək üçün əllərindən gələni əsirgəməsinlər.